Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1380/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «qarşılıqlı tələblərin əvəzləşdirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «qarşılıqlı tələblərin əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 icraatında olan Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(009)-1550/2019 №-li qətnaməsinə əsasən İddiaçı ASC-dən Cavabdeh2 xeyrinə tutulmalı olan 20000 manat pul tələbinin Kəpəz rayon məhkəməsinin 01.12.2010-cu il tarixli 2(043)-1375/2010 №-li qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 33602 manat pul tələbinin 20000 manat hissəsi ilə əvəzləşdirilməsi və əvəzləşdirilmə nəticəsində Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(009)-1550/2019 №-li qətnaməsi üzrə borc öhdəliyinə tam, Kəpəz rayon Məhkəməsinin 01.12.2010-cu il tarixli 2(043)-1375/2010 №-li qətnaməsi üzrə borc öhdəliyinə isə qismən – 20000 manat həcmində xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-dən Cavabdeh2 xeyrinə tutulmalı olan 20000 manat pul tələbinin Kəpəz rayon məhkəməsinin 01.12.2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 33602 manat pul tələbinin 20000 manat hissəsi ilə əvəzləşdirilməsi və əvəzləşdirilmə nəticəsində Səbail Rayon Məhkəməsinin qətnaməsi üzrə borc öhdəliyinə tam, Kəpəz rayon Məhkəməsinin qətnaməsi üzrə borc öhdəliyinə isə qismən–20000 manat həcmində xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə baxıb, mülki iş materiallarını tədqiq edib, hesab edir ki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(009)-1550/2019 №-li qətnaməsinə əsasən İddiaçı ASC-dən Cavabdeh2 xeyrinə 20000 manat pul, Kəpəz rayon məhkəməsinin 01.12.2010-cu il tarixli 2(043)-1375/2010 №-li qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 33602 manat pul tutulması qət edilmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının iki ayrı-ayrı qanuni qüvvəyə minmiş qətnamə ilə qət olunan məbləğlərin qarşılıqlı əvəzləşdirilməsi Mülki Məcəllənin tələblərin əvəzləşdirilməsinə dair müddəalarına ziddir. Belə ki, artıq məhkəmələr tərəfindən yekun məhkəmə aktı çıxarılıb icraya yönəldiyindən icra mərhələsində iddiaçının borcun əvəzləşdirilməsi ilə bağlı iddia qaldırması düzgün olmadığından işə iddia icraatı qaydasında baxıla bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «qarşılıqlı tələblərin əvəzləşdirilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1380/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1380/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver