Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1476/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X2, İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (“xxxx” ASC və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “hərracın, onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (“xxxx” ASC və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “hərracın, onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, mənzil 103, 2otaqlı, ü/s 88,1 kv.m yaşayış evinə dair keçrilmiş hərraca dair 30 dekabr 2020-ci il tarixli YP N°-063 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, satış protokolundan sonra əldə olunmuş mülkiyyətçiyə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) İddia ərizəsində cavabdeh “X1 Mərkəzi” MMC-nin ünvanı - ünvan 1i ödəyicilərinin məlumatları barədə elektron bazasında cavabdeh “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 3samal rayonunun inzibati ərazisinə aiddir. Həmçinin iddia ərizəsində digər Cavabdeh2 olduğu yer Nəsimi rayonunun inzibati ərazisinə aiddir. Ona görə də, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, iddiaçının seçimi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (“xxxx” ASC və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “hərracın, onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada seçimi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə (“xxxx” ASC və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “hərracın, onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada seçimi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1476/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1476/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver