Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1375/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ nömrəsi **********76019, **********12386 olan iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün ümumilikdə 5407 (beş min dörd yüz yeddi) manat borc, ondan 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat məzənnə fərqi, 2475 (iki min dörd yüz yetmiş beş) manat dəbbə pulu, 30 (otuz ) manat dövlət rüsumu, cəmi 5437 (beş min dörd yüz otuz yeddi) manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh hərəkətlərində cinayət əlamətləri aşkar olunarsa, bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2015-ci il tarixli müqaviləsinə əsasən **********76019, **********12386 İMEİ nömrəli iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor almış və nəticədə 5407 (beş min dörd yüz yeddi) manat borc yaranmışdır. Nəticədə İMEİ nömrəsi **********76019, **********12386, alqı-satqı qiyməti 2973 (iki min doqquz yüz yetmiş üç) manat (yəni 12 ay x 221 manat + 321 manat ilkin ödəniş) olan iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün ümumilikdə 5407 (beş min dörd yüz yeddi) manat olmaqla, ondan, 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat məzənnə fərqi, 2475 (iki min dörd yüz yetmiş beş) manat dəbbə pulu (yəni 7,5 manat x 11 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. xx.xx.2015 tarixində bağlanmış H7- 59876 saylı Müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər Müqavilədə göstərilən Əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Əks halda, həmin şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (Mənimsəmə və ya israf etmə) cinayət məsuliyyətinə cəlb ediləcək. Cavabdeh müqavilə şərtlərini kobudcasına pozmuş, əşyanı satmış və pulu mənimsəmişdir. Bu günədək cavabdehə etdiyi müraciətlər bir nəticə verməmişdir. Cavabdeh cəmi 321 manat ödəniş etmişdir. Müqavilənin 2.2-ci bəndinə görə ödənilən məbləğ üzrə 2.1 bənddə qeyd olunan və AR Mərkəzi Bankının ödəniş gününə olan AZN/ABŞ dolları məzənnəsi ilə yaranan məzənnə fərqi hesablanır. Müqavilənin 2.3cü bəndinə əsasən aylar üzrə toplanmış məzənnə fərqlərinin cəmi Ödəniş Cədvəli üzrə ödənişlər bitəndən sonrakı ay "Müştəri" tərəfindən ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ABŞ dollarının AZN-ə nisbətən məzənnəsi enərsə, o səbəbdən yaranan məzənnə fərqini "ABC" "Müştəriyə" Ödəniş Cədvəli üzrə ödənişlər bitəndən sonra qaytaracaq. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən Müştəri Ödəniş Cədvəli üzrə ödənişlərini vaxtında ödəyərsə, məzənnə fərqinə görə ödənilən məbləğ 280 AZN-dən artıq ola bilməz. Həmin müqavilənin 2.7-ci maddəsinə əsasən "Müştəri" bu Müqavilənin 2.5 bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən ödənişlər yalnız Azərbaycan manatı ilə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, 'Müştəri'nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən “Müştəri” bu Müqavilənin 2-ci bəndinin şərtlərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə Müqaviləyə xitam verilir və "Müştəri" Ödəniş Cədvəli üzrə ödənilməmiş tam məbləği, hesablanmış peniyaları və məzənnə fərqinə görə hesablanmış məbləği ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “Müştəri” bu Müqavilənin 4.2-ci bəndinin şərtlərini 1 aydan artıq müddətdə yerinə yetirmədikdə, hesablanmış peniya və məzənnə fərqindən əlavə Ödəniş cədvəli üzrə ödənilməmiş məbləğin iki qatını (200%) ödəməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3162/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Müqavilədən yaranmış İMEİ nömrəsi **********76019, **********12386 olan iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat məzənnə fərqi, 2475 (iki min dörd yüz yetmiş beş) manat dəbbə pulu, 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 5437 (beş min dörd yüz otuz yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə verərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3162/2016 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)- 3162/2016 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Sonradan iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İMEİ nömrəsi **********76019, **********12386 olan iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün ümumilikdə 1352 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, 30 (otuz) manat dövlət rüsumu, cəmi 1682 manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək «xxxxxxxxxxx» X1 cərimə borcunun azaldılmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, H7-59876 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC özünə məxsus olan **********76019, **********12386 İMEİ nömrəli iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizoru müqavilənin şərtlərinə əsasən alıcının sahibliyinə vermişdir. Qeyd edilən müqavilənin 2.5 və 2.7-ci bəndlərinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəyərsə, məzənnə fərqinə görə ödənilən məbləğ 280 AZN-dən artıq ola bilməz. "Müştəri" bu Müqavilənin 2.5 bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə **********76019, **********12386 İMEİ nömrəli iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün 1352 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “300 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn **********76019, **********12386 İMEİ nömrəli iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün 1352 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 300 manat dəbbə pulunun azaldılaraq 130 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, **********76019, **********12386 İMEİ nömrəli iPhone 6 markalı telefon, iPad Air 2 markalı tablet, Panasonic LED markalı televizor üçün 1352 (bir min üç yüz əlli iki) manat ödənilməmiş hissə, 130 (bir yüz otuz) manat cərimə borcu olmaqla ümumilikdə 1482 (bir min dörd yüz səksən iki) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1352 (bir min üç yüz əlli iki) manat ödənilməmiş hissə, 130 (bir yüz otuz) manat cərimə borcu olmaqla ümumilikdə 1482 (bir min dörd yüz səksən iki) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1375/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1375/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver