Məhkəmə qərarları › İş №2(009)-1379/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1379/2024

19.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1379/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X2 , Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 07 iyun 1983-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 07 iyun 1983-cü il təvəllüdlü X6 onun övladıdır. O, doğuşdan xəstədir. Belə ki, ona əqli inkişafdan geri qalma xəstəliyinə görə müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Hazırda özünü idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 iyun 1983-cü il tarixli, İX-JQ 388108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 iyun 1983-cü ildə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur, atası X7, anası Ərizəçidır. İş materiallarında olan TSE seriyalı, 997988 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, X6 birinci dərəcəli əlildir, əlillik müddətsiz müəyyən edilib, əmək qabliyyəti yoxdur. İş materiallarında olan AA1799741 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1983-cü ildə doğulmuşdur. İş materiallarında olan 376 nömrəli, xx.xx.2024-cü il tarixli Səbail RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Quliyeva X1 qəsəbəsi, 3-cü yaşayış massivi, ö/t evdə qeydiyyatsız yaşayır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2359 saylı rəyindən görünür ki,X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabliyyəti olmayan şəxs hesab etməyə əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 07 iyun 1983-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 07 iyun 1983-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar