Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1331/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından beş övladları doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yerləşən mənzildə ailə üzvləri, o cümlədən övladı xx.xx.2001-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır. Oğlu X8 xx.xx.2001-ci il təvəllüdlüdür. Uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Tibbi sənədlərindən də görülür ki, oğlunun xəstəliyi 1-ci qrup əlillik dərəcəsinə uyğundur. Övladı Cabirə həkim komissiyası tərəfindən “debillik dərəcəsi" diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarı isə “birinci dərəcəli əlillik" müəyyən edilmişdir. Tam əmək qabiliyyətsizdir, hətta tibbi reabilitasiya da təyin edilə bilməz. Yəni problem bu qədər ciddidir. Övladı xx.xx.2001-ci il təvəllüdlü X2 daimi olaraq, kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Oğlu Cabir onunla birlikdə ünvan 1 ünvanında yerləşən mənzilində yaşayır. Ona o, qulluq və nəzarət edir. Faktiki olaraq, oğlu özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adevkat hərəkətlər nümayiş etdirir. Övladı Cabir Hüseynlinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, hesab edir ki, məhkəmə oğlu xx.xx.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin qurum öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-İ, 449735 nömrəli, xx xxxxxx 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx xxxxxx 2001-ci il tarixdə anadan olmuş X2 ata qrafasında X3, ana qrafasında isə Ərizəçi adı göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Ərizəçi, xx.xx.1986-cı ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, ünvan 2 42 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 33 №li X5 Məsləhət Komissiyasının arayışından görünür ki, X8 tibbi xidmət ərazi üzrə ruhi-əsəb xəstələrinin siyahısındadır. Mülki işdə olan «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin arayışından görünür ki, X8 B.e.a-nın dərəcəli rezidual-orqanik henezli dəyişiklikləri, ənsə paylarda sol yarımkürə ifadəsi ilə epileptiform aktivlik qeydə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1522 saylı rəyindən görünür ki, X4 ağır kəmağıllıq (İmbesillik dərəcəsində olıqofreniya) aşkar olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas var. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını, eləcə də İ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X2 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 1522 saylı rəyində X2 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X8 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1331/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1331/2020
17.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver