Məhkəmə qərarları › İş №2(009)-1419/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1419/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1419/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «lizinq obyektinin qaytarılması və pul tələbi» barədə iddiası üzrə mülki işə 26 iyul 2023-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «lizinq obyektinin qaytarılması və pul tələbi» barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, “Khazar LX” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya qaytarılması və cavabdehdən 1224,78 manat əsas borc, 749,78 manat mükafat, 230,93 manat dəbbə pulu və ödənilmiş 100,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli X2 əsasən iddiaçı “Khazar LX” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Lizinq alan illik 17,5% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 394,92 manat, ümumilikdə isə 16,117 manat pulu iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Ödənilməli olan 16,117 manat pulun 12,900 manat hissəsini əsas məbləğ təşkil edir. Lakin o, müqavilə şərtlərinə tam əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli MAS-5573 saylı Daxili lizinq Müqaviləsinin və həmin müqavilənin 1 və 3 saylı əlavəsinin surətindən görünür ki, Lizinq verən (AZƏRMAŞ MMC) Lizinq alana (Cavabdeh) “Khazar LX” markalıavtomobili lizinq obyekti qismində 12,900 manat müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini həmin Müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə 3 saylı əlavədən aydın olur ki, iddiaçı mülkiyyətində olan “Khazar LX” markalı avtomobili 36 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə lizinqə, yəni həmin əmlakı Cavabdeh müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçının hesabına ödəniş ödəməyi öhdəsinə götürmüş, bu məbləği hər növbəti ayın 06-ı hissə-hissə iddiaçının hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə 1224,78 manat əsas borcu, 749,78 manat mükafat borcu və 230,93 manat cərimə borcu vardır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan “Khazar LX” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay illik 17,5 faiz dərəcəsi ilə müddətinə lizinqə, yəni həmin əmlakı Cavabdeh müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin əmlak Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməyərək iddiaçının hesabına tam ödəniş etməmiş və nəticədə müqavilə üzrə 1224,78 manat əsas borcu, 749,78 manat mükafat borcu və 230,93 manat məbləğində dəbbə (cərimə) borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, X3 üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1224,78 manat məbləğində əsas lizinq borcu, 749,78 manat məbləğində mükafat borcu və 230,93 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, 06 dekabr 2022-ci il tarixli tarixli Daxili lizinq Müqaviləsi ilə lizinq verənin lizinq obyektini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alanın isə həmin müqavilə ilə müəyyən edilmiş vaxtda və məbləğdə lizinq ödənişlərini həyata keçirmək öhdəlikləri əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin lizinq obyekti olmuş “Khazar LX” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş istifadə haqqını tələb etməsi tam əsaslıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən görünür ki, cavabdeh müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0.3 %-i miqdarında dəbbə pulu hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin hazırkı maddi imkanlarının məhdud olduğu vəziyyətinə nisbətdə cərimə formasında hesablanmış 230,93 manat məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 50 manat müəyyən edilməsini tərəflərin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100,40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi isə qismən təmin olunduğundan, ödənilmiş 100,40 manat dövlət rüsumunun 50 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 dekabr 2022-ci il tarixli Daxili lizinq Müqaviləsindən yaranmış və ödənilməmiş 1224,78 manat əsas borc, 749,78 manat mükafat və 50 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2024,56 manat pul, həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 100,40 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutulub (alınıb) iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh “Khazar LX” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq "xxxx" MMC-yə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar