Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1341/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə və onun təşkilatçılığı ilə bağladığı 15.08.2009-cu il və 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanında yerləşən 46 və 48 saylı fərdi yaşayış evlərinin alınması üçün etibarnamə əsasında çıxış edən Cavabdeh ümumilikdə 150.000 manat məbləğində pul ödəmişdir. Mənzilləri almamışdan əvvəl Cavabdeh onlara satdığı mənzilləri göstərmiş və göstərdiyi mənzillərə keçirdikləri baxış nəticəsində mənzillərin qiymətində razılığa gəlmişlər. Əvvəlcədən gəldikləri razılığın şərtlərin görə, müqavilə imzalandıqdan bir neçə ay sonra Cavabdeh şəxsən mənzilləri onlarpın istifadəsinə verməli və həmin mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxmalarını təmin etməli olduğu halda üzərinə düşən bu öhdəlikləri yerinə yetirməmişdir. Bundan sonra, ondan bir neçə dəfə mənzili boşaltmağı tələb etsələr də, sonuncu bunu etmədiyindən, özləri mənzillərə getmiş və onlara göstərilmiş həmin mənzillərdə başqa şəxslərin yaşadığının şahidi olmuşlar. Həmin şəxslər mənzilləri boşaltmaqdan imtina etdiyindən, o, mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün DƏDRX-nə müraciət etmişdir. Reyestr xidmətindən mənzillərə baxış keçirilən zaman məlum olmuşdur ki, onlara göstərilən mənzillər başqa olmuş, sənədlər əsasında satılmış mənzillər isə tamamilə başqa olmuşdur. Beləliklə, məlum olmuşdur ki, Cavabdeh onlarla alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl onlara həmin ərazidə başqa mənzillər göstərərək onları aldatmış və alqı-satqı adı altında 150.000 manat pullarını ələ keçirmişdir. Onlara o da məlum olmuşdur ki, baxdıqları mənzillərin əsl sahibləri rayonda olduqlarından, mənzilin açarını qohumları Cavabdeh həvalə etmiş, sonuncu isə bu haldan istifadə edərək onlara qarşı dələduzluq etmişdir. O, səbəbdən təqribən 2010-cu ilin əvvəllərindən başlayaraq, fakt üzrə cinayət işinin başlanılması üçün hüquq mühafizə orqanlarına çoxlu sayda şikayətləri olmuşdur. Bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbulundan sonra, nəhayət ki, 2013-cü il oktyabr ayının 2-də Bakı şəhər Baş Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə həvalə edilmişdir. 2016-cı ilin iyul ayının əvvəllərindən başlayaraq, fakt üzrə cinayət işinin başlanılması üçün hüquq mühafizə orqanlarına çoxlu sayda şikayətləri olmuşdur. Bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbulundan sonra, nəhayət ki, 2013-cü il oktyabr ayının 2-də Bakı şəhər Baş Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilmişdir. 2016-cı ilin iyul ayının sonlarına qədər ********* nömrə ilə istintaqı aparılan cinayət işi Binəqədi rayon Pİ-nin İŞ-nin icraatında olmuş, bu müddət ərzində işin istintaqında əsassız süründürməçiliklərə yol verilmiş, bir neçə dəfə işin icraatına xitam verilməsinə dair əsassız qərarlar qəbul edilmiş, lakin hər dəfə onların şikayətləri əsasında həmin qərarlar ləğv edilərək, istintaqın davam etdirildiyi görüntüsü yaradılmışdır. 2016-cü il iyul ayının sonlarında Binəqədi RPİ-də Cavabdeh barəsində istintaqı aparılan cinayət işi Nərimanov rayon Pİ-nin istintaq şöbəsinə, orada Cavabdeh barədə istintaqı aparılan başqa bir cinayət işinə birləşdirilmək üçün göndərilmişdir. Cinayət işi Nərimanov RPİ-nin İŞ-də olarkən müstəntiqlər tez-tez dəyişdirildiyindən işin sonrakı vəziyyəti barədə məlumat ala bilməmişdir. Bununla belə, ərizəsinə Azərbaycan Respublikası DİN-dən aldığı cavab məktubuna görə Nərimanov RPİ-də cinayət işinin icraatına xitam verilmişdir. Xitam qərarı ona təqdim olunmamış, qərarın əldə olunması üçün etdiyi cəhdlər də uğursuz olmuşdur. Hər bir halda hesab edir ki, Cavabdeh saxta alqı-satqı müqavilələri ilə ona maddi ziyan vurmuşdur. Bu səbəbdən hesab edir ki, həmin müqavilələr üzrə ödədiyi 150.000 manat pul vəsaiti cavabdehdən tutularaq ona qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh iştirakı və təşkilatçılığı ilə onun Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 46 və 48 saylı mənzillərə dair müvafiq olaraq 15 avqust və 06 oktyabr 2009-cu il tarixlərində bağladığı daşınmaz əmlakın alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi, müqavilələrin bağlanılması ilə əlaqədar ödədiyi 150.000 manat pul və işin baxılması üçün ödədiyi 30 manat dövlət rüsumun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, evləri Cavabdeh ona göstərmiş, ona qarşı o dələduzluq etmiş, bu səbəbdən təəlbi ona qarşı qaldırmışdır. Hesab edir ki, hazırki tələb üzrə cavabdehliyi Cavabdeh daşıyır. Dəfələrlə hüquq mühafizə orqanlarına Məmiyevin dələduzluq faktı barədə şikayətlər etsə də, onun nəticəsi bu vaxtadək ona məlum deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri 5-ci dövlət notariat kontorunda təsdiq edilmiş 15.08.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X4 etibarnamə əsasında X6 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan şossesi ünvanında yerləşən, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 11,6 kv.m. olan 3 otaqdan ibarət 46 saylı fərdi yaşayış evini İddiaçı 33.800 manata satmışdır. İş üzrə Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X2 etibarnamə əsasında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanda faktiki 0.0135 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 49,3 kv.m., köməkçi sahəsi 8,7 kv.m., ümumi sahəsi 58,0 kv.m. olan 3 otaqdan ibarət 48 saylı fərdi yaşayış evini İddiaçı 150.000 manata satmışdır. İş üzrə Bakı şəhəri BPİ İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin 02.10.2013-cü il tarixli cinayət işinin başlanılması haqqında qərarın surətindən görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan döngəsi, 2 saylı evi, həmçinin tanışı X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi, 21 saylı evi vətəndaş İddiaçı və onun atası X7 göstərib evlərin satıldığını bildirərək, hər iki evi 150.000 manata onlarla razılaşdıqdan sonra, faktiki olaraq həmin evləri deyil vətəndaş X4 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan şossesi ünvanda əvvəllər yerləşmiş 46 nömrəli və vətəndaş X2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan şossesi ünvanda əvvəllər yerləşmiş 48 nömrəli evlərin sənədlərini təqdim edib müvafiq olaraq 15.08.2009-cu il tarixdə Bakı şəhəri 5-ci dövlət notariat kontorunda və 06.10.2009-cu il tarixdə Binəqədi rayon ərazisində yerləşən 26 saylı dövlət notariat kontorunda İddiaçı alqı-satqı müqaviləsi bağlayaraq etibardan sui-istifadə etməklə sonuncunu aldadıb 150.000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Göstərilənlərə əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və istintaq aidiyyətinin müəyyən edilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.07.2015-ci il tarixli məktubun kserosurətindən görünür ki, 2009-cu ilin yay aylarında Cavabdeh tərəfindən 150.000 manat pulunun ələ keçirilməsi faktı ilə bağlı 02.10.2013-cü ildə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq aidiyyəti üzrə Binəqədi RPİ İstintaq şöbəsinə göndərilmiş, 19.12.2014-cü ildə cinayət işinin icraata əməldə cinayət tərkibi olmaması əsası ilə xitam edilmişdir. İddiaçı şikayətində göstərdiyi və digər xüsusatların tam və hərtərəfli yoxlanılması məqsədilə qərarın ləğvinə dair Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılmışdır. Göstərilənlərə əsasən müraciəti vəsatətlə birlikdə cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq Respublika Baş Prokurorluğuna göndərilmişdir. İş üzrə Bakı şəhər prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında 11.08.2015-ci il tarixli qərarın kserosurətindən görünür ki, ********* saylı cinayət işi üzrə Binəqədi RPİ istintaq şöbəsinin müstəntiqi Elşən Qarayevin 19.12.2014-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş, cinayət işi əlavə istintaqın Binəqədi RPİ-nin İŞ-də davam etdirilməsinin təşkili üçün Binəqədi rayon prokurorluğuna göndərilmişdir. İş üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 17.01.2017-ci il tarixli məktubun kserosurətindən görünür ki, 08.11.2016-cı il tarixdə Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işindən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı nömrə altında ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətləri yeri nə yetirilərək zərərçəkmiş şəxslər və şahidlər dindirilmiş, əməliyyat tapşırıqları verilmiş və bir sıra zəruri olan istintaq hərəkətləri həyata keçirilmişdir. Hal-hazırda cinayət işi üzrə istintaq davam etdirilir, nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 15.08.2009-cu il tarixli və 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqısına dair müqavilələrə əsasən iki daşınmaz əmlak - Bakı şəhəri, Səabil rayonu, 32-ci Saolyan şossesi ünvanında yerləşən 46 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanda yerləşən 48 saylı fərdi yaşayış evləri almışdır. Bakı şəhəri, Səabil rayonu, 32-ci Saolyan şossesi ünvanında yerləşən 46 saylı fərdi yaşayış evini iddiaçı onun mülkiyyətçisi olmuş X3, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanda yerləşən 48 saylı fərdi yaşayış evini isə mülkiyyətçi X1 almşdır. Sonuncu ev üzrə alğı-satqı müqaviləsi bağlanılarkən satıcının adından etibarnamə əsasında cavabdeh çıxış etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, evləri almamışdan əvvəl cavabdeh ona satdığı evləri göstərmiş və göstərdiyi mənzillərə keçirtdiyi baxış nəticəsində mənzillərin qiymətində razılığa gəlmişlər. Alğı-satqıdan sonra mənzilləri təhvil almağa gələrkən iddiaçı həmin evlərdə başqa şəxslərin yaşadığını müəyyən etmiş və məlum olmuşdur ki, cavabdeh ona göstərdiyi evləri deyil, başqa evləri satmışdır. 2010-cu ilin əvvəllərindən başlayaraq iddiaçı cavabdehə qarşı cinayət işinin başlanması üçün hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. İddiaçı iddia edir ki, Cavabdeh saxta alğı-satqı müqavilələri ilə ona maddi ziyan vurmuşdur və bu səbəbdən hesab edir ki, alğı-satqı müqavilələri etibarsız hesab edilməklə ödədiyi 150.000 manat pul vəsaiti cavabdehdən tutularaq ona qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh alğı-satqı müqavilələri üzrə tərəf kimi deyil, yalnız bir daşınmaz əmlak üzrə satıcının adından etibarnamə əsasında çıxış etmişdir. Yəni cavabdeh alğı-satqı müqavilələrinin tərəfi olmamışdır. Belə olan halda cavabdeh alğı-satqı müqavilələrinin tərəfi olmadığı üçün, onun həmin müqavilələr üzrə subyektiv cavabdehlik daşıması mümkün deyil. Cavabdeh nə müqavilə üzrə alğı-satqının predmeti olmuş daşınmaz əmlakların mülkiyyətçisi olmuş, nə də ki, alğı-satqı müqavilələri üzrə pulu alan şəxs olmuşdur. Cavabdehin isə alğı-satqı zamanı mülkiyytəçilərdən birinin adından etibarnamə əsasında çıxış etməsi, onun həmin müqavilə üzrə cavabdehlik daşımasına əsas deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün qaldırılan iddia tələbi alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edildiyi üçün, müqavilələrin bağlanılması ilə əlaqədar ödənilmiş 150.000 manat pulun cavabdehdən tutulması hissəsində də tələb üzrə Cavabdehlik daşımır. Belə ki, alğı-satqı müqavilələri üzrə cavabdeh satıcı kimi çıxış etmədiyi üçün, o, ödənilmiş pula görə də hər hansı subyektiv cavabdehik daşıya bilməz. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri üzrə cavabdeh subyektiv cavabdehlik daşımadığı üçün ona qarşı qaldırılan tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ətəlbi 30 manat dövlət rüsumunun tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 46 və 48 saylı mənzillərə dair müvafiq olaraq 15 avqust və 06 oktyabr 2009-cu il tarixlərində bağlanılmış daşınmaz əmlakın alqısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi, müqavilələrin bağlanılması ilə əlaqədar ödənilmiş 150.000 manat pulun və işin baxılması üçün ödədiyi 30 manat dövlət rüsumun Cavabdeh tutularaq ona verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1341/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1341/2021
01.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver