Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-132/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « lizinq obyektinin qaytarılması və pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « lizinq obyektinin qaytarılması və pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması və cavabdehlərdən 32,620 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli X2 əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş və ümumi dəyəri 130.000 manat olan 1 ədəd “Bentley” markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh1 öz növbəsində 78.000 manat məbləğində borcu illik 30% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, müqavilə şərtlərinə tam əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə iddiaçı arasında xx xxxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür.. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1701/0334 saylı Daxili maliyyə lizinqi Müqaviləsindən və həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, Lizinq verən Lizinq alana “Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti qismində 130.000 manat müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini həmin Müqavilələrin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1701/0334 saylı Daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə 2 saylı əlavədən və lizinq ödənişləri cədvəlindən aydın olur ki, iddiaçı mülkiyyətində olan “Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə lizinqə, yəni həmin əmlakı Cavabdeh1 müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçının hesabına cəmi 78.000 manat ödəməyi öhdəsinə götürmüş, bu məbləği hər növbəti ayın 24-ü 3311,22 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 1701/0334/ZM-01 saylı "İddiaçı" MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Zaminlik Müqaviləsinə əsasən, lizinq alan öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Lizinq alanın öhdəliklərinin tamamilə icra etməsini öz öhldəsinə götürür. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan Bentley” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə lizinqə, yəni həmin əmlakı Cavabdeh1 müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Cavabdeh müqavilə bağlanan andan 2020-ci ilin oktyabr ayına qədər iddiaçının hesabına tam ödəniş etməmiş və nəticədə müqavilə üzrə 20,820 manat məbləğində əsas lizinq borcu, 8,700 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu və 3,100 manat məbləğində dəbbə (cərimə) borcu yaranmışdır. Cavabdeh lizinq ödənişi həyata keçirimək barədə öhdəlik götürmüş, lakin öhdəliyi tam yerinə yetirməmiş, digər Cavabdeh2 isə Zaminlik Müqaviləsinə əsasən, lizinq alan tərəfindən öhdəlik lazımınca icra edilmədiyi halda, Lizinq alanın öhdəliklərini tamamilə icra etməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli arayışda Cavabdeh1 20,820 manat məbləğində əsas lizinq borcu, 8,700 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu və 3,100 manat məbləğində cərimə borcu olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, X5 üzrə cavabdehin iddiaçıya ödənilməmiş 20,820 manat məbləğində əsas lizinq borcu, 8,700 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu və 3,100 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli, xx xxxxxxx 2017-ci il tarixli tarixli Daxili lizinq Müqaviləsi ilə lizinq verənin lizinq obyektini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alanın isə həmin müqavilə ilə müəyyən edilmiş vaxtda və məbləğdə lizinq ödənişlərini həyata keçirmək öhdəlikləri əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı MMC-dən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin lizinq obyekti olmuş “Bentley” markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş istifadə haqqını tələb etməsi tam əsaslıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş "İddiaçı" MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Zaminlik Müqaviləsinə əsasən Zamin, Lizinq alan tərəfindən Lizinq Müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə lizinq alanın öhdəliklərini tamamilə icra etməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda istinad olunan Müqavilədə Zamin qismində tərəf olan Cavabdeh2 subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə o, Cavabdeh1 ilə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daxili lizinq müqaviləsinin 10.1-ci bəndindən görünür ki, cavabdeh müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0.5 %-i miqdarında əlavə ödəniş (dəbbə pulu) etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, Lizinq alan daxili lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 3100 manat məbləğində cərimə pulu hesablamışdır. Məhkəmə cavabdehin hazırkı maddi imkanlarının məhdud olduğu vəziyyətinə nisbətdə cərimə formasında hesablanmış 3100 manat məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 310 manat müəyyən edilməsini cavabdehin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi isə qismən təmin olunduğundan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxx 2017-ci il tarixli Daxili lizinq Müqaviləsindən yaranmış və ödənilməmiş 20,820 manat əsas borc, 8,700 manat faiz borcu və 310 manat məbləğində cərimə borcu, həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub (alınıb) iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Cavabdeh1 “Bentley Continental GT Speed” markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobili alınaraq "İddiaçı" MMC-yə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub (alınıb) dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-132/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-132/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver