Məhkəmə qərarları › İş №2(009)-1431/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1431/2020

15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1431/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (Üçüncü şəxs: DƏDRX-nin 1 saylı Bakı Ərazı̇ İdarəsi) "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (üçüncü şəxs: DƏDRX-nin 1 saylı Bakı Ərazı̇ İdarəsi) "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilin X2 tərəfindən Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 6 saylı Notariat ofisində təstiq edilmiş X2, Bakı şəhəri 6 saylı Notariat ofisində təsdiq edilmiş 4Ə-117 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehə qarşı qaldırdığı iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddiaçının iddiadan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizəsini müdafiə edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iddiaçının iddiadan imtinasının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddiadan imtina edilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, İddiaçı Cavabdeh2 qarşı heç bir şikayətinin olmadığını və iddiadan imtina etdiyini bildirmiş, iddiadan imtina edilməsi ilə bağlı hüquqi nəticələrin ona izah olunmasını göstərmiş və iş üzrə müvafiq qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bildirən yazılı formada tərtib edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (Üçüncü şəxs: DƏDRX-nin 1 saylı Bakı Ərazı̇ İdarəsi) "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar