Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1305/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi, Tərcüməçi H.X.Hüseynovun iştirakları ilə Ərizəçi qardaşı – X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi Yevgenyev qardaşı – X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü X1 doğma qardaşıdır. Onların hər iki valideynləri vəfat etmişdir. Qardaşı onunla birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Qardaşı Vladimir emosional-iradi pozuntular və psixoratabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik, o cümlədən orta dərəcəli kəmağıllıq diaqnozu ilə 2-ci qrup əlildir. Tibbi sənədlərdən də görünür ki, qardaşı sağlamlıq imkanları məhduddur. X13 həkim komissiyası tərəfindən tam əmək qabiliyyətsiz olması barədə diaqnoz qoyulmuşdur, onun kənar şəxsin köməyinə ehtiyacı var. Yəni problem bu qədər ciddidir. Qardaşı xx.xx.1971-ci il təvəllüdlü X3 daimi olaraq kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Qardaşı Vladimir onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Qardaşına o, qulluq və nəzarət edir. Faktiki olaraq özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirir. X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1971-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X5. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X5. İş üzrə ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 xx.xx.2015-ci ildə, X12 xx.xx.2021-ci ildə ölmüşlər. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın surətindən görünür ki, Ərizəçi və X8 Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 23 saylı evin 68 nömrəli mənzilində qeydiyyatdadırlar. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 haqqında xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 ikinci dərəcəli əlildir (2.4.4. emosional–iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F.62.9,F45-F45.9,F48-F48.9,F70-F79)); “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, ağırlaşma F02.8*. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, yanaşı xəstəliklər G40 Epilepsiya” diaqnozu qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 ikinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir, “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, ağırlaşma F02.8*. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, yanaşı xəstəliklər G40 Epilepsiya” diaqnozu qoyulmuşdur. İş üzrə “X14” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizinə əsasən X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tibb mərkəzində müalicədə olmuş, Diaqnoz: “Tranzitor işemik həmlə. Xroniki beyin qan dövranı pozğunluğu. Epilepsiya xəstəliyi. Psixomotor oyanıqlıq”. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Asixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1971-ci il təvəllüdlü X8 xx.xx.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Qabiqaltı damar demensiyası F01.2”. İş üzrə “Bərpa Plyus” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tibb mərkəzində stasionar müalicədə olmuşdur. Diaqnoz: “F00.0. Altsqeymer xəstəliyi zamanı erkən başlamış demensiya”. İş üzrə 5 saylı klinik xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5 saylı klinik xəstəxanasında müalicədə olmuş, “Epilepsiya xəstəliyi” diaqnozu qoyulmuşdur. İş üzrə Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuş, “Qabıqaltı damar demensiyası” diaqnozu qoyulmuşdur. İş üzrə 2 saylı X7 tərəfindən verilmiş verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 saylı X2 müalicədə olmuş, “Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan demensiya” diaqnozu qoyulmuşdur. İş üzrə 2 saylı X7 tərəfindən verilmiş verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 saylı X2 müalicədə olmuş, “Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan demensiya” diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1587 saylı rəyinə əsasən X4 üzvi mənşəli (epilepsiya xəstəliyi və keçirdiyi beyin insultu) demensiya müəyyən edilir. X3 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X4 müəyyən edilən üzvi mənşəli (epilepsiya xəstəliyi və keçirdiyi beyin insultu) demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X8 Ərizəçi qardaşıdır, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X4 üzvi mənşəli (epilepsiya xəstəliyi və keçirdiyi beyin insultu) demensiya müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar ambulator məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə İpatyev Vladimir Yevgenyeviçin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, Vladimir İpatyevin hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olub-olmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X4 üzvi mənşəli (epilepsiya xəstəliyi və keçirdiyi beyin insultu) demensiya müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X4 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 14 aprel 1971-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1305/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1305/2022
04.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver