Məhkəmə qərarları › İş №2(009)-1465/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1465/2024

02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1465/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı , cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 4 fərdi yaşayış evi ünvana olan 4561,2 manat məbləğində cərimələrin ləğv etməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 58-ci küçə, 1008 saylı fərdi yaşayış evinin qaz sayğacı xx.xx.2021-ci il tarixində naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə o, Səbail rayonu polis idarəsinin 41-ci polis bölməsinə şikayət etmiş, 41-ci bölmədən xx.xx.2021-ci ildə 299-699- 1221 nömrəli rəsmi arayış almışdır. Arayışda faktla bağlı Səbail rayonunun 41-ci polis bölməsində araşdırma aparılması barədə ona rəsmi cavab verilmişdir. xx.xx.2021-ci ildə o, X4 Bakı X5 Departamentinə müraciət edərək, yeni qaz sayğacının quraşdırılmasını xahiş etmişdir. X1 göstərişi əsasında səhərisi günü Səbail rayon Qaz İdarəsinin Kənan adlı mühəndisi onlara gələrək söz verdi ki, bir neçə günə evə təzə sayğac quraşdıracaqlar. Bir neçə gün sonra Səbail rayon qaz idarəsinin rəisi Rəşad adlı şəxs bir neçə nəfər işçilər ilə onlara gələrək məsələni araşdıraraq ona söz verdilər ki, tezliklə sayğac quraşdırılacaq. Çox uzun müddət keçməsinə baxmayaraq, sayğacı quraşdırmadılar. xx.xx.2023-cü ildə qaz idarəsinin kuryeri vasitəsi ilə ona üç ədəd cərimə haqqında aktlar eyni zamanda təqdim ediblər. Halbuki onun bu aktlardan heç bir xəbəri olmadığı halda 4561.2 manat cərimə yazılmışdır. Onun evinə sayğacı quraşdırmayaraq X4 necə ona belə böyük məbləğdə hansı ölçülərə əsasən cərimə təqdim olunmuşdur. Onun çox sayda şikayətlərindən sonra nəhayət xx.xx.2023-cü ildə onun ünvanına qaz sayğacı quraşdırdılar. İşlətdiyi qazın məbləği hər ay 30-40 manat arasındadırsa, 4561.2 manat cərimə hansı hesabdan götürülmüşdür. Məhkəmədən 4561.2 manat cərimələrin ləğv etməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdjim edərək bildirmişdir ki, yaşadığı ünvan Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 58-ci küçə, 1008 saylı fərdi yaşayış evin qaz sayğacı xx.xx.2021-ci il tarixində naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə o, Səbail rayonu polis idarəsinin 41-ci polis bölməsinə şikayət etmişdir. xx.xx.2021 -ci İdə № 299-699-1221 41-ci bölmədən rəsmi arayış almışdır. Arayışda faktla bağlı Səbail rayonunun 41-ci polis bölməsində araşdırma aparılması barədə ona rəsmi cavab verilmişdir. xx.xx.2021-ci ildə o, X4 Bakı X5 Departamentinə müraciət edərək yeni qaz sayğacının quraşdırılmasını xahiş etmişdir. X1 göstərişi əsasında səhərisi günü Səbail rayon qaz idarəsinin Kənan adlı mühəndisi onlara gələrək söz verdi ki, bir neçə günə evə təzə sayğac quraşdıracaqlar. Bir neçə gün sonra Səbail rayon qaz idarəsinin rəisi Rəşad adlı şəxs bir neçə nəfər işçilər ilə onlara gələrək məsələni araşdıraraq ona söz verdilər ki, tezliklə sayğac quraşdırılacaq. Çox uzun müddət keçməsinə baxmayaraq sayğacı quraşdırmadılar. xx.xx.2023-cü ildə qaz idarəsinin kuryeri vasitəsi ilə ona üç ədəd cərimə haqqında aktlar eyni zamanda ona təqdim ediblər. Halbu ki, onun bu aktlardan heç bir xəbəri olmadığı halda 4561.2 manat cərimə yazılmışdır. Onların evinə sayğacı quraşdırmayaraq X4 necə ona belə böyük məbləğdə hansı ölçülərə əsasən cərimə təqdim olunmuşdur? Onun çox sayda şikayətlərindən sonra nəhayət xx.xx.2023-cü ildə onların ünvanına qaz sayğacı quraşdırdılar. İşlətdikləri qazın məbləği hər ay 30-40 manat arasındadırsa 4561.2 manat cərimə hansı hesabdan götürülmüşdür. Məhkəmədən 4561.2 manat cərimələri ləğv etməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun evində qazdan qeyri-qanuni istifadə halına yol verilməmişdir. O, evinə qaz sayğacı uzun müddət quraşdırılmadığı üçün evində odun peçindən istifadə etmişdir. Onun evinə yazılmış aktları qəbul etmir, belə ki, əgər qazdan qeyri-qanuni istifadə etmişdirsə, nə üçün gəlib qaz xəttini qaynaq edib qazı bağlamamış, hər ay akt tərtib etmişlər və nə üçün həmin aktlardan onun məlumatı olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə hesablanmış 4561,2 manat cərimələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin əsasını iddiaçının (**********00230 istehlakçı hesabı üzrə) qaz xəttinə qanunsuz qoşulması nəticəsində hesablanmış borcun və sayğac göstəricisi üzrə sərf edilmiş qaza görə hesablanmış borcun silinməsi təşkil edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan iddiaçının mənzilinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına dəfələrlə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir: 1. 081234 nömrəli, xx.xx.2014-cü il tarixli akt üzrə 153 manat; 2. ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 806,4 manat; 3. ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 302,4 manat; 4. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 5. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 6. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 7. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 8. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 9. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 10. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 11. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 12. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 13. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 14. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 15. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 16. ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 233,28 manat olmaqla Cavabdeh İB-yə ümumilikdə 4501,8 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda 2014-cü ildən 2016-cı ilə qədər iddiaçının mənzilində olan GPG13092023 nömrəli sayğac çıxarılan zaman sayğacın mənfiyə işlədiyi, yəni sayğacın elektron (1343 m3) və mexaniki (1964 m3) göstəricisi arasında yaranan fərq nəticəsində 621 m3 ödənilməyən qaz sərfinin olduğu aşkar edilmiş və 62,1 manat borc hesabına əlavə edilmişdir. Qeyd olunan borcdan iddiaçı tərəfindən 2,7 manat ödənilmişdir və nəticədə iddiaçının iddia tələbi üzrə silinməsini tələb etdiyi 4561,2 manat borcu qalmışdır ((4521,8+62,4)-2,7=4561,2). Beləliklə istehlakçının təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.3.1-ci bəndinin tələblərinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən), və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsi barədə iddia ərizəsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, 299-699-1221 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşadığı və Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 58-ci küçə, 1008 saylı fərdi yaşayış evinin qaz sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Faktla bağlı Səbail RPİ-nin 41-ci PB-də araşdırma aparılır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Bakı X5 Departamentinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona məxsus ünvanda sayğac oğurlandığı üçün yeni sayğacın quraşdırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Səbail RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndənin xx.xx.2023-cü il tarixli, 698 saylı arayışından görünür ki, Lalayev X3 qəsəbəsi, 3-cü yaşayış massivi ö/t ev ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin başçısının 11 may 1999-cu il tarixli, 632 nömrəli sərəncamından görünür ki, RİHB-nın 294 saylı, 23.01.95-ci il tarixli sərəncamı ilə Z.P.Sadıqova ayrılmış Badamdar qəsəbəsində 600 kv.m. fərdi evin tikintisi üçün torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan aktlardan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, ünvan 4 ünvanda sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir: 1. 081234 nömrəli, xx.xx.2014-cü il tarixli akt üzrə 153 manat; 2. ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 806,4 manat; 3. ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 302,4 manat; 4. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 5. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 6. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 7. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 8. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 9. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 10. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 11. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 12. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 13. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 14. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 15. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 16. ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 233,28 manat olmaqla Cavabdeh İB-yə ümumilikdə 4501,8 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail RPİ Neftçilər pr.129 qeydiyyatdadır. İş materiallarında olan məhkəmə-trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 3/1524 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 23 saylı fərdi yaşayış ev İddiaçı məxsus olmuşdür. xx.xx.2021-ci ildə o, X4 Bakı X5 Departamentinə müraciət edərək yeni qaz sayğacının quraşdırılmasını xahiş etmişdir. Çox uzun müddət keçməsinə baxmayaraq sayğacı quraşdırmadılar.xx.xx.2023-cü ildə qaz idarəsinin kuryeri vasitəsi ilə ona üç ədəd cərimə haqqında aktlar eyni zamanda təqdim ediblər. Halbuki onun bu aktlardan heç bir xəbəri olmadığı halda 4561.2 manat cərimə yazılmışdır. Onun evinə sayğacı quraşdırmayaraq X4 necə ona belə böyük məbləğdə hansı ölçülərə əsasən cərimə təqdim olunmuşdur. Onun çox sayda şikayətlərindən sonra nəhayət xx.xx.2023-cü ildə onun ünvanına qaz sayğacı quraşdırdılar. Məhkəmə iddia tələbinin mahiyyətini nəzərə alaraq ona qiymət verilməsini zəruri sayır və aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. "Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb tməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Hazırki iş üzrə cavabdeh iddiaçının-istehlakçının barəsində müvafiq səlahiyyəti olan orqan tərəfindən onun təqsirini müəyyən edən qərar qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, iş materiallarında olan əksər aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1524 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 23 saylı fərdi yaşayış evi üzrə **********00230 saylı abonent hesabına hesablanmış 4561,2 (dörd min beş yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 23 saylı fərdi yaşayış evi üzrə **********00230 saylı abonent hesabına hesablanmış 4561,2 (dörd min beş yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Cavabdehndən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar