Məhkəmə qərarları › İş №2(009)-1506/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1506/2023

25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1506/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrinin ləğv edilməsi, **********00026 nömrəli abonent koduna hesablanmış 3000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yataqxanada məskunlaşmışdır. Həmin yaşayış sahəsində qaz sayğacı olmadığından Cavabdeh nümayəndələri tərəfindən mənzilə qaz sayğacı quraşdırılmışdır. Bir müddət sonra onun xəbəri olmuşdur ki, “Azəriqanz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən akt tərtib olunub. Belə ki, onun barəsində tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən həmin mənzildə itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ünvanlayaraq, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 2884,22 manat məbləğində zərərin və 48,85 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2933,07 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 3006,72 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 122,50 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 2884,22 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd olunmasını xahiş etmiş və qarşılıqlıqlı iddia ərizəsinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, o, 1993-cü ildən ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda 3 saylı yataqxanada müvəqqəti məskunlaşmışdır. O, ailə qurmamışdır və həmin ünvanda tək yaşayır, heç kəsi yoxdur, o cəmi 33 manat aylıq müavinat alır. Yaşadığı mənzilə sayğac quraşdırılması ilə bağlı o dəfələrlə qazı yoxlayan nəzarətçilərə bildirmiş, həmin şəxslər ondan həmişə qaz pulu alıb çıxıb getmiş, lakin mənzilinə sayğac qoymamışlar. Sonuncu dəfə onun mənzilinə gələn əməkdaşlar onun mənzilində qazdan qeyri-qanuni istifadə etməsinin şahidi olmuşlar və bundan sonra mənzilinə qaz sayğacı quraşdırılsa da, sonradan ona məlum olmuşdur ki, “Azərqaz” İstehsalat Birliyi tərəfindən ona 3006,72 manat məbləğində cərimə yazmışlar və ona ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətini verdilər. O heç bir yerdə çalışmır. Bütün maddi təlabatlarını dövlət tərəfindən aldığı qocalığıma görə aldığı təqaüdlə qarşılayır. Ailə üzvlərindən yalnız qardaşı var, o da qoca olduğu və Bakıdan kənarda rayonda yaşadığı üçün ona baxmaq iqtidarında deyildir. Bütün bu olanlar onu dərindən sarsıldaraq, əsəbləşdirir. Çünki qaz idarəsinin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir. Əsassız yaranmış borcu ödəmək qabiliyyətində olmamağı və bunun gətirəcəyi hüquqi nəticələr onu çox narahat edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, o, cavabdeh təşkilatda böyük mühəndis vəzifəsində çalışır. O özü sahələrə getmir, İddiaçının yaşadığı sahənin öz mühəndisi və çilingəri var, onlar iddiaçının mənzilində qaz xəttinə qanunsuz qoşulma faktını müəyyən edərək akt tərtib etmiş və o da həmin akta imza etmişdir. O, iddiaçının mənzilində olmamışdır. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia və qarşılıqlı iddia ərizələrinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia və qarşılıqlı iddia qismən təmin edilməlidır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktından görünür ki, abonent mənzilində təbii qazdan sayğacsız istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Səbail rayonu, Səbail NQÇİ, 20-ci sahə, A.İsmayılov küçəsi ünvanda qazdan istifadəyə görə 2022-ci ildən 2884,22 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 25056 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan 98 saylı, 24 iyun 2023-cü il tarixli Cəbrayıl rayon İHB-nin Kərxulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışdan görünür ki, İddiaçı 1993-cü ilin avqust ayında ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və halhazırda Səbail rayon, A.İsmayılov-88, 3 saylı yataqxanada müvəqqəti məskunlaşmışdır, hər ay 33 manat aylıq müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə bölməsinin xx.xx.2023-cü il tarixli, 147 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materialllarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1954-cü ildə Cəbrayıl rayonu, Karxulu kəndində anadan olmuş, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatdadır. Məhkəmə verilmiş iddia və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5- 2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş mübahisələndirilən xx.xx.2022-cü il tarixli ******* saylı akt iddiaçının iştirakı ilə tərtib olunmuşdur və iddiaçı da mənzilində qazdan qanunsuz istifadə etdiyini etiraf etmişdir. Eləcə də iddiaçı akta əlavə edilmiş şəkillərin onun mənzilinə aid olduğunu bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisələndirilən həmin akt əsasında Bakı Regional Qazın Satışı Deparatmenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2022-cü il tarixli ******* saylı akta əsasən 360 gün hesabat müddəti nəzərə alınmaqla 25056 kub metr dəymiş ziyan hesablanmışdır. Buna görə dəymiş ziyan 3006,72 manat müəyyən edilmiş və İddiaçı həmin məbləğdən 122,50 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, Cavabdeh İB tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2022-ci il tarixli akt əsasında dəymiş ziyan kimi 360 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, İddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay qarşılıqlı iddia üzrə cavabdehin sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hesabat dövrü kimi 360 gün əsas götürülmüşdür. Lakin görünüdyü kimi hesabat dövrünün 360 gün götürülməsi yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 2505 manat :12 ay-122 manat (ödənilmiş məbləğ)=86 manat. Beləliklə, xx.xx.2022-ci il tarixli akt əsasında qazdan qanunsuz istifadəyə görə vurulmuş ziyan 86 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddia və qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə dəymiş ziyana görə 86 (səksən altı) manat və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia və qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə dəymiş ziyana görə 86 (səksən altı) manat və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar