Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1286/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi və maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi (Səbail Rayon İcra Hakimiyyətinin maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail Rayon İcra Hakimiyyətinin maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş həyat yoldaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, X7 onun həyat yoldaşı olmaqla xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Kəmalə xəstə olmaqla diaqnozu işemik insult və əqli geriliklə xəstə olmaqla onda ağır dərəcəli 1-ci qrup əlildir, daimi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi Kəmalə xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İ seriyalı, 106140 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X11 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və həmin nikah 1982 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Atakişiyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X2 ponusda və hər iki talanusda işemik insult, ekstrapiramid və hərəki pozğunluqlar, orbikulyar və oromandibulyar diskineziya, postinsult demensiya, sistem qırmızı qurdeşənəyi, autoimmun tireoidit diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X4 İ qrup əlillik verilmişdir. İş materiallarında olan X3 bacısı X8 tərəfindən yazılaraq notariusda təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, bacısı xx.xx.1979-cu il təvəllüdlü X3 üzərində əri Ərizəçi qəyyum təyin edilməsinə etiraz etmir. İş materiallarında olan X3 bacısı X14 tərəfindən yazılaraq notariusda təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, bacısı xx.xx.1979-cu il təvəllüdlü X3 üzərində əri Ərizəçi qəyyum təyin edilməsinə etiraz etmir. İş materiallarında olan X3 atası X5 əvəzinə X14 tərəfindən yazılaraq notariusda təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, qızı xx.xx.1979-cu il təvəllüdlü X3 üzərində əri Ərizəçi qəyyum təyin edilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1857 saylı rəyində belə qərara gəlinmişdir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X3 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 1857 saylı rəyində X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.1979-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1286/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1286/2022
23.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver