Məhkəmə qərarları › İş №2(009)-1525/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1525/2022

09.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1525/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X17 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X6 iştirakı ilə, ərizəçi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində 09 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 rayon İH-nə müraciət edərək, Səbail rayonu, keçid 1128, ev 25, mənzil 70 ünvanında yaşayan bacısı oğlu üzərində özünün qəyyum təyin edilməsi üçün X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Araşdırılmalar əsasında məlum olmuşdur ki, X9 anadangəlmə qüsurlu doğulub və ona baş beyin üzvi zədələnməsi fonunda şizofreniya paranoid diaqnozu forma qüsur halı F20.0 ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Şəxsin atası X10 xx.xx.2008-ci il, anası X3 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X9 dayısı X2 himayəsində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 24 may 2022-ci il tarixli arayışından görünür ki, X8 şizofreniya paranoid diaqnozu forma qüsur halı F20.0 diaqnozu qoyulmuşdur. Bundan başqa Səbail Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə xx.xx.1989-cu il təvəllüdlü X4 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2208 saylı rəyində qeyd edilir ki, X5 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti sübut edir. Bunları nəzərə alaraq, belə qənaətə gəlinir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası MPM-nın 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi qəyyumçuluq və himayəçilik orqanına həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar