Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1557/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi X3, cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi işə cəlb edilməklə) cavabdehlər «xxxxxxxx» ASC və «X1 Mərkəzi» MMC-yə qarşı hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «X1 Mərkəzi» MMC və «xxxxxxxx» ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X1 Mərkəzi» MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-25 saylı xx.xx.2020-ci il tarixli protokolun və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-20/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh «xxxxxxxx» ASC-nin ona və qeyrilərinə qarşı kredit borcunun tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməklə kredit üzrə borcun onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s.6 və Sumqayıt şəhəri, 12-ci mikrorayon, b.18 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə yönəldilməsi, ilkin satış qiymətinin Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s.6-da yerləşən qeyri-yaşayış sahəsinə görə 256500 manat, Sumqayıt şəhəri, 12-ci mikrorayon, b.18 yerləşən qeyri-yaşayış sahəsinə görə isə 283500 manat məbləğində müəyyən olunması, hər iki obyektin açıq hərracdan satılaraq satış pulundan banka olan 346901 manat məbləğində kredit borcunun ödənilməsi və digər xərclərin həmin vəsaitdən tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli 2(105)-1432/2019 saylı qətnaməsinə əsasən onun şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə icra və probasiya idarəsi Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdə cavabdeh hərrac təşkilatına sifariş məktubu göndərilmiş və bu barədə ona hər hansı bir məlumat verilməmiş, onun xəbəri və iştirakı olmadan xx.xx.2020-ci ildə hərrac keçirilməklə Sumqayıt şəhəri, 12-ci mikrorayon, b.18 ünvanında yerləşən qeyri-yaşayış sahəsi real bazar qiymətindən təxminən 100000 manatdan da artıq məbləğdə aşağı satılmış və 180732 manata ipoteka saxlayana-banka satılmışdır. Həmin protokol barədə o, yalnız Sumqayıt şəhəri üzrə icra idarəsinə dəvət olunan vaxt bilmiş və həmin protokolun surətini götürməklə hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin mətninə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara əsasən təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14.12.18-ci il tarixli, 2(060)-20/18 saylı icra vərəqəsindən görünür kİ, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı xx xxxx 2015-ci il tarixli, 01/1670/OBK saylı kredit müqaviləsi üzrə 229.855,48 ABŞ dolları əsas, 116.799,06 ABŞ dolları faiz və 247,06 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumillikdə cəmi 346.901,60 ABŞ dolları dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı məxsus Cavabdeh2 ASC-nin AZ51NBCB4122001USD********** saylı depozit hesabındakı 50.000 ABŞ dolları məbləğindəki pul vəsaitinə, Sumqayıt şəhəri, 10-cu rzkrorayon, b 371, s.6 ünvanında və Sumqayıt şəhəri, 12-ci mikrorayon, b. 18 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə yönəldilməsi, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b 371, s.6 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 256.500 manat, Sumqayıt şəhəri, 12-ci mikrorayon, b. 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti isə 283.500 manat müəyyən edilməsi, qeyri-yaşayış sahələri açıq hərracdan satıldıqdan və onların satışından əldə edilən pul vəsaiti hesabına 346.901,60 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsait isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” hərracın nəticələri haqqında 19.02.20-ci il tarixli, Y- 25 saylı protokolundan görünür ki, sifarişci Sumqayıt şəhəri üzrə icra idarəsi olmaqla İddiaçı məxsus Sumqayıt şəhəri, 12-ci mkr, b 18 ünvanda yerləşən qeyri-yaşayış sahəsi alıcı “xxxxxxxx” ASC-yə ilkin satış qiyməti 283500 manat olmaqla, son qiymət 180732 manata satılmışdır. İş materiallarında olan 17.02.20-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, sifarişci Sumqayıt şəhəri üzrə icra idarəsi olmaqla İddiaçı məxsus Sumqayıt şəhəri, 12-ci mkr, b 18 ünvanda yerləşən qeyri-yaşayış sahəsi alıcı “xxxxxxxx” ASC-yə ilkin satış qiyməti 283500 manat olmaqla, son qiymət 180732 manata satılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı və “xxxxxxxx” ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini əsaslı hesab etmir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, “X1 Mərkəzi” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini göstərməklə həmin bildirişi tələbkar və borclulara göndərməklə birinci hərracın keçirilməsini xx.xx.2020-ci il tarixə təyin etmiş və “Market” qəzetində müvafiq elan vermişdir. İş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlakla bağlı ilkin hərrac baş tutmadığından həmin əmlakın ilkin satış qiymətindən 15% aşağı qiymətlə ikinci dəfə hərraca çıxarılması və hərracın xx.xx.2020-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Market” qəzetində elan dərc edilmiş, bildiriş borclulara və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-25 saylı protokol tərtib edilmişdir. “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli daşınmaz əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbləri əsassızdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneələrin yaradılması məqsədini güdür, ona görə də, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi işə cəlb edilməklə) cavabdehlər «xxxxxxxx» ASC və «X1 Mərkəzi» MMC-yə qarşı hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1557/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1557/2020
07.10.2020 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver