Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1510/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı - cavabdeh “Cavabdeh” İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “Cavabdeh” İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxx 2018-ci il tarixli ******* nömrəli və xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və 1843 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o,ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın çıxış borusu zədəsiz olmuşdur. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat olmuşdur ki, sonun sayğacında problem olmuş və buna görə ona akt tərtib olunmuşdur. Belə ki onun barəsində tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli, xx xxxxx 2018-ci il tarixli ******* nömrəli və xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktlara əsasən mənzildə sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunduğu üçün dəymiş ziyan hesablanaraq ümumilikdə 1843 manat borc yazılmışdır. Hesab edir ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi aktlar tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndələri tərəfindən aşkar edilmiş kənar xətt onun tərəfindən quraşdırılmamışdır, o, həmin evi aldığı vaxtdan hazıradək həmin kənar adlandırdıqları xətt öz yerindədir, lakin o həmin xəttdən istifadə etməmişdir, onunla cavabdeh arasında müvafiq müqavilə bağlanmış və onun istifadə etdiyi qaz xətti sayğaca qoşulmuş qaz xəttidir. Əlavə olaraq göstərmişdir ki, ümumiyyətlə cavabdeh tərəfin hər hansı bir əməkdaşı onun evinə gəlib baxış keçirtmədən onun barəsində bu aktları tərtib etmiş, aktlarda baxış keçirildiyi qeyd edillmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında sayğacdan kənar təbii qazdan istifadə edildiyi, əsas qaz xəttinə kənar xəttin qoşulduğu aşkar olunmuş və bu səbəbdən abonent barəsində akt tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş texniki hesabat pasportundan görünür ki, xx.xx.2011-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən 1E saylı evin sahibi İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 06 nömrəli müqavilədən görünür ki, “Cavabdeh” İB ilə İddiaçı arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB ilə İddiaçı arasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 saylı ünvanda istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli rəydən görünür ki, 1647 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 saylı ünvanda istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar rezin şlank vasitəsilə qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli rəydən görünür ki, 2675 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 saylı ünvanda istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli rəydən görünür ki, 1082 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 saylı ünvanda istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli rəydən görünür ki, 648 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 saylı ünvanda istehlakçı İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli rəydən görünür ki, 4860 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2018-2020-ci illərdə qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 1838,91 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 saylı ünvana dair müxtəlif vaxtlarda akt tərtib edilmiş və həmin aktlara əsasən iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etdiyinin aşkar olunması əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri olan 1838,91 manat tələb edilmişdir. İş materialları ilə müəyyən edilir ki, ünvan 2 saylı ünvanda istehlakçı İddiaçı qaz sayğacına əsasən G-4 markalı zavod nömrəsi GPG 13 001503 olan qaz plitəsindən istifadə edir. Yuxarıda qeyd edilən aktlarda isə iddiaçının PG-4 qaz plitəsi, su qızdırıcı soba, iran sobasından da istifadə etdiyi qeyd edilmişdir. İddiaçı isə bu halları qəbul etməmiş, ümumiyyətlə cavabdeh tərəfin hər hansı bir əməkdaşının onun evinə baxış keçirmədən bu aktları tərtib etdiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Belə ki, cavabdeh tərəf iddiaçının PG-4 qaz plitəsi, su qızdırıcı soba, iran sobasından istifadə etməklə sayğacdan kənar təbii qazdan istifadə etdiyinin aşkar olunması əsası ilə müxtəlif vaxtlarda Aktlar tərtib edərək iddiaçıdan itirilmiş qazın dəyəri olan 1838,91 manat tələb etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının məhz PG-4 qaz plitəsi, su qızdırıcı soba, iran sobasından istifadə etməklə sayğacdan kənar təbii qazdan istifadə etdiyi halı öz təsdiqini tapmır. Cavabdeh tərəf isə iddiaçının ünvanına baxış keçirilməsini və baxış zamanı aktda göstərilən PG-4 qaz plitəsi, su qızdırıcı soba, iran sobasının aşkar olunmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İdiaçı isə öz növbəsində ona istinad edilən halları qəbul etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşadığı ünvan 2 saylı ünvanda qaz sayğacından kənar təbii qazdan istifadə olunması öz təsdiqi tapmadığından, həmçinin iddiaçının təqsiri sübut olunmadığından cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 saylı ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1838,91 (min səkkiz yüz otuz səkkiz manat doxsan bir qəpik) manat borc İddiaçı - abonent kodu **********00007 saylı abunə hesabından silinməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəh-bər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 saylı ünvanı üzrə (abonent kodu **********00007) İddiaçı qaz sərfiyyatına görə hesablanmış 1838,91 (bir min səkkiz yüz otuz səkkiz manat doxsan bir qəpik) manat məbləğində borc silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1510/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1510/2020
06.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver