Məhkəmə qərarları › İş №2(009)-138/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-138/2025

24.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-138/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı (eyni zamanda Cavabdeh iddiası üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil3, İddiaçı (eyni zamanda İddiaçı və Ramil Qocayevin iddiaları üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, sonrakı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı X7 Cavabdeh qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh olan Cavabdeh faizə pul verməklə məşğuldur. O, ondan borc pul götürdükdə cavabdeh onu aldadaraq bildirmişdir ki, borcun təminatı kimi mülkiyyətində olan mənzili onun adına keçirməlidir, borc ödənildikdən sonra mənzil yenidən ona qaytarılacaqdır. Bu razılıqla aralarında 4 dəfə alqı-satqı müqaviləsi olmuşdur. Belə ki: 1.AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına keçirilmişdir; 2.AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir; 3.AN-İ No ******* saylı xx.xx.2015-ci il alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir. Hazırda cavabdeh ona məxsus fərdi yaşayış evlərini ona qaytarmaqdan imtina edir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olmuş, lakin heç biri müsbət nəticələnməmişdir. Alqı-satqı müqavilələrinin bağlanma məbləğlərindən də aydın olur ki, bu müqavilələr formal olaraq bağlanmışdır. Çünki sözügedən fərdi yaşayış evlərinin real bazar dəyərləri müqavilə məbləğlərindən qat-qat yüksəkdir. Cavabdeh götürdüyü borcun təminatına əsas kimi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z və ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərini aralarında tərtib olunan AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli, AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli və AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən onun adına rəsmiləşdirmişlər. Lakin aralarındakı şifahi razılaşmaya əsasən aldığı borc tam ödənildikdən sonra əmlakların təkrar onun adına rəsmiləşdiriləcəyini qeyd etmişdir. Aldığı borcu Cavabdeh tam şəkildə ödəməsinə baxmayaraq, sözügedən fərdi yaşayış evlərini onun mülkiyyətinə geri qaytarılmasından imtina etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z və ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə dair bağlanmış AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, verilmiş sorğular əsasında bağlanmış kredit, alqısatqı və ipoteka müqavilələri barədə dəqiq məlumatlar əldə olunmuşdur. Bu səbəbdən iddianın dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Göründüyü kimi, Cavabdeh evlərdə yaşamaması, evlərə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində evlərin kommunal xərclərinin onun tərəfindən ödənilməsi aralarında bağlanmış alqı-satqı və ipoteka müqavilələrinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğunu sübut edir. AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh faiz pul müqabilində onunla alqı-satqı etmişdir və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini adına keçirmişdir. AN- İ ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə faiz pul müqabilində onunla alqı-satqı etmişdir və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini adına keçirmişdir. AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə faiz pul müqabilində onunla alqı-satqı etmişdir və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədən 2,4 kv.m. eyvan, 18.4 kv.m. otağı, 6,9 kv.m. otağı, 10,0 kv.m.otağı və 3,5 kv.m. otağı istisna olmaqla qalan hissəsini, 1-ci mərtəbən 3 saylı otaq və dam sahəsini adına keçirmişdir. xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh faiz pul müqabilində ondan aldığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini bank vasitəsi ilə ona formal salaraq bankdan 50.000 manat məbləğində kredit götürmüşdür və Cavabdeh vermişdir. Bu evi yalnız xx.xx.2024-cü il tarixdə bankdan ipotekadan çıxararaq Daşınmaz Əmlakın Reyestr Xidmətindən öz adına çıxarış almışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə X2 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan xx.xx.2015-ci il tarixdə bağlanmış saziş əsasında X2 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ipotekadan azad edilmiş, əvəzində xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə ona məxsus ünvan 6nda yerləşən 3 saylı mənzil ünvan 6nda yerləşən 3 saylı mənzil Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə qardaşı X9 məxsus ünvan 6nda 3a saylı mənzil Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Yuxarıda sadalanan daşınmaz əmlaklarla bağlı müqavilələr də bir daha onu təsdiq edir ki, Cavabdeh faizə pul verməklə məşğuldur. Belə ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evdə ümumiyyətlə yaşamamışdır, heç bir təsərrüfat aparmamışdır. Həmin evin kommunal ödənişləri indiyədək onun tərəfindən həyata keçirilir. Bütün bunlar həmin evlə bağlı alqı-satqı müqaviləsinin əslində formal bağlandığını sübut edir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış AN-İ No ******* saylı, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda iddianın dəyişdirilməsinə zərurət yaranmışdır. Əvvəla, iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hissəsinə münasibətdə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından 9 il keçdikdən sonra mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə müddətin ötürülməsi obyektiv səbəblərlə əlaqədar olmuşdur. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, iddiaçı tərəf hazırda mübahisəli mənzildə yaşamaqla davam etməsi faktdır və iş materiallarından da göründüyü kimi, mənzilin alqı-satqısının qanuniliyi ilk dəfə 2024-cü ildə mübahisələndirilmişdir. Hazırda iddiaçı qeyd edilən müqavilənin formal olaraq faizə verilən pulun təminatı kimi bağlanmasını göstərərək, eyni zamanda onların müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürənə kimi qarşı tərəfin onların mənzildən çıxarılmasına dair tələb sürməməsinə istinad edərək bildirmişdir ki, məhkəmə mübahisəsindən əvvəl aralarında faizlə bağlı verilən pul barədə müəyyən söhbətlərin olmasına baxmayaraq, o, müvafiq iddianı qaldırdıqdan sonra cavabdeh digər məhkəmədə, alqı-satqı müqaviləsinin bağlanmasından 9 ildən də artıq müddət keçdikdən sonra iddiaçının mənzildən çıxarılmasına dair iddia qaldırmışdır. İşin həqiqi hallarından məlum olur ki, iddiaçı tikinti işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı cavabdehlə tanış olmuş, dəfələrlə cavabdeh ona faizə pul vermiş, bunun müqabilində cavabdehlə formal ipoteka və alqı-satqı müqavilələri bağlanmış, pul vəsaitləri qaytarıldıqdan sonra mənzillər də geri qaytarılmış, lakin sonuncu, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan mənzilə münasibətdə 2024-cü ildə cavabdeh pulun qaytarılmasına baxmayaraq, mənzili iddiaçının adına geri rəsmiləşdirməkdən imtina etmiş, məhz bundan sonra iddiaçı onun etibarından cavabdehin sui-istifadə etdiyini bilmiş, bundan sonra hazırkı iş üzrə iddianı qaldırmış, daha sonra isə cavabdeh digər məhkəmədə iddiaçının mənzildən çıxarılmasına dair iddia qaldırmışdır. Belə olan halda hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış mübahisə predmeti olan mənzilə dair alqı-satqı müqaviləsi hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş və digər əqdi (faizə pul verilməsinin təminatı kimi evin girov qoyulması) pərdələmişdir. Cavabdehin isə faizə pul verilməsi və onun qaytarılması kimi halların olmasının iş üzrə heç bir mötəbər faktla öz təsdiqini tapmaması barədə dəlilləri tamamilə əsassızdır, əksinə tərəfindən təqdim edilən çoxsaylı sübutlarla, o cümlədən notarial qaydada təsdiq olunmuş əqdlərlə cavabdehin hansı fəaliyyətlə məşğul olmasını müəyyən etmək o qədər də çətin deyildir. Göründüyü kimi, mübahisələndirilən əqdin heç də mənzilin məhz alınması niyyəti ilə bağlanmasına dair iddiaçı tərəfin dəlilləri daha inandırıcı olmaqla mötəbər sübutlarla təsdiqini tapır. Digər tərəfdən sözügedən alqı-satqı müqaviləsi etibarsız olduğu üçün ona əsasən mübahisəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində cavabdehin adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyat da ləğv edilməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə yalan əqd olmaqla puçdur və heç bir hüquqi nəticə doğura bilməz. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, bir şərtlə ki, onun mahiyyəti buna imkan versin, hazırkı işdə isə tərəflərin nəzərdə tutduqları əqdin mahiyyəti buna imkan vermir. Cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməsinə dair ərizə ilə əlaqədar bildirir ki, yuxarıda qeyd edildiyi kimi əqd daşınmaz əmlakla bağlı olduğu halda iddia müddəti tətbiq edilə bilməz. O da qeyd olnmalıdır ki, cavabdeh tərəfindən verilən borcun təminatı olduğunu bilərək mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmasından və mənzilin mülkiyyəti kimi qeydiyyatının da onun adına aparılmasında istifadə edərək mənzildə faktiki yaşayanların çıxarılmasına dair 9 ildən artıq müddətdə iddia qaldırılmaması da tərəflərin həqiqi niyyətlərinin müəyyən edilməsi bu əqdin əhəmiyyətsiz olmasını və bu müqavilənin alqı-satqı məqsədi ilə deyil, müəyyən edilmiş hallarla əlaqədar olmasını bilə-bilə, ona qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddia qaldırıldıqdan sonra tərəfindən qeyd edilən iddianı qaldırmaqla hüquqdan suiistifadəyə yol verməsi sübut etmişdir. Bundan başqa, tərəflər arasında yaranan ipoteka hüquq münasibətlərinin əsası kimi Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə təşkil edir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsində 155.000 ABŞ dolları borc məbləği, xx.xx.2015-ci il tarixli kredit müqaviləsində isə 262.500 manatın eksvivalenti olan 250.000 ABŞ dolları borc təşkil edir. xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilədə isə 405.000 ABŞ dolları borcdan 205.000 ABŞ dolları məbləğin ödənildiyi, qalıq borcun 200.000 ABŞ dolları olduğu qeyd olunmuşdur. Cavabdeh ilə İddiaçı və iddiaçının qardaşı X12 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoru tərəfindən təsdiq olunmuş, reyestrdə 3M-700 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı mülkiyyətində olan ünvan 6nda yerləşən 3A saylı mənzil Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 155.000 ABŞ dolları borcun müqabilində Cavabdeh xeyrinə yüklü edilmişdir. Eyni gündə, yəni xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoru tərəfindən təsdiq olunmuş, reyestrdə 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı Qədim oğlunun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 155.000 ABŞ dolları borcun müqabilində Cavabdeh xeyrinə yüklü edilmişdir. Belə ki, hər iki, yəni xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin 1.3-cü bəndinə görə ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 1.4-cü bəndinə görə bu ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə yaranan borc (kredit) öhdəliyinin icrasını təmin etmək üçün bağlanır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədədir. Beləliklə, göründüyü kimi, tərəflər arasında bağlanmış və reyestrdə müvafiq olaraq 3M-700 və 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin şərtləri eyni olmaqla, ipoteka predmetləri daha əvvəl tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və həmin ipoteka müqavilələri tərəflər, yəni Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 155.000 ABŞ dolları borcun müqabilində Cavabdeh xeyrinə yüklü edilmişdir. İşin həqiqi hallarından göründüyü kimi, onun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin əsası kimi çıxış edilən borc öhdəliyi iddiaçı tərəfindən tam ödənilmişdir. Yəni hər iki ipoteka predmetinin əsası kimi çıxış edən 155.000 ABŞ dolları tam şəkildə bağlanmışdır. Belə olan halda, əsas öhdəlik icra olunubsa, əlavə öhdəlik də icra olunmalıdır. Nəzərə almaq lazımdır ki, xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə, eyni gündə bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin əsas öhdəliyi kimi çıxış etmir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış, AN-İ ******* saylı 4Ə-2089 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına aparılmış (RX seriyalı ******* saylı çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması), ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin yüklü edilməsinə əsas hesab edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 155.000 ABŞ dolları borc öhdəliyinin tam icra olunması səbəbindən, yəni əsas öhdəliyə xitam verildiyinə görə, tərəflər arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş reyestrdə 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş həmin fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X13 Cavabdeh qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh olan Cavabdeh faizə-sələmə pul verməklə məşğuldur. Qardaşı İddiaçı ondan borc pul götürdükdə cavabdeh qardaşını və onu aldadaraq bildirmişdir ki, borcun təminatı kimi mülkiyyətlərində olan mənzilləri onun adına keçirilməlidir, borc ödənildikdən sonra mənzil yenidən onlara qaytarılacaqdır. Cavabdeh ilə qardaşı İddiaçı arasında xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə görə Cavabdeh tərəfindən qardaşı İddiaçı ümumilikdə 405.000 ABŞ dolları borc verildiyi qeyd edilmişdir. Əslində isə cavabdeh tərəfindən ona 200.000 manat borc verilmişdir. Sonradan ölkədə baş verən devalvasiya nəticəsində dollar kəskin bahalaşdığından, cavabdeh borcun ABŞ dolları ilə yazılmasını tələb etmişdir. Onlar da əmlakları onun adında olduğu üçün razılaşmaq məcburiyyətində qalmışlar. Bu səbəbdən xx.xx.2017-ci il tarixdə bağlanmış borcun etirafı müqaviləsində qardaşının cavabdehə 200.000 ABŞ dolları borcu qaldığını qeyd olunmuşdur. Borc müqavilələrinin təminatı kimi cavabdehlə qardaşı və onun arasında alqı-satqı və ipoteka müqavilələri olmuşdur. Belə ki: 1.AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, Rəşid Bağırov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına keçirilmişdir. 2.AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir.

3. AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir. 4.Cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə qardaşının borcuna təminat kimi mülkiyyətində olan ünvan 6nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m. olan mənzil ipoteka qoyulmuşdur. Həmin müqavilədən borcun 150.000 manat olduğu qeyd olunmuşdur.

5. Sonradan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi qüvvədən düşmüş və aralarında həmin mənzilə dair xx.xx.2015-ci il tarixdə yenidən ipoteka müqaviləsi bağlanmışdır. Bu dəfə müqavilədə borc 155.000 ABŞ dolları qeyd edilmişdir. Bağlanmış borc müqavilələrinə görə bu günədək cavabdehə 750.000 ABŞ dolları pul vəsaiti qaytarılmışdır. Lakin hazırda cavabdeh qardaşına məxsus fərdi yaşayış evlərini ona qaytarmaqdan imtina edir. Onunla bağlanmış ipoteka müqaviləsi ləğv olunmamışdır. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olmuş, lakin heç biri müsbət nəticələnməmişdir. Alqı-satqı müqavilələrinin və ipoteka müqaviləsinin bağlanma məbləğlərindən də aydın olur ki, bu müqavilələr formal olaraq bağlanmışdır. Çünki sözügedən fərdi yaşayış evlərinin real bazar dəyərinin müqavilə məbləğlərindən qat-qat yüksəkdir. Bildirir ki, qardaşı cavabehi uzun müddətdir ki, tanıyırdı. Onlar arasında işgüzar münasibətlər olmuşdur. Qardaşı tikinti işləri aparılması üçün cavabdehdən böyük məbləğlərdə manat ekvivalentində faizə pul alırdı və qaytarırdı. Eyni zamanda qardaşı İddiaçı evləri alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətində olsa da, həmin mənzillərdə qardaşı və onun ailəsi yaşayır, birgə təsərrüfat aparırlar. Bundan başqa ipoteka ilə yüklü olan mübahisəli mənzildə də o, ailə üzvləri ilə yaşayır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 6nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m. olan mənzilə dair onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-2307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim İ.Rüstəmli) iddiaçı X7 Cavabdeh qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(009)-2307/2024 saylı mülki iş, məhkəmənin hakimi Şahin Abdullayevin icraatında olan iddiaçı X7 Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və s.” tələbinə dair 2(009)-2055/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq İddiaçı tərəfindən zəbt olunmuşdur. Belə ki, dəfələrlə müraciətinə cavab olaraq müxtəlif bəhanələr gətirərək mənzillərini geri qaytarmaqdan imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-8179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim S.Eyvazova) iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair 2(011)-8179/2024 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(009)-2055/2024 nömrəli mülki işlə bir icraata birləşdirilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı (eyni zamanda Cavabdeh iddiası üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini, iddiaçı Cavabdeh iddia tələbini isə qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, mübahisəli ev götürülən borcun təminatı kimi alqı-satqı yolu ilə cavabdehin adına keçmişdir,borc qaytarılsa da, cavabdeh evi iddiaçının adına keçirməkdən imtina etmişdir, buna görə də hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh onların məhkəməyə müraciət etməsini bilib, evdən çıxarma ilə əlaqədar Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Əgər ev həqiqətən cavabdeh tərəfindən alınmışdırsa, niyə 9 ildən sonra məhkəməyə müraciət olunurdu? Cavabdeh müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Qeyd edir ki, iddiaçı borcu qaytardıqdan sonra evin onun adına qaytarılması barədə təklifi cavabdeh tərəfindən rədd edildiyindən, həmin vaxtdan da 1 il müddət keçmədiyindən iddiaçı məhkəməyə müraciət etmək üçün müddəti ötürməmişdir. Yəni burada kəsici müddətdən söhbət gedə bilər. Eyni zamanda iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 155.000 ABŞ dolları qaytarıldığı üçün, yəni həmin öhdəliyə xitam verildiyi üçün kreditin təminatı olan ipotekaya da xitam verilməlidir. Qarşı tərəfin iddiası isə əsassızdır, çünki alqı-satqı formal olmuş, bağlandığı vaxtdan hazırkı vaxtadək iddiaçı həmin mənzildə yaşayır. Məhkəmə iclasında izahatı alınmış iddiaçı (eyni zamanda İddiaçı və Ramil Qocayevin iddiaları üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini, iddiaçılar İddiaçı və Ramil Qocayevin iddia tələblərini qəbul etməyərək onların rədd edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin izahatında göstərmişdir ki, tərəflər arasında qarşılıqlı iş birliyi olmuşdur. Dəfələrlə nümayəndəsi olduğu şəxs tərəfindən İddiaçı pul verilmiş, onun təminatı kimi əmlaklar ipoteka ilə yüklü edilmiş, verilən pullar geri qaytarıldığı təqdirdə yüklü edilmiş əmlaklar yüklülükdən azad edilmiş və geri qaytarılmışdır. İddiaçı tərəfindən götürdüyü kredit müqaviləsi üzrə pulun geri qaytarılmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Alqı-satqı müqaviləsi isə qanuni əsaslarla olmuşdur, Cavabdeh həmin evin hüquqmüəyyənedici sənədləri olduğu üçün evlə bağlı tələb əvvəllər irəli sürülməmişdir. Məhkəməyə müraciət edilməmişdən qabaq isə hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Tərəflər arasında münasibətlər 2014cü ildən yaranmışdır. Həmin vaxtdan 10 il müddət keçir, yəni həm iddia müddəti, həm də kəsici müddət ötürülmüşdür. Ona görə də İddiaçı iddiasını əsassız hesab edir. Ramil Qocayevin iddiası da əsassızdır və onun iddiasının da heç bir hüquqi əsası yoxdur. Ramil Qocayev iddiası əsassız olduğu üçün heç bir məhkəmə proseslərində də iştirak etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X7 iddia tələbi üzrə Cavabdeh nümayəndəsinin işə iddiaçının iştirakı olmadan baxılması barədə tələbini nəzərə alaraq hesab edir ki, X7 iddiasına mahiyyəti üzrə onun iştirakı olmadan baxılmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbləri təmin edilməli, X7 iddia tələbləri təmin edilməməli, Cavabdeh iddia tələbləri təmin edilməməlidir. İş üzrə “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş və “İpoteka qoyan” qismində İddiaçı ilə “İpoteka saxlayan” qismində Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanılmış, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Zakir Yusifov küçəsində yerləşən, ümumi sahəsi 74,9 kv.m. olan 3 otaqlı 44E saylı ev ipoteka ilə yüklü edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 74,90 kv.m. olan 44E saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Qədim oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 40 saylı evin, 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 35,2 kv.m., yardımçı sahəsi 15,5 kv.m. olan 3a saylı mənzili tam mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-700 reyestr nömrəsi ilə təsdiq edilmiş və “İpoteka qoyan” qismində X13 ilə “İpoteka saxlayan” qismində Cavabdeh və “Borc alan” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İpoteka qoyan” ünvan 6nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 35,2 kv.m., yardımçı sahəsi 155,5 kv.m. 3a saylı mənzilini ipotekaya qoyur, “İpoteka saxlayan” isə ipotekaya götürür (bənd 1.1), ipoteka qoyulmuş əmlak Azərbaycan Respublikasının DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixli reyestr nömrəsi **********93-05101-093002, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa əsasən “İpoteka qoyanın” xüsusi mülkiyyətindədir (bənd 1.2), ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir (bənd 1.3), bu ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranan borc (kredit) öhdəliyinin icrasının təmin etmək üçün bağlanılır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədə olacaqdır (bənd 1.4), “Borc alan”ın “Borc verən”dən aldığı 155.000 ABŞ dolları məbləğində borcunun (kreditinin) və onun icrası ilə bağlı yarana biləcək digər bütün zəruri xərcləri ilə birlikdə tam həcmdə ödəməyə görə “İpoteka qoyan” ipoteka qoyduğu əmlakı ilə məsuliyyət daşıyır (bənd 1.5). İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-702 reyestr nömrəsi ilə təsdiq edilmiş və “İpoteka qoyan” qismində İddiaçı ilə “İpoteka saxlayan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İpoteka qoyan” mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 74,9 kv.m., yaşayış sahəsi 53,8 kv.m., yardımçı sahəsi 21,1 kv.m. olan fərdi yaşayış evini ipotekaya qoyur, “İpoteka saxlayan” isə ipotekaya götürür (bəndlər 1.1, 1.2), ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir (bənd 1.3), ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranan borc (kredit) öhdəliyinin icrasını təmin etmək üçün bağlanılır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədə olacaqdır (bənd 1.4), “Borc alan”ın “Borc verən”dən aldığı 155.000 ABŞ dolları məbləğində borcunun (kreditinin) və onun icrası ilə bağlı yarana biləcək digər bütün zəruri xərcləri ilə birlikdə tam həcmdə ödəməyə görə “İpoteka qoyan” ipoteka qoyduğu əmlakı ilə məsuliyyəti daşıyır (bənd 1.5). İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 302,9 kv.m. olan 28a saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən, 3 mərtəbəli, ümumi sahəsi 302,9 kv.m. olan 7 otaqlı 28a saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh adına (1-ci mərtəbədən qaraj (92,8 kv.m.), 2-ci mərtəbədən 3 otaq (y/s – 50,3 kv.m., k/s-23,4 kv.m.) – xx.xx.2014-cu il tarixdən), İddiaçı adına (qalan hissə) – xx.xx.2015-ci il tarixdən) qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 326,2 kv.m. olan 28a saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh adına (3-cü mərtəbə 2 y/otağı (18,0 kv.m. və 9,0 kv.m.), köməkçi sahə-13.1 kv.m.,4.2 kv.m.,7.9 kv.m. və 23.3 kv.m.mansard) – xx.xx.2015-ci il tarixdən), X3 adına (İİ mərtəbədən 6,7,9 saylı y/otaqları (50,3 kv.m.),2,4,5,8,10,11 saylı k/s (32,6 kv.m.)-xx.xx.2015-ci il tarixdən), X5 adına (1-ci mərtəbədən 2 saylı otaq (qaraj 92,8 kv.m.) – xx.xx.2016-cı il tarixdən), X6 adına (3-cü mərtəbədən 1 otaq (y/s-16,4 kv.m,k/s-20,4 kv.m., açıq eyvan 2,4 kv.m.)-xx.xx.2019-cu il tarixdən) qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan 28a saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına (3-cü mərtəbə, 1-ci mərtəbədən 3 saylı otaq (4,2 kv.m.) və dam sahəsi (mansard) -xx.xx.2015-ci il tarixdən), X3 adına (İİ mərtəbədən 6,7 saylı y/otaqları (39,1 kv.m.) və 2,4,5,8,10,11 saylı k/s (32,6 kv.m.) və X5 adına (1-ci mərtəbədən 2 saylı otaq (qaraj 92,8 kv.m.),2-ci mərtəbən 9 saylı otaq (11,2 kv.m.) qeydiyyata alınmışdır. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Borc verən” Cavabdeh “Borc alan” İddiaçı 262.500 manatın ekvivalenti olan 250.000 ABŞ dolları məbləğində pul borc vermiş (bənd 1), “Borc alan” İddiaçı müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini 6 ay xx.xx.2015-ci il müddətinə kimi “Borc verən” Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2). “Borc verən” Cavabdeh müqavilənin 2-ci bəndində göstərilənlərlə razı olduğunu bildirmişdir (bənd 3). İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Borc verən” “Borc alana” 155.000 ABŞ dolları məbləğində pul borc vermiş (bənd 1), “Borc alan” krediti xx.xx.2015-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2). İş üzrə X11 tərəfindən notariat qaydada yazılmış xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olan hissəsinin ona düşən üstünlük hüququndan imtina edir, digər şəxsə satılmasına etiraz etmir. İş üzrə X8 tərəfindən notariat qaydada yazılmış xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olan hissəsinin ona düşən üstünlük hüququndan imtina edir, digər şəxsə satılmasına etiraz etmir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 4Ə-2089 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 302,0 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus olan 3-cü mərtəbədən 2,4 kv.m.eyvan, 18,4 kv.m. otağı, 6,9 kv.m. otağı, 10,0 kv.m. otağı və 3,5 kv.m. otağı istisna olmaqla qalan hissəsi 1-ci mərtəbədən 3 saylı otağını və dam sahəsini (mansard) Cavabdeh 35.000 manata satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan 28a saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 adına (İİ mərtəbədən 6,7 saylı y/otaqları (39,1 kv.m.) və 2,4,5,8,10,11 saylı k/s (32,6 kv.m.)-xx.xx.2015-ci il tarixdən), X5 adına (1-ci mərtəbədən 2 saylı otaq (qaraj 92,8 kv.m.), mərtəbədən 9 saylı otaq (11,2 kv.m.), 2-ci mərtəbədən 9 saylı otaq (11,2 kv.m.) – xx.xx.2015-ci il tarixdən), X4 adına (3-cü mərtəbədən 1 otaq (y/s-18,4 kv.m,k/s-20,4 kv.m., açıq eyvan 2,4 kv.m.)-xx.xx.2015-ci il tarixdən) və Cavabdeh adına (3-cü mərtəbə 2 yaş/otağı (18,0 kv.m. və 9,0 kv.m.), köməkçi sahə-13.1 kv.m.,4.2 kv.m.,7.9 kv.m. və 23.3 kv.m.mansard) – xx.xx.2015-ci il tarixdən) qeydiyyata alınmışdır. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı etiraf edir ki, xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə “ASAN” Xidmət mərkəzində fəaliyyət göstərən notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş borc müqavilələrinə əsasən Cavabdeh cəmi 405.000 ABŞ dolları məbləğində pul borc almışdır. Lakin bu günə kimi müəyyən hissəsini qaytara bilmişdir. Borc məbləği 200.000 ABŞ dolları qalıb. Razılaşmalarına əsasən öhdəsinə götürür ki, həmin qalıq borc olan 200.000 ABŞ dolları məbləğində olan pulu xx.xx.2018-ci il tarixədək ona qaytaracaq. Cavabdeh İddiaçı etirafını qəbul edir, qeyd edilən şərtlərlə qeyd edilən müddətdə borcun ödənilməsinə razıdır. Məhkəmə İddiaçı tərəfindən verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququ Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit edilmişdir. Qeyd edilən normalara əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alğı-satqı müqaviləsi çıxış edir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notarius tərəfindən xx.xx.2015-ci ildə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus olan 3-cü mərtəbədən 2,4 kv.m. eyvan, 18,4 kv.m. otaq, 6,9 kv.m. otaq, 10 kv.m. otaq və 3,5 kv.m. otaq istisna olmaqla qalan hissəsi, birinci mərtəbədən 3 saylı otaq və dam sahəsi (mansard) alıcı Cavabdeh satmışdır. Həmin evin digər paylı mülkiyyətçiləri evin alınması ilə əlaqədar üstünlük hüququndan imtina etmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına alınmış əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmış və onun adına çıxarış verilmişdir. İddiaçı qeyd olunan alqı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, həmin müqavilə alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddir. Belə ki, o, tikinti işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı cavabdehlə tanış olmuş, dəfələrlə cavabdeh ona faizə pul vermiş, bunun müqabilində cavabdehlə formal ipoteka və alqı-satqı müqavilələri bağlanmış, pul vəsaitləri qaytarıldıqdan sonra mənzillər də geri qaytarılmış, lakin sonuncu, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan mənzilə münasibətdə 2024-cü ildə cavabdeh pulun qaytarılmasına baxmayaraq, mənzili iddiaçının adına geri rəsmiləşdirməkdən imtina etmişdir. Əslində cavabdehə olan borcunun təminatı kimi mübahisəli evi formal olaraq cavabdehin adına alqı-satqı yolu ilə keçirmişdir. Məhkəmə qeyd edir ki,ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçılə Cavabdeh arasında dəfələrlə borc pulu verilməsi ilə əlaqədar müqavilələr bağlanılmış, həmin müqavilələrin təminatı kimi İddiaçı məxsus əmlaklar ipoteka ilə yüklü edilmiş, bəzi əmlakların alqı-satqısı həyata keçirilmiş, sonradan həmin əmlakların bir hissəsi ipoteka yüklülüyündən azad edilmiş, satılmış əmlaklar geri qaytarılmışdır. Məhkəmə İddiaçı və Q.Hacyev arasında müxtəlif vaxtlarda kredit (borc) müqavilələrinin bağlanılmasını, kredit müqavilənin təminatı kimi əmlakların yüklü edilməsini, hazırkı mübahisə predmeti olan əmlakın alqı-satqı müqaviləsinin bağlanılmasından (2015-ci il) 9 ildən sonra Cavabdeh tərəfindən İddiaçı qarşı mübahisəli mənzildən çıxarılma və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə tələb irəli sürülməsini nəzərə alaraq hesab edir ki, İddiaçılə Cavabdeh arasında faktiki borc münasibətləri olmuş, mübahisəli daşınmaz əmlakın isə alqı-satqı müqaviləsi görünüş məqsədli olmuş, əslində borc öhdəliyinin icrasının təminatı olaraq alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslı hesab edilməli, onunla Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 28a saylı evə dair xx.xx.2015-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh adına aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı münasibətə nə kəsici, nə də iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə İddiaçı 2-ci tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borc verən qismində Cavabdeh ilə borc alan qismində İddiaçı arasında xx.xx.2015-ci il tarixdə 250.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair borc müqaviləsi, xx.xx.2015-ci il tarixdə isə 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair bağlanılmış kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 44E saylı fərdi yaşayış evini xx.xx.2015-ci il tarixdə bağlanılmış sonrakı ipoteka müqaviləsi əsasında yüklü etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən İddiaçı xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli borc müqavilələrinə əsasən Cavabdeh borc aldığı 405.000 ABŞ dolları məbləğindən 200.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş, həmin pulu xx.xx.2018-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Qeyd edilən müqavilədə Cavabdeh qalıq borcla və onun qeyd olunan müddətdə ödənilməsi ilə razılaşmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair bağlanılmış kredit müqaviləsi üzrə İddiaçı tərəfindən borc götürdüyü 155.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh qaytarıldığından, bu hal yuxarıda qeyd edilən borcun etirafı barədə bağlanılmış müqavilə ilə də təsdiq olunduğundan, bununla da həmin müqavilə üzrə öhdəliyə xitam verildiyindən, həmin müqavilənin təminatı kimi yüklü edilmiş fərdi yaşayış evinə dair ipotekaya da xitam verilməli və İddiaçı bununla bağlı tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzilə dair qanunsuz olaraq mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq onun istifadəsinə təhvil verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh istinad etdiyi alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri (daşınmaz əmlakın dövlət reyestrində aparılan qeyd və çıxarış) etibarsız hesab edilərək ləğv edilməsi qənaətinə gəlindiyindən, iddiaçı Cavabdeh iddiası əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə X13 tərəfindən verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borc alan qismində İddiaçı ilə borc verən qismində Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanılmış, həmin müqavilənin təminatı kimi həmçinin X7 mülkiyyətində olan ünvan 12 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 35,2 kv.m., yardımçı sahə 155,5 kv.m. olan 3a saylı mənzili xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. İddiaçı X13 xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüş və tələbin hüquqi əsası kimi kredit müqaviləsinin pərdələnmiş əqd olmasını, faizə pul verilməsinin təminatı kimi evin girova qoyulduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı Ramil İddiaçı Qocayev və Cavabdeh arasında 155.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair bağlanılmış kredit müqaviləsinin pərdələnmiş və yalan əqd olmasını bildirsə də, həmin müqavilənin tərəfi kimi İddiaçı qeyd edilən müqavilə üzrə pulun alınması və onun qaytarıldığını, bununla bağlı borcun etirafına dair müqavilə bağlanıldığını iddiasında qeyd etmiş, məhkəmə həmin kredit müqaviləsi üzrə əsas öhdəliyə xitam verilməsini nəzərə alaraq İddiaçı mülkiyyətində olan və təminat kimi ipoteka ilə yüklü edilmiş evinə dair ipotekaya xitam verilməsi barədə tələbini təmin etmişdir. Məhkəmə hesab edir ki, Cavabdehlə İddiaçı arasında 155.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair xx.xx.2015-ci il tarixdə bağlanılmış kredit müqaviləsi qanuni və əsaslı olduğundan, iddiaçı Ramil Qocayevin həmin müqavilənin görüntü xarakterli və pərdələnmiş əqd olmasına dair dəlilləri təsdiq olunmadığından, həmin müqavilənin təminatı kimi Ramil Qocayev tərəfindən mülkiyyətində olan əmlakın yüklü edilməsinə dair bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, Ramil Qocayevin və Cavabdeh iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ:

İddiaçı iddia tələbləri təmin edilsin. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış AN-İ №0523034 saylı, xx.xx.2015ci il tarixli, 4Ə-2089 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilsin, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd etibarsız hesab edilsin, Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilsin və İddiaçı həmin ev üzərində mülkiyyət hüququ bərpa edilsin. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 74,9 kv.m., yaşayış sahəsi 53,8 kv.m., yardımçı sahəsi 21,1 kv.m. olan 3 otaqlı 44E saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış xx.xx.2015-ci il tarixli, 3M-702 reyestr nömrəli ipotekaya xitam verilsin və həmin fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. İddiaçı X7 Cavabdeh qarşı ünvan 6nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m. olan mənzilə dair onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı X9 aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq onun istifadəsinə təhvil verilməsi barədə iddia tələbləri təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar