Məhkəmə qərarları › İş №2(009)-1346/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1346/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1346/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi X1 nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, X1 - Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2- Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə 01 nömrəli əlavəyə xitam verilməsi və qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ’’Cavabdeh” ASC cavabdehlər X5, X14, X15 və X12 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)1015/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi 2,881.949.08 manat məbləğində əsas borc, 152,133.04 manat məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə borcu, olmaqla, cəmi 3.039.082,12 manat məbləğində kredit borcunun, həmçinin bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 400 manat məbləğində məhkəmə xərclərinin, ümumilikdə 3.039.563,12 manat məbləğində pul vəsaitinin X3, X10, X11 və X6 müştərək qaydada alınaraq Cavabdeh ASCyə ödənilməsi, tələbin X8 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi; ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.900.000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 3.039.563,12 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-5771 /2017 saylı, xx.xx.2017- ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh X8 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)—1015/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi - cərimə borcu hissəsində dəyişdirilməsi, cərimə borcunun 50.000 manat məbləğində müəyyən edilməsi, ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaitinin cavabdeh X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2062/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh X8 iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5771/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilmiş və kassasiya instansiyasında icraata xitam verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə cavabdehlərdən tutulmalı olan borc məbləğinin 2.000.000 manatdan çox hissəsi işə məhkəmədə baxılan zaman və sonradan tərəflərindən ödənilmiş, 1.340.380 manat məbləğində qalıq borc qalmışdır ki, həmin borc məbləğini də ödəməyə hazırdırlar. Hesab edir ki, borcun əksər qismini ödədiklərinə görə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklülüyündən azad edilməlidir. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (527.1.). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulmuş borcu tam bağlamamışdır. Sözügedən ipoteka predmeti isə həmin borcun təminatı olduğundan hazırki iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ASC ilə X16 və borc alan qismində X9 arasında bağlanmış xx.xx.2014cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ASC ilə İddiaçı və borc alan qismində X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə 01 nömrəli əlavənin surətindən görünür ki, Əlavənin 2-ci bəndində qeyd olunmuşdur ki, xx.xx.2014-cü il tarixli İ0841 saylı İpoteka müqaviləsi üzrə “ipoteka qoyan” qismində ipoteka predmetinin yeni mülkiyyətçisi İddiaçı çıxış edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilə bilməz. AR Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında verilmiş pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və MMdə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu mənada məhkəmə qeyd edir ki, MM-in 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Normanın məzmunundan göründüyü kimi, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təçkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun ( kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatının əsas öhdəliyini müqavilə ilə nəzərdə tutulmuş həcmdə pulun borcluya verilməsi təşkil edir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun xitamı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Bundan başqa iddiaçıdan məhkəmə qətnaməsi ilə tutulan borc məbləği də tam bağlanmamış və iddiaçının hazırki durumda cavabdeh qarşısında yerinə yetirilməmiş öhdəliyi qalmaqda davam edir. Eyni zamanda Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Tərəflərin izahatından və iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı borcun çox hissəsini ödədiyini əsas gətirərək, cavabdeh ilə aralarında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, öhdəlik institutunun tələblərinə görə müqavilənin hər iki tərəfi öz üzərinə düşən öhdəliklərini tam şəkildə vicdanla yerinə yetirməlidir. Hal-hazırda isə iddiaçının cavabdeh qarşısında öz üzərinə götürtmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini təsdiq edə biləcək hər hansı bir hala rast gəlinmir. Belə ki, cavabdeh əsas borc müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq ipoteka müqaviləsini bağlamış və həmin müqavilə ilə öz risklərini təminat altına almışdır. Hazırki halda ipoteka müqaviləsinin vaxtında əvvəl xitamı cavabdehin hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: X1 - Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar