Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-151/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış 453,60 manat, debitor borcu olaraq 8,40 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 492 manat pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 06.05.2020-ci il tarixdə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00391 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 15.05.2020-ci il tarixdə Zenner markalı, G-4 mexanika tipli, 40019985 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək), “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq, qanunsuz olaraq sayğacdan kənar Birliyə məxsus ümumi qazpaylayıcı qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamış, qaz sayğacından kənar təbii qazdan istifadə etmiş, habelə, faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borcu ödəməmişdir. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etdiyi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3nın pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, 15.05.2020-ci il tarixli, ******* saylı akt əsasında 453,60 manat dəymiş ziyan hesablanmışdır. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyir ki, cavabdehin yuxarıda göstərilən akt üzrə hesablanmış borc məbləğindən əlavə olaraq 09/2020-ci il tarixindən 09/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə ödənilməmiş, ümumilikdə 8,40 manat məbləğində debitor borcu da yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış abonent saldosu üzrə ümumi olaraq 462 manat təşkil etməkdədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, qanunsuz olaraq sayğacdan kənar İddiaçınə məxsus ümumi qazpaylayıcı qaz xəttinə özbaşına qoşulmamış, təbii qazı talamamış, qaz sayğacından kənar təbii qazdan istifadə etməmişdir. Belə ki, onlar yaşadıqları ünvanda yerləşən evə qaz sayğacının quraşdırılması ilə bağlı İddiaçı İB-yə müraciət etmişlər, 06.05.2020-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları gələrək ünvana qaz sayğacı quraşdırmışlar və onunla müqavilə bağlamışlar. Bir müddət sonra ona qaz xəttinə özbaşına qoşulmaqla sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edilməsi barədə 15.05.2020-ci il tarixli akt tərtib olunaraq təqdim olunmuş, o, isə həmin aktla razılaşmadığından imzalamaqdan imtina etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər onların yaşadığı evə məxsus deyildir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06.05.2020-ci il tarixli, 14/1951 nömrəli müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən tərtib olunmuş 15.05.2020-ci il tarixli, ******* nömrəli təbii X3nın pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın ödənilməsinə dair 18.05.2020-ci il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 4536 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə olunmuş 13.11.2020-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2020-2021-ci illərdə qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 453,60 manat, debitor borcu olaraq 8,40 manat məbləğində borc hesablanmışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayır, qeyd edilən ünvana dair 06.05.2020-ci il tarixdə İddiaçı İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Lakin İddiaçı İB tərəfindən Cavabdeh yaşadığı ünvana dair təbii qazdan qanunsuz olaraq istifadə edilməsi əsası ilə 15.05.2020-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı İB-yə 453,60 manat olmaqla maddi zərərin dəydiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, abonent saldosuna əsasən Cavabdeh faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 8,40 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2 və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəf sayğacdan kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə (İddiaçı İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair 06.05.2020-ci il tarixli, 14/1951 nömrəli müqavilə bağlandıqdan və sayğac quraşdırıldıqdan sonra) iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa təqdim edilən fotoşəkil də sayğacdan kənar xətdən istifadə edilməsi halının təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilmir. Cavabdeh özü də məhkəmə iclasında da bu halı təsdiq etməmiş, özü də fotoşəkillər təqdim edərək iddiaçının təqdim etdiyi fotoşəkillərin onların yaşadığı evə aidiyyətinin olmadığını bildirmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının özü tərəfindən tərtib edilən yuxarda qeyd edilən akta əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmiş, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin istifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərilən borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış 453,60 manat pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 8,40 manat məbləğində debitor borcunun tutulması hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonentin saldosuna əsasən abonent Cavabdeh 2020 və 2021-ci illər üçün faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 77,40 manat debitor borcu olmuş, həmin borc məbləğindən 69 manat ödəniş edilmiş və hazırda 8,40 manat məbləğində debitor borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən «X3»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 8,40 manat məbləğində debitor borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh debitor borcu olaraq 8,40 (səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh debitor borcu olaraq 8,40 (səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-151/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-151/2022
11.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver