Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1452/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Mənzil Tikinti Kooperativinin 3-cü şəxs qismində Nəsimi Rayon İcra şöbəsi və Cavabdeh3 işə cəlb edilməklə cavabdeh «X1 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Mənzil Tikinti Kooperativinin 3-cü şəxs qismində Nəsimi Rayon İcra şöbəsi və Cavabdeh3 işə cəlb edilməklə cavabdeh «X1 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh qismində göstərdiyi «X1 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 2aycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər arasında cavabdehin rəsmi qeydə alındığı yer haqqında məlumat olmasa da, lakin elektron arayışından görünür ki, cavabdeh «X1 Mərkəzi» MMC-nin hüquqi ünvanı AZ-1100, ünvan 4an da Səbail rayon Məhkəməsinə aid deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 3cü şəxs qismində Nəsimi Rayon İcra şöbəsi və Cavabdeh3 işə cəlb edilməklə cavabdeh «X1 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya, aidiyyati üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Mənzil Tikinti Kooperativinin 3-cü şəxs qismində Nəsimi Rayon İcra şöbəsi və Cavabdeh3 işə cəlb edilməklə cavabdeh «X1 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, «X1 Mərkəzi» MMC-yə qarşı iddia ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1452/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1452/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver