Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1379/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, onun vəkili Vəkil və maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (Səbail Rayon İcra Hakimiyyətinin maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumun təyin edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail Rayon İcra Hakimiyyətinin maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, X8 onun öhdəliyindədir. 2004-cü ildən 33 saylı şəhər poliklinikasında tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında, qeydiyyatdadır. Diaqnoz baş beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcdır tutmaları, gecə enurezi və intelektin zəifləməsidir. Hal-hazırda 2 saylı klinik psixatriya xəstəxanasında ambulator müalicədədir və şəxsiyyət pozuntusu ilə intelektin zəifləməsi kəskin geri dönüşü olmayan etapdadır. Bu səbəbdən əmək qabiliyyəti tamamilə məhdudlaşaraq itirilmişdir. Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğ müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətim müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosia sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilə üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ nömrəli, 276307 saylı, 29 aprel 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 aprel 2022-ci ilin günündə, 225 nömrəsi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-T nömrəli, 196227 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Ana qrafasında Ərizəçi, ata qrafasında X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçasının çıxarışından görünür ki, X8 baş beyin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcdır tutmaları, gecə enurezi və intelektin zəifləməsi diaqnozu qoyulmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı vardır, buna görə də anası olan ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X4 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 2382 saylı rəyi ilə müəyyən edilmişdir ki, X6 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intellektin enməsi və tez-tez dekompensasiyalarla müəyyən edilmişdir. X6 müəyyən edilən şəxsiyyət pozuntusunun hal-hazırda dekompensasiya vəziyyətində olması ilə əlaqədar o, öz hərəkətlərini ölçübbiçmək və onlara onlara rəhbərlik etmək iqtidarında deyildir. X4 hazırki psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə əsas verir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Məhkəmə şəxsin üzərində qəyyum təyin edilməsinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətində olduğunu nəzərə alaraq hesab edir ki, ərizə qəyyum təyin edilməsi hissəsində təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1379/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1379/2022
25.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver