Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1475/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı və eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı3, İddiaçı1, Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi M.M.Cabbarovun iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-yə və “xxxx” KB ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-yə və “xxxx” KB ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bərdə rayon Məhkəməsinin 18.07.2017-ci il tarixli, 2(021)-2982/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutulmanın yönəldilməsi və evdən çıxarılması tələbinə dair” iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə İddiaçı1 12.989,93 manat əsas borc, 582,25 manat faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 13582,43 manat kredit borcu, ipotekaya tutulma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu alaraq iddiaçı “xxxx” ASC-nin ödənilməsi, tutmanın Mədətova Qüdrət Kərim qızının mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 20.000 manat müəyyən edilməsi və İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzili açıq hərracdan satıldıqdan sonar 1 ay müddətində mənzildə yaşayanlar – İddiaçı2 və İddiaçı3 istifadə hüququna xitam verilməklə, həmin evdən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra icra sənədi Cavabdeh3nə göndərilmişdir. Cavabdeh3 19.02.2020-ci il tarixli 156 saylı sifariş məktubu əsasında İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 26, ü/s 60,33 kv.m., y/s 37,85 kv.m., 5-ci mərtəbə, 3 otaqlı, mənzil 58 “xxxx” MMC tərəfindən 19 fevral 2020-ci il tarixdə 20.000 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərrac nəticələri haqqında yekun protokoluna əsasən 12.750 manat “xxxx” KB ASC-yə satılmışdır. İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmi Əliyev küçəsi, 26 saylı evin, 58 saylı mənzilin 12.750 manat “xxxx” KB ASC-yə satılmasına dair “xxxx” MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərrac nəticələri haqqında yekun protokolu qanunsuz olduğundan etibarsız hesab edilməklə ləğv edilməlidir. Belə ki, İddiaçı2 Kazım qızının mülkiyyətində olan mənzil 15% və 25% satış qiyməti aşağı endirilməklə 12.750 manat satılması və qiymətləndirilmənin hansı meyarlar əsasında həyata keçirilməsi onlar üçün müəmmalıdır. Həmçinin, cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə onlara hər hansı bir məlumat verilməmişdir. Onlar mənzilin hərracda satılması barədə məlumatı yalnız Mirngəçevir şəhər İcra və Probasiya şöbəsinə dəvət olunandan sonra əldə etmişlər. Cavabdehlər tərəfindən mübahisəli mənzilin satılması barədə vaxtında lazımi qaydada məlumat verilmiş olsa da, iddiaçılar mənzilin real bazar qiymətindən dəfələrlə aşağı qiymətə satılmasına imkan verməzdilər və zəruri tədbirlər görərdilər. Çünki evinin aşağı qiymətə qiymətləndirilməsi və satılması nəticəsində banka olan borclarının ödənilməsindən sonar onlara ümumiyyətlə pul qalmır, əksinə onlar yenidən əlavə olaraq pul ödəməlidirlər. Halbuki, Mingəçevir şəhərinin mərkəzində yerləşən 3 otaqlı 70.000-80.000 manat dəyərində olan mənzilin dəyərindən 5-7 dəfə aşağı qiymətə onların iştirakları olmadan satılması ədalətsizlikdir və onların hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il 551 nömrəli fərmanının təsiri altına düşməsinə baxmayaraq, onlarla yenidən müqavilə bağlanmamışdır. Bundan əlavə hərrac onların məlumatları olmadan “sərtləşdirilmiş karantin rejimi şəraitində” aparılmış və onların iştirakları sərtləşdirilmiş karantin rejimində mümkün də deyildir. “xxxx” MMC tərəfindən keçirilmiş “hərrac formal şəkildə, heç kimə demədən, kağız üzərində və bu iş üzrə cavabdeh “xxxx” ASC-nin xeyrinə olaraq keçirilmiş və bununla da onların hüquqlarını kobud şəkildə pozaraq, onlar ağır maddi duruma salmaqla keçirilmişdir və ona görə də “xxxx” MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərrac nəticələri haqqında yekun protokolu qanunsuz olduğundan etibarsız hesab edilməklə ləğv edilməlidir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birinci tərəflərin razılaşması, ikincisi qiymətləndirmə rəyi əsasında müəyyən olunur. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonar əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən, hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonar) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edirlər ki, mübahisə olunan mənzilin dəyəri orta bazar qiymətindən qat-qat aşağı qiymətləndirildiyindən, mənzilin qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğuq olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinin satılmasına dair “xxxx” MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, “xxxx” ASC-nin daimi müştərisi olmuş, əvvəllər 200.000 manat kredit götürmüş və vaxtında qaytarmışdır. 2015-ci ildə bankın nümayəndəsi sərfəli şərtlərlə kredit götürülməsini təklif etmiş, o da qaynanasının adına olan evi girov qoyaraq kredit götürmüşdür. Sonra həmin əməkdaş işdən çıxmışdır. Ödənişləri gecikdirsə də, etmişdir. Sonra bank onu məhkəməyə vermis və məhkəmə qətnamə çıxartmışdır. Hərracın keçirilməsindən məlumatları olmamışdır. Hərracın əməkdaşları ilə əlaqə saxlayanda pandemiya ilə əlaqədar hərracın baş tutmaması bildirilmişdir. O, ölkə başçısına müraciət etmişdir, bankın pulunu ödəyəcəkdir, hərracın nəticələrinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı və eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 1-ci və 2-ci hərracın keçirilməsi barədə məlumatlar rəsmi olaraq tərəflərə göndərilmiş və həmin bildirişlərin hazırki idida tələbi üzrə iddiaçılar tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edir. Yəni iddiaçıların hərracın keçirilməsi vaxtından məlumatları olmuş, lakin hazırda qaldırdıqları iddia işi yubadılması məqsədini güdür. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh «xxxx» MMC-nin və 3-cü şəxs Cavabdeh3 nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş 13.02.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı1 12989,93 manat əsas, 582,25 manat faiz borcu, 10 manat dəbbə pulu olmaqla cəmi 13582 manat kredit borcunun, ipotekaya tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi; tutmanın X3hının mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipotka predmeti olan evin ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsi; X1 mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlak açıq hərrac satıldıqdan sonra 1 ay müddətində mənzildə yaşayanlar İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarına xitam verməklə həmin evdən çıxarılması qət edilmişdir. İş üzrə “xxxx” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 24.06.2020-ci il tarixli Y- 58/1 No-li protokolun kserosurətinə əsasən Bərdə rayon Məhkəməsinin 2(021)-2982/2017 saylı, 18.06.2017-ci il tarixli icra vərəqəsinin və Cavabdeh3 156 saylı, 19.02.2020-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı2 məxsus Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin, ümumi sahəsi 60,33 kv.m., yaşayış sahəsi 37,85 kv.m.,3 otaqlı, 58 saylı mənzili ilkin satış qiyməti 20000 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlak 12750 manata ipoteka saxlayan “xxxx” KB ASC-yə satılmışdır. İş üzrə 24.06.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən “xxxx” MMC ilə “xxxx” KB ASC arasında Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 26 saylı evin 58 saylı mənzilin 12750 manata alğı-satqısı həyata keçirilmişdir. İş üzrə hərracın keçirilməsi barədə hərrac mərkəzi tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış bildirişlərdən və həmin bildirişlərin çatdırılması barədə poçt xəbərnamələrinin kserosurətlərindən görünür ki, göndərilmişmiş bildirişlər ünvan üzrə şəxsən çatdırılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə rayon Məhkəməsinin 18.06.2017-ci il tarixli 2(021)-2982/2017 saylı qətnaməsi ilə İddiaçı1 cəmi 13582 manat kredit borcunun və məhkəmə xərclərinin “xxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın X3hının mülkiyyətində olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, həmçinin həmin əmlak açıq hərrac satıldıqdan sonra 1 ay müddətində mənzildə yaşayanlar İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarına xitam verməklə həmin evdən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə eyni zamanda mənzilin ilkin satış qiyməti 20.000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bərdə rayon Məhkəməsinin 18.06.2017-ci il tarixli 2(021)-2982/2017 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamənin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən “xxxx” MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. Lakin iddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” AR Qanununun tələblərinə əsasən mübahisəli mənzil banka təklif edilmiş və mənzil iddiaçının banka olan borcun əvəzinə bank tərəfindən qəbul edilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilən hərrac barədə onlara hər hansı məlumat verilməmiş, hərrac onların iştirakı olmadan keçirilmiş və hərracda iştirak etmək hüquqlarından məhrum olmuşlar. AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, hərrac mərkəzi tərəfindən keçirilən hərracda Mülki Məcəllədə və «İpoteka haqqında» AR Qanununda müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlı iddiaçılar tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin keçirilmiş hərracın qanunun tələblərinin pozulması ilə keçirilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçılar hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçılarının iddia tələbinin əsası kimi gətirdiyi hallar, yəni hərracın keçirilməsi barədə bildirişlərin onlara təqdim edilməməsi barədə dəlilləri öz tədiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən tərəflərə bildirişlərin göndərilməsi və həmin bildirişlərin ünvan üzrə şəxsən çatdırımlası müəyyən edilmişdir. Yəni iddiaçılar hərrac barədə məlumatlandırılmamalarını iddia etsələr də, bu hallar öz təsdiqini tapmamışlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Beləliklə məhkəmə qeyd edir ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin, ümumi sahəsi 60,33 kv.m., yaşayış sahəsi 37,85 kv.m.,3 otaqlı, 58 saylı mənzilinin hərracda satılması ilə bağlı “xxxx” MMC tərəfindən hərrac qanuni əsaslarla keçirildiyindən, həmin hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-yə və “xxxx” KB ASC-yə qarşı İddiaçı2 mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzili 24.06.2020-ci il tarixdə hərracdan satılması ilə əlaqədar Hərracın nəticələri haqqında Y-58/1 nömrəli yekun protokolun etibarsız hesab olunması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1475/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1475/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver