Məhkəmə qərarları › İş №2(009)-1352/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1352/2020

03.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1352/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı SOCAR-ın “Azneft“ İstehsalat Birliyi Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın “Azneft“ İstehsalat Birliyi Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2020-ci il tarixdə icraata götürülmüşdür. İddiaçı Cavabdeh1 cavabdeh “Bibiheybətneft” NQÇİ-yə qarşı qanunazidd hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2020-ci il tarixdə icraata götürülmüşdür. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1221/2020 saylı şifahi qərardadı ilə cavabdeh “Bibiheybətneft” NQÇİ əsl cavabdeh olan İddiaçıt Birliyi ilə əvəz edilmişdir . AR MPM-nin 169.3-cü madəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, həm iddiaçı Cavabdeh1 cavabdeh “Azneft” İB-yə qarşı, həm “Azneft” İB-nin Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbləri üzrə mülki işdə tərəflər eyni olduğundan və həmin iddialara bir icraata baxılması məqsədəmüvafiq olduğundan, həmin mülki işlər baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki işlərin bir icraata birləşməsi barədə qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı zqaldıqda qərardada olan etirazlarını apellyasyai şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 169.3-cü maddəsinə əsasən məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işlərin birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 169.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı SOCAR-ın “Azneft“ İstehsalat Birliyinin Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh “Azneft“ İstehsalat Birliyinə qarşı qanunazidd hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(009)-1221/2020 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar