Məhkəmə qərarları › İş №2(009)-1344/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1344/2022

20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1344/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak X10 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxsşə cəlb edilməklə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan, 565 «a» nömrəli bağ sahəsinin icarəyə verilməsi haqqında 30656 saylı, 29 dekabr 2001-ci il tarixli müqaviləsinin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuş X8 ilə xx.xx.1979-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci il tarixdə hipertoniya xəstəliyindən vəfat etmişdir. Bağın icarəyə verilməsi haqqında 30656 nömrəli xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha ölçüdə, 565a nömrəli bağ sahəsi X4 icarəyə verilmişdir. Həmin müqaviləni Bağlar təsərrüfatının inkişafı və istismarı biliyinin direktoru T.Allahverdiyev imzalayıb və möhürlənmişdir. Həyat yoldaşı X8 vəfat etdikdən sonra ondan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət etmiş bununla əlaqədar vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyənləşdirilmişdir. Həmin müraciət əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********78 №-li məktubunda sözügedən müqavilədə həyat yoldaşı Fikrət Nuriyevin ata adının Lütvəli əvəzinə Zülfəli olması barədə məlumat verilmişdir. Bağın icarəyə verilməsi haqqında 30656 nömrəli xx.xx.2001ci il tarixli müqavilədə həyat yoldaşı X1 ata adı “Lütvəli“ əvəzinə “Zülfəli“ kimi qeyd olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş həyat yoldaşı Fikrət Nuriyevin şəxsiyyət vəsiqəsində, ölüm haqqında şəhadətnaməsində, nikah haqqında şəhadətnaməsində, sürücülük vəsiqəsində, diplomda və əmək kitabçasında həyat yoldaşı Fikrət Nuriyevin ata adının “Lütvəli” olduğu tam təsdiq olunur. Lakin ona məlum olmayan səbəblərdən yuxarıda qeyd etdiyi təşkilat tərəfindən sözügedən müqavilədə həyat yoldaşı Fikrət Nuriyevin ata adı səhvən “Zülfəli” kimi qeyd olunmuşdur. Məhz bu səbəbdən də həmin ilkin hüquq müəyyənedici sənəd əsasında o, gələcəkdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməyəcək. Həmin sənəddə olan yalnışlığm aradan qaldırılması isə yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak X10 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikasının Əmlak X10 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 797 nömrəli məktubundan görünür ki, X1 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə Ərizəçi ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AZ-İİ 177666 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021 ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 03 ayının 12 günündə 493 № ilə qeyd edilmişdir. İş materiallarında olan İT-İ ******* seriyalı xx.xx.1990-cı il tarixli əmək kitabçasınınsurətindən görünür ki, həmin əmək kitabçası X1 adına açılmışdır. İş materiallarında olan JU 286296 seriyalı, xx.xx.1972-ci il tarixli diplomun surətindən görünür ki, həmin diplom X3 X13 ordenli S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya ixtisası üzrə bitirməsi ilə əlaqədar olaraq verilmişdir. İş materiallarında olan AB N 057150 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuş X3 məxsusdur. İş materiallarında olan AZE 01455107 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8, xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan XİV-JQ 484125 nömrəli,xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası X7. İş materiallarında olan İİ-JQ 305981 nömrəli, xx.xx.1979-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X6 xx.xx.1979-cu ildə nikahlarını bağlamışlar. İş materiallarında olan AZE 0******* nömrəli, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1956-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə X9 arasında bağlanmış Bağ sahəsinin icarəyə verilməsi haqqında 30656 saylı, 29 dekabr 2001-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha ölçüdə, 565a nömrəli bağ sahəsi X4 icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış **********78 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İdarənin arxivində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 565A nömrəli bağ sahəsinə dair X2 adı ilə bağlı (sənəddə olduğu kimi) “Bağ sahəsinin icarəyə verilməsi haqqında 30656 saylı, xx.xx.2001-ci il tarixli müqavilə” mövcuddur. Ərizəçinin nəzərinə çatdırılır ki, onun mərhum həyat yoldaşı X8 ilə qeyd olunan bağ sahəsinin icarədarı kimi göstərilən X2 eyni şəxs olması faktını təsdiq edən müvafiq məhkəmə qərarının təqdim olunması ilə bağlı aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci, 307.2.5-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan, 565 «a» nömrəli bağ sahəsinin icarəyə verilməsi haqqında 30656 saylı, 29 dekabr 2001-ci il tarixli müqaviləsinin X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan, 565 «a» nömrəli bağ sahəsinin icarəyə verilməsi haqqında 30656 saylı, 29 dekabr 2001-ci il tarixli müqaviləsinin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar