Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1526/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi Əlı̇ yev Azər Salman oğlunun, Maraqlı şəxs Məmmədov Şəhrı̇ yar İ̇lham oğlunun iştirakları ilə, Ərizəçi Əlı̇ yev Azər Salman oğlunun Məmmədov Şəhrı̇ yar İ̇lham oğlunu maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişin təsdiqi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əlı̇ yev X1 Şəhrı̇ yar İ̇lham oğlunu maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişin təsdiqi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 09 aprel 2024-cü il tarixli, MŞB/10/2024-00202 saylı barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 09 aprel 2024-cü il tarixdə Maraqlı şəxs ilə MŞB/10/2024-00202 saylı barışıq sazişi bağlayaraq cəmi 2270 (iki min iki yüz yetmiş) manat borcun 9 ay müddətində ödənilməsinə razılaşdıq. Lakin artıq 3 aydır ki, heç bir ödəniş yoxdur.Lakin sazişi bağladıqdan sonra Maraqlı şəxs sazişi icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən ərizəçi Əlı̇ yev Azər Salman oğlu ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Məmmədov Şəhrı̇ yar İ̇lham oğlu 4 aydır ki, təzə obyekt götürüb işlətdiyini, borcunu ödəyəcəyini, ərizəyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əlı̇ yev Azər Salman oğlu ilə Məmmədov Şəhrı̇ yar İ̇lham oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, 1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər. 2. Tərəflər bəyan və təsdiq edirlər ki, X2 tərəf qarşısında 2270 ( i k i min iki yüz yetmiş manat) AZN məbləğində borcu mövcuddur. 3. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində göstərilən 2270 ( iki min iki yüz yetmiş manat) AZN borcun hər ay 250 (iki yüz əlli manat) AZN olmaqla 9 ay müddətinə ödənilməsini təmin edir. Sonuncu ödəniş 270 (iki yüz yetmiş) manat olacaqdır. 4. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndində nəzərdə tutulan 250 (iki yüz əlli manat) AZN məbləğin xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi ödənilməsini təmin edir. 5. İkinci Tərəf hər ay ödəniləcək məbləği hər hansı ardıcıllıqla 2 dəfə lazımınca icra etməməsi (ödəməməsi) Sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və Sazişin təsdiq olunması üçün məhkəməyə müraciət olunacaqdır. 6. Birinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndinin icra edilməsi üçün İkinci tərəfə şərait yaradaraq, 9 ay müddətinə ödənilməsinə möhlət verilməsini təmin edir. Həmin sazişin 6-cı bəndindən görünür ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Əlı̇ yev Azər Salman oğlu (Birinci tərəf) və Məmmədov Şəhrı̇ yar İ̇lham oğlu (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və aşağıdakı şərtlər barədə saziş imzalanmışdır:
1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər. 2. Tərəflər bəyan və təsdiq edirlər ki, X2 tərəf qarşısında 2270 ( i k i min iki yüz yetmiş manat) AZN məbləğində borcu mövcuddur. 3. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində göstərilən 2270 ( iki min iki yüz yetmiş manat) AZN borcun hər ay 250 (iki yüz əlli manat) AZN olmaqla 9 ay müddətinə ödənilməsini təmin edir. Sonuncu ödəniş 270 (iki yüz yetmiş) manat olacaqdır. 4. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndində nəzərdə tutulan 250 (iki yüz əlli manat) AZN məbləğin xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi ödənilməsini təmin edir. 5. İkinci Tərəf hər ay ödəniləcək məbləği hər hansı ardıcıllıqla 2 dəfə lazımınca icra etməməsi (ödəməməsi) Sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və Sazişin təsdiq olunması üçün məhkəməyə müraciət olunacaqdır. 6. Birinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndinin icra edilməsi üçün İkinci tərəfə şərait yaradaraq, 9 ay müddətinə ödənilməsinə möhlət verilməsini təmin edir. Həm sazişin 6-cı bəndində Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmçinin müəyyən edilmişdir ki, Məmmədov Şəhrı̇ yar İ̇lham oğlu sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Əlı̇ yev Azər Salman oğlu ilə Məmmədov Şəhrı̇ yar İ̇lham oğlu arasında bağlanmış xx.xx.2024cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.
1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər.
2. Tərəflər bəyan və təsdiq edirlər ki, X2 tərəf qarşısında 2270 ( i k i min iki yüz yetmiş manat) AZN məbləğində borcu mövcuddur.
3. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində göstərilən 2270 ( iki min iki yüz yetmiş manat) AZN borcun hər ay 250 (iki yüz əlli manat) AZN olmaqla 9 ay müddətinə ödənilməsini təmin edir. Sonuncu ödəniş 270 (iki yüz yetmiş) manat olacaqdır.
4. İkinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndində nəzərdə tutulan 250 (iki yüz əlli manat) AZN məbləğin xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 1-dən 10-a kimi ödənilməsini təmin edir.
5. İkinci Tərəf hər ay ödəniləcək məbləği hər hansı ardıcıllıqla 2 dəfə lazımınca icra etməməsi (ödəməməsi) Sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və Sazişin təsdiq olunması üçün məhkəməyə müraciət olunacaqdır.
6. Birinci tərəf öz öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndinin icra edilməsi üçün İkinci tərəfə şərait yaradaraq, 9 ay müddətinə ödənilməsinə möhlət verilməsini təmin edir. Ərizəçi Əlı̇ yev Azər Salman oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Məmmədov Şəhrı̇ yar İ̇lham oğlundan tutularaq Əlı̇ yev Azər Salman oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova