Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1510/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh 3-cü şəxs L.X.Abışovanın iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri Maraqlı şəxsnə, X3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Bakı şəhəri Maraqlı şəxsnə, X3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, uzun müddət Rusiya Federasiyasında yaşayaraq qardaşı oğlu X4 ilə mütəmadi olaraq əlaqə saxlayaraq Bakı şəhərinin müxtəlif yerlərində ucuz qiymətə yararsız daşınmaz əmlakları alıb, sonradan onlara xərc çəkməklə daha baha satılacağını vədd edərək əldə edilmiş qazancları bbölünməsi məqsədilə 2014-cü il tarixdən 150.000 ABŞ dolları cavabdehə göndərərək Bakı şəhəri, Səbail rayonunun müxtəlif ərazilərində öz adına daşınmaz əmlaklar alınaraq sonradan həmin əmlakları baha qiymətə sataraq əldə edilmiş pul məbləğindən bu günə qədər bir hissəsini, yəni 42.000 ABŞ dolları və 28.000 manat qaytarmayaraq ona məxsus Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 3 saylı evi öz həyat yoldaşı X6 adına çıxarış alaraq aldadaraq, yuxarıda qeyd edilən məbləği qaytarmayaraq, müxtəlif şər-böhtan aspektli şikayət ərizələrini hüquq-mühafizə orqanlarına yazmaqla, şantaj edərək pulun qaytarılmasından qəsdən boyun qaçırır və bu günə qədər qalıq borc qaytarmamışdır. Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 3 saylı evin 2-ci mərtəbəsi də 1-ci mərtəbəsi kimi onun tərəfindən öz hesabına inşa edilərək və 2015-ci ildə “xxxx” MMC tərəfindən onun adına sənədləşdirilərək qanunsuz tikiliyə bu günə qədər heç bir sənəd alına bilmədiyindən və həmçinin də Cavabdeh tərəfindən qanunsuz tikili zəbt olunduğundan, qanunvericiliyə uyğun olaraq həmin tikilinin sökülməsi mütləqdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2, “xxxx” MMC tərəfindən onun adına verilmiş sənəd əsasında, evin qanunsuz tikilmiş 2-ci mərtəbəsinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, İbrahimov Məmmədov küçəsi, 3 saylı evin birinci mərtəbəsi Cavabdeh tərəfindən tikilərkən ona maddi köməklik göstərmiş, 2-ci mərtəbə isə şəxsən onun pul vəsaiti hesabına tikilmişdir. Mülkiyyətdə yalnız birinci mərtəbədir, ikinci mərtəbə özbaşına tikilidir. Həmin tikinti onun vəsaiti hesabına həyata keçirildiyi üçün onun sökülməsini istəyir. Məhkəmə icrasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, İbrahim Məmmədov küçəsi, 3 saylı ünvanda yerləşən tikilini etibarnamə alıb sonra ona çıxarış əldə etmişdir. Həmin ev üzərində mülkiyyətini 2012-ci ildə rəsmiləşdirmişdir. 2019-cu ildə isə həmin evi Lalə Abışovaya satmışdır. Evin 2-ci mərtəbəsini də tikintisini o əhyata keçirmiş və onun vəsaiti hesabına tikilmişdir. Lakin ikinci mərtəbə dövlət reyestrində qeydiyyatdan keçməmişdir və onun texniki pasporta əlavə edə bilməmişdir. Ona görə ki, ev kredit müqaviləsinin təminatı kimi bankda girovda olmuşdur. iddiaçı ilə əvvəllər də aralarında pulla bağlı məhkəmə mübahisəsi olmuş və iddiaçının ziyanına qərar qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına 3-cü həxs qismində cəlb edilmiş X9 izahatında göstərmişdir ki, İbrahim Məmmədov küçəsi, 3 saylı ünvanda yerləşən 2 mərtəbədən ibarət tikilini o, İskəndər Qayıbovdan alğı-satqı yolu ilə almışdır. Həmin tikili ilə bağlı məhkəmə mübahisəsi olmuş və İddiaçı həm birinci, həm də ikinci mərtəbədən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Evi alarkən həm birinci, həm ikinci mərtəbəsinə baxmış, bəyənib pulunu vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə İddiaçı sifarişi əsasında “xxxx” MMC tərəfindən 2015-ci ildə tərtib edilmiş qiymətləndirmə rəyinin kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Məmmədov küçəsi, ev ö/t 3/7-nin ikinci mərtəbəsinin bazar dəyəri 75500 manat təşkil etmişdir. İş üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ev 13.03.2012-ci ildə X2 adına qeydiyyata alınmışdır. İş üzrə 01.02.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ev X5 tərəfindən X1. İş üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ev 07.02.2019-cu ildə X7 adına qeydiyyata alınmışdır. İş üzrə qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 17.07.2019-cu il tarixli qətnaməsi ilə L.X.Abışovanın ididası qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbəsindən çıxarılması qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən yaşayış evin birinci mərtəbəsi X7 mülkiyyətindədir, 2-ci mərtəbəsi isə öz hüquqi statusuna görə özbaşına tikilidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış evinin ikinci mərtəbəsi onun öz vəsaiti hesabına inşa edilmişdir və həmin evin ikinci mərtəbəsi qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmin tikiliyə hər hansı sənəd alınmamışdır və bu səbəbdən iddiaçı həmin tikilinin qanunvericiliyə uyğun olaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunun göstərilən tələblərindən göründüyü kimi daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və yalnız qeydiyyata alınmış mülkiyyət hüquqların müdafiəsinə təminat verilir. AR Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, İbrahimov Məmmədov küçəsi, 3 saylı evin 2-ci mərtəbəsi hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, iddiaçı həmin evə dair hər hansı hüquq (sahiblik, istifadə və sərəncam) sahibi deyil. Bu səbəbdən iddiaçı hüquq əldə etmədiyi tikiliyə dair onun hüquqlarını pozan maneənin(evinin üstündə inşa edilmiş tikilinin sökülməsini) aradan qaldırılmasını tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçı o halda bu tələblə çıxış etməyə subyektiv hüququ olardı ki, evin birinci mərtəbəsinə onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış olardı. Evə dair isə “xxxx” MMC tərəfindən tərtib edilmiş plan sxem və qiymətləndirmə rəyi, eyni zamanda kommunal xidmətlə bağlı hər hansı təşkilatla bağlanan müqavilə həmin evə hər hansı hüquqların olmasını təsdiq edən sənəd hesab edilmir. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Həmin Məcəllənin 95.2-ci madədsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin 04.09.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qanunun yuxarıda göstərilən tələbindən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – AR Fövqəladə Hallar Nazirliyi qaldırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə iddiaçı hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri Maraqlı şəxsnə və Cavabdeh qarşı Bakı şəhəri Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 3 saylı evin iddiaçının adına “xxxx” MMC tərəfindən verilmiş sənəd əsasında qanunsuz tikilmiş 2-ci mərtəbəsinin sökülməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1510/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1510/2021
18.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver