Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1462/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2019-cu il tarixli 118830 nömrəli akta əsasən A.İsmayılov küçəsi, 33m saylı ünvanda “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın alt qapaq möhürünün simi qırıqdır. O, ünvan 2 ünvanında 2003-cü ildən yaşayır. Həmin vaxtdan bu günə qədər o, işıq sərfiyyatına görə hesablanmış pulu bank vasitəsi ilə ödəmişdir. Heç bir zaman işıqla bağlı problemi olmayıb, sərfiyyata görə də ödədiyi pul onu qane edib. 2020-ci ilin fevral ayında enerji sərfiyyatını hesablayan əməkdaş ona bildirmişdir ki, onun 460 manat borcu var. O, bu məsələni araşdırmaq üçün Səbail rayon şöbəsində olmuş və öyrənmişdir ki, onun barəsində akt tərtib olunmuşdur. Bu günə qədər onun barəsində tərtib olunmuş cərimə aktını ala bilməmişdir.Hesab edir ki, həmin akt əsassızdır və ona qanunsuz olaraq borc hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanına hesablanmış əsassız borcun “xxxxxxxx” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə “xxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 144581 nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq, hesablama yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə də ödəniş tutulmur. İş üzrə xx.xx.2019-cu il tarixli, R 118830 saylı aktın kserosurətindən görünür ki, Bakı şəhəri, 20-ci sahə, A.İsmayılov küçəsi, 33m mənzilin hasarının yanında yerləşən SİP dayağının içərisindən keçirməklə kənar xəttin çəkilməsi, sayğacın alt qapaq möhürünün simi qırıq olması göstərilmiş və abunəçiyə 46,46 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə aid olan işıq sayğacına baxış keçirilmiş və aşkar edilmiş hallarla bağlı xx.xx.2019-cu ildə 118830 No-li akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya əlavə borc hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, yaşadığı Bakı şəhəri, A.İsmayılov küçəsi, dalan 3-də yerləşən ö/t 63 b saylı evi üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar əsassız olaraq cavabdeh tərəfindən ondan tələb edilən 460 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlavə borc xx.xx.2019-cu il tarixli 118830 No-li akt əsasında hesablanaraq abunə hesabına yazıldığından, həmin akt isə hazırda qüvvədə olduğundan və iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hesablanmış borcun akt ləğv edilmədən və ya etibarsız hesab edilmədən silinməsi hüquqi cəhətdən mümkün deyil. Yəni iddiaçı irəli sürdüyü iddia tələbində tərtib edilmiş aktın əsassız olmasını göstərsə də, həmin aktı mübahisələndirməmişdir(ləğv və ya etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürməmişdir). Mülki-prosessual qanunvericiliyin tələblərinə görə hakim verilmiş tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya hesablanmış borc akt əsasında yarandığından əsaslı hesab edilməli və bu səbəbdən iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh «xxxxxxxx» X1rşı elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1462/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1462/2020
06.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver