Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1461/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanına hesablanmış 435 manat 59 qəpik əsassız borcun “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı «Cavabdeh» İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digəz qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir bir zədə olmadan plombu üzərində olmuşdur. «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacın aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onun sayğacda problemi olub. Bildirir ki, sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onun sayğacda problemi olub, ona buna görə akt tərtib olunub. Hesab edir ki, «Cavabdeh» İBnin əməkdaşları tərəfindən köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərək, kənar, yad müdaxilələrdən mühafizə edilərək, sözü gedən sayğacın labaratoriyaya qədər hər hansı bir zədə almadan çatdırılmasını təmin etməlidirlər. Bu zaman yenisi ilə əvəz edilən köhnə qaz sayğacı abonentin ünvanındakı kimi, yəni qaz sayğacının əvəz edilərək dəyişdirilməsinə qədərki vəziyyətdə saxlanılacaqdır. Bundan başqa, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərək sonrakı mərhələdə, yəni labaratoriyada onun möhürü şəffaflıq nöqteyi nəzərdən abonentin ora dəvət edilməsi yolu ilə onun yanında və onun iştirakı ilə açılmalıdır. Halbuki nədənsə belə hallara rast gəlinmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, eləcə də, bildirdi ki, onun qaz sayğacı həyətdə quraşdırılmışdır və bu səbəbdən sayğacda baş verən hər hansı çatışmamazlığa, zədəyə görə cavabdeh özü məsuliyyət daşıyır. Ona görə də, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehəməhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda qaz sayğacının yeni qaz sayğacı quraşdırılaraq abonentə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AKX 01994xx/xx-2020 №-li qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, yeni sayğacın quraşdırılması ilə əlaqədar «Cavabdeh» İB Bakı Regional Qazın Satışı Departamenti ilə arasında Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən «Cavabdeh» İstehsalat Birliyinə yazılmış ərizədən görünür ki, 2017-ci, 2018, 2019-cu illərin limitlərindən istifadə edərək sərfiyyatın 10 qəpikdən hesablanmasını xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilən qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı probelmi olduğu müəyyən edilmişidir. Bununla əlaqədar cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Qaz sayğaclarının Dövlət yoxlaması nəticəsində iddiaçıya məxsus qaz sayğacında xətaların normaya uyğun olmaması, sayğacın problemin olması aşkar olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğacda nasazlıq aşkar olunduğu üçün həmin sayğac yenisi ilə ilə əvəz edilmiş və sayğacın dəyişdirilməsi ilə bağlı iddiaçıya 435 manat 59 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı izah etdi ki, onun yaşayış sahəsində quraşdırılmış qaz sayğacı «Cavabdeh» İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Saybac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur.Bu səbəbdən iddiaçı ona əsassız olaraq yazılmış 435 manat 59 qəpik məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Məhkəmə itirilmiş qazın bərpası ilə bağlı iddiaçıya hesablanmış borcla bağlı qeyd edir ki, həmin borc əsassız hesablanmışdır. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi cavabdeh təşkilat qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, həmin tədbirlər müvafiq normativ hüquqa akta əsaslanmalıdır. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. SOCAR-ın xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş (qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması) Qaydalar isə normativ hüquqi akt olmadığından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmadığından, həmin Qaydalara istinad edərək hər hansı cərimənin hesablanması qanuni hesab edilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra – Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat normativ hüquqi akt hesab olunmayan Qaydalar əsasında hesablandığından, həmin hesabat qanuni hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 435,59 manat borc əsassız olaraq hesablandığından, həmin borcun silinməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 11 saylı evin 3 saylı mənzilinə dair «Cavabdeh» İB tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 435.59 (dörd yüz otuz beş manat əlli doqquz qəpik) manat əlavə hesabat ləğv edilsin və iddiaçının **********00020 saylı abunə hesabından silinsin. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1461/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1461/2020
16.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver