Məhkəmə qərarları › İş №2(009)-1534/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1534/2024

17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1534/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, haqsız yerə yazılmış borc məbləğinin silinməsinə köməklik edilməsi və onların öz evində yaşamağına qayıda bilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanda müvəqqəti ailəsiylə oğlu və o məskunlaşmışdır. 05 mart 2015-ci il tarixdə “X3” tikilməsi ilə ərazidə söküntü işləri olduğu üçün ev yararsız hala düşdü. Həmin tarixdən ailəsiylə göstərilən ünvanda yaşamırlar. 2017-ci ildə yaxın qonşular ona zəng edərək yüksək qaz verildiyindən həyətdə və evə gedən qaz xəttindən qazın axması qəza hadisəsi olduğunu bildirmişlər (İsmayılova Sevinc M q) soyadı belə getmişdi. O, 104 qəza xidmətinə zəng etmiş və qəza mühəndis xidməti gəlib qəzanı aradan götürmüşlər. O vaxtdan qaz sayğacı yararsız hala düşmüşdür. Həmin tarixdə qonşularda da yüksək qaz hadisəsi olmuşdur. Evdə qaz sistemi tək mətbəxdə 1 ədəd mətbəx peçi olmuşdur. Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Hər ay limit silgisi olduğu halda yüksək qaz sərfiyyatı yazılıb. 18 avqust 2021-ci ildə Bakı Cavabdeh Bakı X1 Departamentinə ərizə ilə müraciət etmişdir. (**********00000) 583.28 AZN borc göstərir. Ailədə tək işləyən odur. Əmək haqqı çox az olduğundan neçə illərdir ödənişi edə bilmir və həyat yaşam durumları çox çətidir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 583,28 manat yazılmış borc məbləğinin silinməsini xahiş etmişdir. Etirazın dəlilləri: iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddia tələbinin əsasını iddiaçının 2010-cu ildən 2024-cü ilə kimi sayğac göstəricisi üzrə sərf edib ödəmədiyi borcun silinməsi təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasına uyğun olaraq məcburi köçkünlərə sərf etdikləri qaza görə güzəşt müəyyən edilmişdir və saldoya diqqət yetirsək qaçqın limiti xanasında həmin güzəştlər tətbiq edilmiş iddiaçı və ailə üzvləri (2 nəfər) illik 840 m3 istifadə etdikləri qazın dəyərini ödəməkdən azad edilmişdir. Daha sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. İddiaçının saldosundan göründüyü kimi yuxarıdakı qanunvericiliyin müddəalarına uyğun olaraq 2010-2016-cı illərdə iddiaçıya məcburi köçkün limiti tətbiq edilmiş, həmin dövr ərzində cəmi 42,32 manat ödəniş etmiş və güzəştlər çıxıldıqdan sonra iddiaçının sayğac üzrə 250,58 manat sərfiyyat borcu ödənilməmiş qalmışdır (qaçqın limiti xanası). Daha sonra 2017-ci ildən 2024-cü ilin iyun ayına kimi sayğac göstəricisi üzrə qazdan istifadə etmiş, bu müddət ərzində istehlak etdiyi qaza görə heç bir ödəniş etməmiş və nəticədə 332,7 manat borcu yaranmışdır. Beləliklə, iddiaçının 2010-cu ildən 2024-cü ilin iyun ayına kimi sərf etdiyi qaza görə hesablanmış 583.28 manat sərfiyyat borcunun silinməsi barədə tələbi qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, 2015-ci ildən həmin mənzildə yaşamamışdır. 2021-ci ildə şəkil çəkdirmiş, aktla da təhvil vermişdir. 2017-ci ildə ərazidə partlayış olduğundan sayğaca plomb qoyulmuşdur. Onlara limit qoyulmuş, amma limit götürülməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə uzun müddət qonşu olmuşlar. Onlar 2015-ci ildə köçmüşlər. İddiaçının evində su, qaz, işiq şəraiti olmamışdır. Hətta suyu özü daşımışdır. İddiaçı 10 ildən artıqdır orada yaşamır. İddiaçıya qaz anası gildən gəlirdi. Yataqxana plana düşdüyünə görə şəraitsiz olduğundan söküldüyündən onlar köçürülmüşdür. Onlar 6-cı sahə, 20-ci sahənin yanında fərdi evdə yaşamışlar, 2-3 ildir orada yaşanılmır. Yataqxana 2015-ci ildə sökülmüşdür. İddiaçının anası oradan köçsə də iddiaçı sonra bir müddət orada yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı 30 il qonşusu olmuşdur. İddiaçının rəhmətlik atası yataqxanadan qaz, su, işıq çəkmişdir. 2015-ci ildə yataqxana söküldüyündən iddiaçı üçün bütün şərait kəsilmişdir. X2 küçəsində bir ünvandan digər ünvana köçmüşdür. 2015-dən iddiaçı orada yaşamır. O da məcburi köçkün olmuşdur. İddiaçının atasıgil də oradan köçmüş, lakin hansı ünvana dəqiq bilmir. Sırf iddiaçının evində qaz, su, işıq yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının nümayəndənin iştirakı olmadan işə baxıb iddianən rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli, 06/17796 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus ünvan 1 ünvanında yerləşən mənzil təbii qazla təchiz edilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. - xx.xx.2021-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, sayğacın ekran şüşəsi yoxdur, mənzildə cihaz qoşulmamış qaz xətti var və ventillə bağlıdır. Mənzildə yaşayış yoxdur. Mənzilə təbii qazın verilməsi ventildən dayandırıldı. - Cavabdeh İB tərəfindən verilmiş 10**********000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2024-cü il iyun ayına qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 583.28 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində 06/17796 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı X1 Departamenti tərəfindən 10**********000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu üzrə ümumi 583.28 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, "Azəriqaz" İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Məhkəmə hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı 2015-ci ildən sonra qeyd edilən ünvanda yaşamamasına, 2017-ci ildə sayğacda qəzanın baş verməsinə dair halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar sübuta yetirilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar