Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1538/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-сü il tarixli və ******* nömrəli, xx.xx.2023-cü il aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, hal-hazırda ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. Son dövrlərdə cavabdeh tərəfindən onun adına 1 230.70 borcun məbləğində qaz borcu hesablanmışdır. Lakin bu borcun haradan və hansı əsasla yarandığı ona aydın deyildir. Təqdim olunmuş məlumatlar qeyri-dəqiq və ya əsassız texniki və hüquqi hesablamalara əsaslana bilər. Dəfələrlə müraciət etməyinə baxmayaraq, borcun dəqiq izahı və hüquqi əsaslandırması təqdim olunmamışdır. Məsələ ilə bağlı Cavabdehnə dəfələrlə müraciət etməyinə baxmayaraq, ona aydın və əsaslandırılmış cavab verilməmiş, əksinə borcun ödənilməsi üçün mənəvi təzyiq və qanunsuz tələb irəli sürülmüşdür. Bu isə ona qarşı haqsız münasibət və stressə səbəb olmuş, əsəb pozuntusuna və davamlı narahatlığa gətirib çıxarmışdır. Bununla bağlı olaraq "ASAN" Kommunal Xidmətinə müraciət etdikdə ona ******* nömrəli, xx.xx.2023-cü il tarixli və ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktların surətini təqdim etdilər. Sözü gedən aktın nəticəvi hissəsindən də görüldüyü kimi, məsələ qaz sayğacının daxili mexanizmlərində yaranmış texniki problemlərlə bağlıdır. Hansı ki, həmin aktın özü də mübahisəlidir və o, hazırkı iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmişdir. Belə olan halda sayqacın daxilində yaranmış texniki nasazlığa görə onun hər hansı bir məsuliyyətə cəlb edilməyi əsassızdır. Hazırda onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilinə quraşdırılmış qaz sayğacının abonent kartına yüklədiyi məbləğdən müəyyən qanunsuz tutulmalar edilir ki, bu da onun hüquqlarının cavabdeh tərəfindən kobud şəkildə pozulması ilə nəticələnir, cavabdeh onun hesabına əsassız varlanır. Hazırkı mülki iş üzrə konkret suallar yaranır: 1. Sözü gedən sayqacın daxilində olan texniki hissələrə kənardan necə müdaxilə etmək olar; 2. Hənin texniki hisssələrin nasazlığına görə abonent məsuliyyət daşıyırmı. Axı həmin sayqac qaz paylayıcınındır və onun texniki nasazlığına və ya saz və işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcı cavabdehdir; 3. Ona tətbiq edilən cərimə və ya sanksiya məbləği necə əldə edilmişdir, həmin məbləği hansı riyazi hesablama nəticəsində əldə etmişdir. Əgər bu evində istifadə olunan qaz qurğularının texniki kitabçasında göstərilmiş sutkalıq sərfiyyatla bağlıdırsa, cavabdehin əməkdaşları onun evinin içindəki qaz qurğularını və onun texniki kitabçasını haradan bilir. Yəni bu o deməkdir ki, həmin məbləğ xəyali olaraq qeyd edilmişdir və əsassızdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1223,2 manat məbləğində cərimənin silinməsi və 332,2 manat məbləğinin abonent hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 mart 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı istifadəsində olan 14-2-2/3-5-3121-1 saylı 1802AZ**********64 nömrəli sayğaca baxış keçirilmiş, sayğacda normadan artıqdır, sayğac minimal sərfiyyatda 100 % nisbi xətayla işləyir, hesablama mexanizmi minimum sərfiyyat qazın həcmini qeyd etmədiyi aşkar edildi. -Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. -Cavabdeh İB tərəfindən verilmiş **********40000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2024-cü ilin iyul ayına 1555,20 manat borc hesablanmış, 2025-ci il iyul ayına 1223,20 manat borc qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 mart 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akta əsasən, ünvan 1 ünvanında istehlakçı kodu adına olan mənzildə olan sayğacın nisbi xətayla işləməsi, hesablama mexanizminin minimum sərfiyyat qazın həcmini qeyd etmədiyi əsası ilə akt tərtib edilmiş və buna görə 1555.20 AZN dəymiş ziyan hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, hesablanmış borc məbləği istehlakçının 2024-cü il üzrə abonent saldosunda əks olunmuş, həmin məbləğin 332.20 manat hissəsi istehlakçı tərəfindən ödənilmiş məbləğlərdən tutulmuş, 1223.20 manat borc qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı (sayğacın nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimum sərfiyyat qazın həcmini qeyd etməməsinə şərait yaradan) müdaxilənin edilməsi və ya digər qaydada zərər vurulması halı müəyyən edilməmişdir. Məhkəmə, iddia tələbinin ödənilən 332,20 manat (üç yüz otuz iki manat iyirmi qəpik) cərimənin geri qaytarılması hissəsi üzrə aşağıdakıları qeyd edir ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2024-cü il üçün 1555.20 manat borc hesablanmış, həmin məbləğin 332.20 manat hissəsi X1 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə **********40000 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənilən məbləğlərdən çıxılmışdır. Hazırda iddiaçı tutulmuş məbləğin 332.20 manat hissəsinin geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi və balansdan silinməsi əsassız və qanunsuz olmuşdur. Nəticədə cavabdeh əsassız varlanmışdır. Belə olan halda, iddiaçıya hesablanmış qalıq borc hesabdan silinməli və hazıradək tutulan 332.20 manat pul abonent hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 35,56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1223,20 (bir min iki yüz iyirmi üç manat iyirmi qəpik) manat İddiaçı-abonent kodu **********40000 saylı abunə hesabından silinməli, ünvan 1 ünvanında yerləşən mənzil üzrə (Abonent kodu **********40000) cərimə kimi yazılmış və smart karta yüklənilən məbləğlərdən çıxılmış 332,20 (üç yüz otuz iki manat iyirmi qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən **********40000 saylı abonent koduna məxsus ZENNER G4T SMART tipli qaz sayğacının kart balansına geri yüklənməli, 35,56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1223,20 (bir min iki yüz iyirmi üç manat iyirmi qəpik) manat İddiaçı-abonent kodu **********40000 saylı abunə hesabından silinsin. ünvan 1 ünvanında yerləşən mənzil üzrə (Abonent kodu **********40000) cərimə kimi yazılmış və smart karta yüklənilən məbləğlərdən çıxılmış 332,20 (üç yüz otuz iki manat iyirmi qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən **********40000 saylı abonent koduna məxsus ZENNER G4T SMART tipli qaz sayğacının kart balansına geri yüklənsin. 35,56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1538/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1538/2025
30.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver