Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1505/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB X5 sahəsində abonent kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzilə (abonent kodu **********00960) hesablanmış 918 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Baki şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzil ona məxsusdur. Həmin mənzil binanın 3-cü mərtəbəsində yerləşir. xx.xx.2018-ci il tarixdə Cavabdeh işçiləri tərəfindən iddiaçının mənzilinə aid sayğac çıxarılmış və əvəzində digər sayğac quraşdırılmışdır. Bu barədə akt tərtib edilmişdir. İddiaçı azərbaycan dilində oxumaq və yazmaq bilmədiyinə görə akta imza etmişdir. Bir müddət sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin işçiləri ona yeni bir akt təqdim etmiş və bilmişlər ki, qaz sayğacında problem olub, qaz sayğacı zədələndiyinə görə 9720 metr kub qaz itkisi olmuş və 972 manat borc hesablanmışdır. Bununla əlaqədar o, Cavabdehə qarşı Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus Baki şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzilə qaza görə quraşdırılmış qaz sayğacının yararsız vəziyyətə salınmasına görə hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, yaşadığı Baki şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 18 saylı evin 96 saylı mənzilinə dair Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 972 manat əlavə hesabatın ləğv edilməsi və iddiaçının **********00960 saylı abunə hesabından silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5517/2019 saylı, 06 may 2019-cu il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Səbail rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(009)-484/2019 saylı qətnaməsi icra olunmuş və hesablanmış 972 manat borc silinmişdir. Sonradan iddiaçı Cavabdeh-İB-də borcunun olub-olmamasını yoxlatdırmış və borcun olmadığını bildirmişlər. Lakin bu yaxınlarda ona bildirmişlər ki, 918 -manat borc var. Bu məbləğ Cavabdeh İB-nin işçiləri tərəfindən xx.xx.2018-ci il tarixli aktı ilə müəyyən edilmiş 9720 metr kub itirilmiş qaza görə yaranmışdır. Yəni iddiaçıya bildirmişlər ki, 28 noyabr 2018-ci il tarixdə məhkəməyə müraciət edərkən borcu 972 manat deyil, daha çox olmuşdur. Bununla əlaqədar o, aidiyyəti orqanlara dəfələrlə müraciət edərək qeyd edilən borcun necə yaranması barədə məlumat öyrənməyə çalışmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli müraciətinə Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abbasov tərəfindən 06 iyun 2022-ci il tarixdə cavab verərək bildirilmişdir ki, “Azərqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 9720 metr kub itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən 9720 metr kub itirilmiş təbii qazın qiyməti 972 manat müəyyən edilmişdir və həmin məbləğ məhkəmə tərəfindən ləğv edilmişdir. İndi isə bildirirlər ki, 9720 metr kub qaza görə əlavə 918 manat ödənilməlidir. Əgər həmin vaxt iddiaçıya borcun 972 manat deyil, daha çox olduğu bildirilsəydi, o, həmin məbləğlə əlaqədar məhkəməyə müraciət edə biləcəyini qeyd etmişdir. Hal-hazırda 918 manatı hissə-hissə onun hesabından çıxırlar. Ona görə də iddiaçı hesab edir ki, hal-hazırda da hesablanmış 918 manat borc qanunsuz olduğuna görə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 18 saylı evin 96 saylı mənzilinə aid qaz sayğacının qapağının üst tərəfinin bir hissəsinin sınması səbəbi ilə əlaqədar yeni qaz sayğacı quraşdırılaraq abonentə təhvil verilmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, G-2,5 markalı, 00163224 №-li sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır. İş materiallarında olan 29/1710-0188-1 MSK nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********0991710X00198 saylı, xx.xx.2018-ci il tarixli telefonoqramına əsasən 30 mart 2018-ci il tarixində Bakı RQÖQX-dən Dövlət yoxlamasına aparılmış əhalinin mexaniki tipli qaz sayğacları 01 may 2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş və müəyyən oluumuşdur ki, G-2,5 markalı, 00163224 №-li sayğacda xətalar normaya uyğun deyil. Sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 484/2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzilə (abonent kodu **********00960) hesablanmış 973 manat borcun İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir. İş materiallarında olan “Azərqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Hüseynov Abdulxaliq Xalidoviçə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, istehlakçı kodu X3 adına istifadəsində olmuş sonradan ödənişli G-4 markalı 00163224 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə 2 xx.xx.2018ci il tarixində öncədən ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2018-ci il tarixli 'SK29/1710-0198-1 saylı aktına əsasən, xətalar normaya uyğun deyil, sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır rəyi verilmişdir rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir, qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 9720 m3 (1944,0 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. xx.xx.2019-cu il tarixində istehlakçı hesabınızdan məhkəmə qətnaməsinə əsasən 972,0 AZN silinmişdir. xx.xx.2022-ci il tarixə hesabınızda 918,10 AZN borc mövcuddur. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edilə bilər qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzilə (abonent kodu **********00960) hesablanmış 918 manat borc İddiaçı məxsus abunə hesabından silinməlidir. Belə ki, Səbail rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi icra olunmuş və hesablanmış 972 manat borc silinsə də, sonradan iddiaçıya 918 manat borcu olduğu bildirilmişdir. Bunu cavabdeh təşkilat belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərkən onun borcu 972 manat deyil, daha çox olmuşdur. İddiaçı bu borcun necə yaranması barədə dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də cavab ala bilməmişdir. “Azərqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 9720 metr kub itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Həmin tarixdə də 9720 kub itirilmiş qaza görə 972 manat borc hesablasalar da hal-hazırda 918 manat borc olduğunu qeyd edirlər. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın hərəkəti qanunsuzdur və əsassız hesablanmış borc silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB X5 sahəsində abonent kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18, mənzil 96-da yerləşən mənzilə (abonent kodu **********00960) hesablanmış 918 manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1505/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1505/2022
23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver