Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1371/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Vurğun küçəsi, 1 saylı evin 13 saylı mənzilinə dair 01.06.2016-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK DƏDRX-nin Bakı 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31.05.2021-ci il tarixdə iddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək, özünün əsl İddiaçı ilə əvəz edilməsini və X2 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən AR MPM-nin 54.1-ci maddəsinə əsasən iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmiş və X4 cavabdeh kimi işə cəlb olunmuşdur. 14.07.2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı heç bir iddia qaldırmadığını və onun adından verilmiş etibarnamədən sui-istifadə olunaraq məhkəməyə iddia ərizəsi ünvanlandığını və imzalandığını, tərəfindən verilmiş etibarnamələrə notarial qaydada xitam verildiyini və bu məlumatı “Elektron notariat” X1 çıxarılmış Məlumatın təsdiq etdiyini bildirmiş və iddia ərizəsindən imtina etdiyini bildirərək işinb icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə baxıb, mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iddiadan imtina ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4 maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1371/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1371/2021
14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver