Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-135/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməklə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, ev 9, mənzil 5 1-ci mərtəbə və 2-ci mərtəbədən bir otaq, y/s 98,0 kv.m., k/s 57,0 kv.m almışdır.11.04.2017-ci ildə ona paylı mülkiyyətçi kimi ******* saylı çıxarış verilmişdir. Lakin cavabdeh paylı mülkiyyət olmasına baxmayaraq onun xəbəri olmadan mənzilin özünə məxsus 3-cü mərtəbə və 2-ci mərtəbədə k/s 10,2 kv.m. hissəsini digər Cavabdeh1 satmış, 23.01.2021-ci ildə ona çıxarış verilmişdir. Cavabdeh2 mənzilin özünə aidə olan hissəsinin satmaq niyyətinin olması barədə alqı-satqıdan öncə ona məlumat verməmiş, payın alınmasında üstünlük hüququnu pozmuşdur. Mənzilin özünə aid olan hissəsini ondan gizli olaraq satmışdır. Bundan başqa, cavabdehlər mənzilin ona aid olan hissəsində qeydiyyatda olan qızını, onun xəbəri olmadan, məhkəmə qaydasında qanunsuz və əsassız olaraq qeydiyyatdan çıxarılmasına nail olmuşlar. Alqı-satqı həyata keçirilməsindən öncə mənzilin bir hissəsinin satılması ilə bağlı İçəri şəhərin qoruq idarəsindən razılıq alınmamışdır. Bundan başqa, cavabdeh onun xəbəri olmadan mənzilin bir hissəsini ələ keçirmək məqsədi ilə, tələm-tələsik mənzilin onun hissəsinə aid olan hissəsində qeydiyyatda olan qızı Fidanın Səbail rayon məhkəməsinin qətnaməsi ilə qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Məhkəmənin vaxtı və yeri barədə ona və qızına məlumat belə verilməmişdir. Bununla əlaqədar işin içərisinə saxta çağırış vərəqəsi qoyulmuşdur ki, guya o, çağırış vərəqəsinə imza etmişdir. Onun qeydiyyatda olduğu ünvan da səhv göstərilmişdir. Qeyd edilmişdir ki, guya o, Bakı şəhəri, ünvan 2 ünvanda qeydiyyatdadır. İmza onun imzası deyil, axı neçə ola bilər ki, həmin ərəfədə o, xaricdə olaola, çağırış vərəqəsinə imza etsin. Ümumiyyətlə o, 21 fevral 2020-ci ildən 23 avqust 2021ci ilədək xaricdə olmuşdur. Beləliklə, onun pay satın almaqda üstünlük hüququ pozulmuşdur. Ona görə də, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməklə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçının belə bir iddia ərizəsi ilə, yəni alqı-satqı müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin qaydalarını nəzərdə tutan 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini yalnız müqavilənin tərəfi irəli sürə bilər. Hazırki iş üzrə iddiaçı isə mübahisələndirdiyi alqı-satqı müqaviləsinin tərəfi deyildir və ona görə də, belə bir tələblə məhkəmədə iddia qaldırmaq üçün sübyektiv hüquqa malik deyildir. İddiaçı yalnız alqı-satqı müqaviləsinin etibarsızlığı barədə məhkəmədə iddia qaldıra bilər. Bununla yanaşı qeyd etmək istəyir ki, Cavabdeh1 20.08.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 vəsiyyətnamə üzrə hüquqi varisidir. Belə ki, Cavabdeh2 15.10.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə əsasında özünə məxsus bütün dşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Onlar arasında iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi isə 07.01.2021-ci il tarixdə bağlanmışdır. ünvan 3 ünvanlanmış 26.02.2022-ci il tarixli məktubundan da görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh1 başqa digər şəxslər notariat orqanına müraciət etməmişlər. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək onun əsassız olduğu üçün təmin edilmədən saxlanılmasını xahiş etmiş və nümayəndəsi və vəkili Vəkil1 izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 46 saylı notariat kontorunun və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2017-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, müvafiq olaraq ünvan 4 ünvanın 3-cü mərtəbə və 2-ci mərtəbədən k/s-10.2 kv.m. hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 adına və 1-ci mərtəbə və 2-ci mərtəbədən 1 otaq, y/s-9.8 kv.m., k/s-5.7 kv.m. hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* nömrəli 07 yanvar 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 68.3 kv.m. olan mənzilin 3-cü mərtəbə və 2-ci mərtəbədən 10.2 kv.m. hissəsini Cavabdeh1 mülkiyyətinə vermişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2020-ci il tarixli ərizədən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin onun mülkiyyətində olan (3-cü mərtəbə və 2-ci mərtəbədən k/s-10.2 kv.m) hissəsini 14600 manata satır. Bununla əlaqədar olaraq, 45 gün müddətində qeyd edilən mənzilin onun mülkiyyətində olan hissəsini təklif etdiyi qiymətə alıb-almamağı barədə yazılı şəkildə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan İİ-VC 829200 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1939-cu ildə anadan olmuş Cavabdeh2 20 avqust 2021ci il tarixdə Rusiya Federasiyası, Primorskiy vilayəti, Pojarskiy rayonu, Luçeqorsk şəhər tipli qəsəbəsində ölmüşdür. ünvan 6 ünvanlanmış X/230 saylı, 26.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 7 ünvanında yaşamış, 20 avqust 2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh1 15.11.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat ofisinə müraciəti daxil olmuş və 24.11.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh1 başqa digər şəxslər Bakı şəhəri 46 saylı Notariat ofisinə müraciət etməmişlər. Təqdim olunmuş Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 15 oktyabr 2020ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh2 ölən günədək ona məxsus olan, harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, ev 40-da qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd edir ki,alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən əvvəlcə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlülüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında izah edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qanunun qeyd olunan normalarının tələbindən də göründüyü kimi müqavilənin ləğv edilməi barədə tələb irəli sürmək hüququna yalnız müqavilənin tərəfləri malikdir. İddiaçı isə mübahisələndirdiyi alqı-satqı müqaviləsinin tərəfi deyildir və məhkəmədə həmin müqavilənin ləğv edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün sübyektiv hüquqa malik olmadığından, iddia tələbi əsassızdır və ona görə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-135/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-135/2022
27.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver