Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1296/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 (eyni zamanda İddiaçı3 qəyyumu qismində) iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (İddiaçı1 qəyyumu qismində) Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi üzrə mülki işə 13 iyun 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (İddiaçı1 qəyyumu qismində) Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03565 ha torpaq sahəsindən ibarət mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 əri və İddiaçı2 atası olmuş X7 xx.xx.2020-ci il tarixə vəfat etmişdir. İddiaçılar mərhumun mülkiyyətində olan Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evində birgə yaşayırlar. Mərhumun valideynləri uzun müddət əvvəl vəfat etmişdirlər. Qanun üzrə vərəsələrdən mərhumun qızı X2 xx.xx.2024-cü il tarixdə vermiş olduğu notarial ərizə ilə ona çatası miras paydan imtina etdiyini bildirmişdir. Mərhumun oğlu İddiaçı3 fəaliyyət qabiliyyəti olmayan şəxsdir və Səbail rayon icra hakimiyyəti başçısının sərəncamı ilə anası İddiaçı1 onun üzərində qəyyum təyin edilmişdir. Mərhumdan miras qalmış torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi hal-hazırda mərhumun ailə üzvləri kimi iddiaçıların faktiki istifadəsində və sahibliyindədir. İddiaçı notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ № 078672 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 mart 2020-ci il tarixdə vəfat etmişdir. X1 28 saylı Notariat Ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə o, X4 ölümündən sonra miras qalmış paydan imtina etdiyini qeyd etmişdir. İİ- ЖГ № 486405 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı1 29 iyul 1982-ci il tarixdə nikaha daxil olmuşlar. Xİ-ЖГ № 481328 və İX- ЖГ № 388108 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı3 və İddiaçı2 atası X5r. Səbail rayon icra hakimiyyəti başçısının 07 fevral 2025-ci il tarixli Sərəncamına əsasən İddiaçı1 xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3 üzərində qəyyum təyin edilmişdir. 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatsiz yaşayırlar. 28 saylı Notariat Ofisinin 04 mart 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı tərəfin izahatından və iş materiallarından aydın oldu ki, iddiaçılar mərhum X4 oğlu və arvadı olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdırlar. Belə ki, iddiaçılar mirası qəbul etmək üçün qanunvericiklə müəyyən olunmuş müddəti ötürmüşdürlər. Məhkəmə iddiaçılardan başqa vərəsənin olmadığını, habelə onların miras qalmış əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etdiklərini nəzərə alaraq, iddiaçılar tərəfindən onların mərhum atası və əri X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sadalanan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçıların X3 qalmış mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməlidir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1296/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1296/2025
13.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver