Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1533/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İşHakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz təsirlərin qadağan edilməsi, hamamın sökülməsi və.s tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz təsirlərin qadağan edilməsi, hamamın sökülməsi və.s tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddiaçı cavabdeh X1 qarşı daş hasarın bərpa edilməsi, maddi ziyanın tutulması və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin icraatında 2(009)-1534/2025 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. AR MPM-nin 169.3-cü madəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki iddia ərizəsi üzrə iddiaçı eyni olduğundan, eyni zamanda hər iki iddia tələbi üzrə cavabdeh bir ailə üzvü (ana və oğlu) olduğundan, mübahisə hər iki cavabdehin yaşadığı Səbail rayonu, İsrail Məmmədov küçəsində yerləşən 3 saylı evlə bağlı olduğundan həmin mülki işlər baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki işlərin bir icraata birləşməsi barədə qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasyai şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 169.3-cü maddəsinə əsasən məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işlərin birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 169.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz təsirlərin qadağan edilməsi, hamamın sökülməsi və.s tələblərinə dair mülki iş məhkəmənin icraatında olan İddiaçı cavabdeh X1 qarşı daş hasarın bərpa edilməsi, maddi ziyanın tutulması və s. tələblərinə dair 2(009)-1534/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1533/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1533/2025
08.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver