Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1532/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «əmlakdan çıxarılma və zərər» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 28 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əmlakdan çıxarılma və zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 kv.metr sahədən ibarət olan əmlak kompleksinin “Ç” tikilisindən və “C” tikilisinin bir hissəsindən çıxarılması və 2017-ci ilin may ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 134,200 manat məbləğində zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 943,8 kv. metr olan əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə verilmiş **********70-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona - İddiaçı məxsusdur. Mülkiyyətində olan, 943,8 kv. metrdən ibarət olan daşınmaz əmlakın “Ç” tikilisi və “C” tikilisinin bir hissəsindən ibarət olmaqla 110 kv. metr sahəsi fərdi sahibkar Cavabdeh qanunsuz istifadəsindədir. Cavabdeh həmin sahədən 2017-ci ildən gül-çiçək satışı mağazası kimi (VÖEN: **********) istifadə edir. Halbuki, Cavabdehla aralarında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona heç bir vaxt icarə haqqı ödənilməmişdir. Dəfələrlə Cavabdehla görüşmüşdür, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmiş, həmçinin mülkiyət hüququnu təsdiq edən sənədi təqdim etmiş və mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh tələblərinə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacaqlarını və istifadə etdiyi qeyriyaşayış sahəsinə görə icarə haqqı ödəməyəcəklərini bildirmişdir. 08 avqust 2019-cu il tarixdə və 22 may 2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir, lakin müraciətlərinə cavab verilməyib. Cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Həmçinin, əmlak və torpaq vergiləri ödənilməmiş və ona ziyan vurulmuşdur. Bildirmək istəyir ki, mülkiyyətində olan qeyriyaşayış sahəsi Səbail rayonunda Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yerləşir. Bakı şəhərinin ticarət fəaliyyəti üçün ən bahalı və müştərilərin çox olduğu yerində yerləşdiyi üçün bu ünvanda yerləşən obyektlərin 1 kv. metrinin icarə qiyməti yüksəkdir. Nəzərə alınsa ki, daşınmaz əmlakın “C” tikilisinin bir hissəsini və Ç tikilisini 2017-ci ilin iyun ayından icarəyə vermiş olsaydı onda xeyli miqdarda gəlir əldə etmiş olardı. Əldə edilmiş gəlirdən isə dövlət büdcəsinə ödənilməli zəruri vergilərin ödənilməsi təmin olunardı. Qeyd edilən ünvanda 1 kv. metr sahənin icarə qiyməti (bazar qiyməti) 20-30 manat arasında dəyişməkdədir. Bu halda 1 kv. metr sahə üçün ən aşağı qiymət olan 20 manatdan götürdükdə cavabdeh hər ay üçün ona 2000 manat (110 x 20m = 2.200m) icarə haqqı ödəməli idi. Bu məbləğ bir il üçün 26.400 manat təşkil edir. 2017-ci ilin may ayından etibarən 2022-ci ilin 6 ayı ərzində iddia etdiyi gəlir 134.200 (bir yüz otuz dörd min iki yüz) manat təşkil edər. Həmin sahəni icarəyə vermiş olduğu halda mənfəət əldə etmiş olardı. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənfəət əldə etməkdən məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır. 01 avqust 2016-cı il tarixli "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış İcarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlakdan 50 kv.metr sahəni hədiyyələr salonu məqsədilə "xxxx" ASC Cavabdeh icarəyə verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı xüsusi mülkiyyətidir. Cavabdeh iddiaçıya məxsus əmlaka hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yerləşməklə, həmin əmlakdan istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüçusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır, buna görə də iddia tələbi bu hissədə əsaslı hesab edilməlidir. İddia tələbinin 134,200 manat məbləğində ziyanın cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iş materiallarında olan 01 avqust 2016-cı il tarixli İcarə müqaviləsindən və "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 14 sentyabr 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh 2016-cı il tarixdə "xxxx" ASC ilə icarə müqaviləsi bağlayaraq həmin vaxtdan indiki dövrə kimi sözügedən əmlakdan icarəçi kimi istifadə edir və razılaşdırılmış icarə haqqını "xxxx" ASC-yə ödəyir. Burdan belə nəticəyə gəlmək olur ki, cavabdeh əmlakdan özbaşına deyil, məhz müqaviləyə əsaslanaraq istifadə etmiş və bunun müqabilində razılaşdırılmış icarə haqqını icarəyə verən qismində "xxxx" ASC-yə ödəmişdir. Bu səbəbdən hazırki halda İddiaçı əmlakından istifadəyə görə əldən çıxmış fayda kimi cavabdehdən pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “Ç” tikilisindən və “C” tikilisinin bir hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1532/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1532/2022
28.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver