Məhkəmə qərarları › İş №2(009)-1440/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1440/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1440/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbulunun mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 anası- X1 atası olmasını və babasının 18 fevral 1943-cü il də Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi ərizəsində müəyyən edilməsi xahiş etdiyi hüquqi faktların ona nə üçün lazım olmasını qeyd etmədiyindən, onun məhkəmə icraatı qeyri-mümkün hesab edilməli və geri qaytarılmalıdır. Yəni ərizəçi həmin faktların müəyyən edilmədən hər hansı nəticənin əldə edilməsinin mümkün olmaması barədə sübutları da (məsələn: miras əmlakın qəbulu ilə bağlı notariat orqanının həmin sənədlərin təqdim edilməmə səbəbi ilə qanun üzrə vərəsəlik şəhadətnməsinin verilməsindən imtina və s. dair ) ərizəyə əlavə etməlidir. Hakim digər tərəfdən qeyd edir ki, ərizəçi qohumluq faktı kimi babası- X2 anası – X1 atası olması faktının da müəyyən edilməsini xahiş edir. Hakim eyni zamanda qeyd edir ki, qohumluq faktı şəxsin doğum haqqında şəhadətnaməsi ilə müəyyən edilir, yəni doğum haqqında akt qeydlərində şəxsin doğum tarixi, ata və anası haqqında məlumatlar əks olunur. Ərizəçi tərəfindən ərizəyə əlavə edilən sənəddə (Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arxiv arayışında) ərizəçinin anasının – Əliyeva Həcər x. Siyabaxış qızının xx.xx.1935-ci il tarixdə anadan olması barədə məlumatın Dövlət Arxivində mövcud olması və atasının X3 olması qeyd edilmişdir. Bununla belə ərizəçi qohumluq faktının müəyyən edilməsini də xahiş edir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar