Məhkəmə qərarları › İş №2(009)-1429/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1429/2021

01.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1429/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili X8, Cavabdeh “X18” Şirkətinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı X4 cavabdeh “X18” Şirkətinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdeh “X18” Şirkətinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh “X18” Şirkəti ilə bağlanmış 25.05.2009-cu il tarixli alğı-satqı və borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “X18” Şirkəti məhkəmədə iddia qaldıraraq bildirmişdir ki, X6 ilə arasında bağlanmış 25.05.2019-cu il tarixli alğı-satqı və boc müqaviləsinə görə “X18” şirkətinə məxsus açıq mavi rəngli, “Farqo” markalı, özüboşaldan, mühərrik nömrəsi **********, şassi nömrəsi NLC2F6LGD60150855 olan, 2006-ci il buraxılışlı, H-019-439 dövlət nömrə nişanlı avtomaşın 62.000 manata X1. T. Zərbəlizadə isə həmin avtomaşını tanışı X10 adlı şəxsin adına kredit yolu ilə sənədləşdirəcəyini bildirmişdir. Müqaviləyə əsasən avtomaşının dəyərinin 24.000 manatı dərhal ödənilmiş, qalan 38.000 manatının isə 1 ay müddətinə bankdan kredit götürülməklə ödənilməsi şərtləşdirilmişdir. “X18” Şirkəti həmin razılaşma əsasında öz üzərinə düşən öhdəlikləri icra etsə də, T.Zərbəlizadə öz öhdəliklərini icra etməmiş və ödəməli olduğu məbləği ödəməmişdir. Həmin müqavilənin şərtinə görə həmin 38.000 manat 23.05.2009cu il tarixədək ödənilməzsə, hər gecikdirilən gün üçün 130 manat ödənilməlidir. Həmin vaxtdan 400 gün keçdiyindən ümumilikdə 52000 manat (130 manat*400gün=52.000) faiz borcu hesablanmışdır. Beləliklə, “X18” Şirkəti X3 38.000 manat əsas borc, 52.000 manat faiz borcu olmaqla, ümumilikdə 90.000 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun tutulub “X18” şirkətinə verilməsinə dair qətnamə çıxarlmasını xaiş etmişdir. İddiaçı X6 bildirir ki, 25.05.2009-cu il tarixli alğı-satqı və borc müqaviləsi kimi təqdim olunmuş müqavilənin surətindən görünür ki, həmin müqaviləni o imzalamamışdır, müqavilə ümumiyyətlə mövcud olmamışdır. Həmin müqavilə qarışıq müqavilə kimi bağlanmışdır. Lakin müqavilə bağlanarkən müqavilədə nəzərdə tutulmuş alğı-satqı və borc müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlərinə əməl edilməmişdir. Bildirir ki, müqavilə ilə müəyyən olunmuşdur ki, müqavilənin predmeti olan nəqliyyat vasitəsi onun mülkiyyətində deyil, R.Əhmədlinin mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili X12 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X18” Şirkətinin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, bu iş artıq neçə müddətdir ki uzanır. Artıq bu iş ilə bağlı məhkəmə qətnamələri vardır. İddia tələbi əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 22.05.2009-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “X18” şirkəti açıq mavi rəngli, “Farqo” yük markalı, özüboşaldan, mühərrik nömrəsi **********, şassi nömrəsi NLC2F6LGD60150855 olan, 2006-cı il buraxılışlı, H-019-439 dövlət nömrə nişanlı avtomaşını X2. İş materiallarında olan 25.05.2009-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı və borc müqaviləsindən görünür ki, “X18” şirkəti açıq mavi rəngli, “Farqo” yük markalı, özüboşaldan, mühərrik nömrəsi **********, şassi nömrəsi NLC2F6LGD60150855 olan, 2006-cı il buraxılışlı, H-019-439 dövlət nömrə nişanlı avtomaşını X6 öz adına deyil özünün etibar etdiyi X7 adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almaq şərti ilə kredit çıxararaq alğı-satqı dəyəri olan 62000 azn olan və öncədən ödənilən 24000 azn ödənildikdən sonra ödənilməli 38000 azn banklardan kredit alaraq satıcıya ödəniləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-1015/2021 saylı qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “X18” Şirkətinin cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 iyun 2011-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 09.12.2011-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 16 iyun 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 28 mart 2012-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, “X18” Şirkətinin iddiası qismən təmin edilmiş, X3 “Farqo” markalı yük avtomobilinin ödənilməmiş qalan dəyərini təşkil edən 38000 manatın və öhdəliyin tam icra edilməməsinə görə avtomobilin müəyyən olunmuş alğı-satqı dəyərinin 10% təşkil edən 6200 manatın, cəmi 44200 manatın alınaraq “X18” Şirkətinə verilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı X6 cavabdeh “X18” şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət edərək cavabdehlə onun arasında bağlanmış hesab edilən 25.05.2009-cu il tarixli alğı-satqı və borc müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia 10 iyun 2020-ci il tarixli, 2(009)-570/2020 saylı qətnamə ilə təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Apelyasiya məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(009)-570/2020 saylı qətnaməsini ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2(103)-6627/2020-ci il nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(009)-570/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2(103)-6627/2020-ci il nömrəli qətnaməsindən kasassiya şikayəti verən iddiaçı həmin qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin kassasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2(103)-6627/2020-ci il nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Qanunverciliyinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı 25.05.2009-cu il tarixli alğı-satqı və borc müqaviləsinin ümumiyyətlə mövcud olmadığından və həmin müqavilənin onun tərəfindən imzalanmadığından etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, qanuni qüvvəsini almış qətnamədə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12.11.2010-cu il tarixli rəyi ilə 25.05.2009-cu il tarixli alğı-satqı və borc müqaviləsinin X6 tərəfindən imzalandığı öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı hazırkı tələblə məhkəməyə 30.04.2021-ci il tarixdə müraciət etməklə, qanunla müəyyən edilmiş müddəti ötürüb. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kasassiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar