Məhkəmə qərarları › İş №2(102)-3886/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3886/2024

27.11.2024 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3886/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı və çıxarışın ləğv edilməsi) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Əqdin etibarsızlığı; Əhəmiyyətsiz əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndi yar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-930/2024 nömrəli iş üzrə 10 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) ata tərəfdən babası X6 1917-ci ildə vəfat etmişdir. İddiaçının babasından Şəki şəhəri, İsmayılbəy Nakam küçəsi, ev 27 ünvanda yerləşən daşınmaz əmlak miras qalmışdır. İddiaçının atası X8 isə 1962-ci ild ə ölmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən “Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz”. Odur ki, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 3. “Elektron notariat” X3 çıxarışın surətinə əsasən, İddiaçı 1917-ci ildə vəfat etmiş X4 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir. 4. 16.12.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə q ərarın surətinə əsasən, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞyə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

5. İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli ərizəsinin surətinə əsasən, Hacıəhmədov Allahverdidən miras qalmış Nakam küçəsindəki 29 saylı mülkün irs payından imtina edir və gələcəkdədə heç bir iddiası olmayacağını öz imzası ilə təsdiq etmişdir. 6. 29.02.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərarın surətinə əsasən, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvan ında yaşayan İddiaçı Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış HK-1/2262 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir. Material əlavə yoxlamanın aparılması üçün Şəki ŞRPŞ-nin Təhqiqat bölməsinə göndərilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun surətinə əsasən, X16 və X17 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşa yış evinin hazırki ünvanı ünvan 5ı: a) Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdehlərə qarşı “əqdin etibarsızlığı” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində verdiyi, babası X2 qalmış mirasdan imtina edilməsi barədə 8İ30473 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun babası X6 1917-ci ildə vəfat etmişdir. Babasından ünvan 6 ünvanda yerləşən torpaq sahəsi miras qalmışdır. 22 avqust 2023-cü il tarixdə ögey qardaşının oğlu Cavabdeh2 Niyazi oğlu onun yaşadığı mənzilə gələrək babası X2 qalmış miras əmlakla atası X5 qalmış əmlak arasında hasar tikdirmək və babasının uçmuş evinin qal ıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirmək adı ilə onu 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisinə apararaq, orada onu aldadaraq ondan babası X2 qalmış miras əmlakı qəbul etməkdən imtina etməyi barədə ərizə almışdır. Bu sənədi aldıqdan sonra 2023-cü ilin sentyabr ayında qardaşı oğlu Cavabdeh1 babasından qalmış miras əmlakı qəbul edib həmin əmlak üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Bundan sonra 20 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 mübahisə predmeti olan daşınmaz əmlakı X1. 2023-cü iln noyabr ayında qardaşı oğlu X7 ona zəng edərək Cavabdeh2 Niyazi oğlunun onun baba mülkünü satdığını bildirdi. Bundan so nra o, Şəki Rayon icra başçısının müavini Həsən müəllimin qəbuluna getmişdir. Həmin vaxt Həsən müəllim baş memara tikinti üçün layihənin verilməsinin dayandırmağı tapşırmışdır. O, Şəki Rayon Polis Şöbəsinə müraciət edərək mübahisəli evlə bağlı tikinti işlərinin dayandırılması, dələduzluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması xahiş etmişdir. Şəki Rayon Polis Şöbəsinin təhqiqatçısı Kamal Xəlilzadə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, onun babası X2 qalmış miras əmlakdan imtina etməyi barədə ərizə etibarsız hesab edilməlidir.

10. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun əmisidir. İd diaçı 2012-ci ildə onun atasının xeyrinə miras əmlakından imtina və gələcəkdə heç bir iddiasının olmaması barədə ərizə vermişdir. Həmin ərizənin davamı olaraq 22 avqust 2023-cü il tarixdə yenidən ərizə vermişdir. İddiaçı ilə onun arasında imtina ilə bağlı danışıqlar olmuşdur. Lakin ərizə verildikdən sonra iddiaçı ona qarşı artıq tələblər olduğuna görə o, iddiaçı ilə razılığa gəlməmişdir. Ərizə verilən zaman o, iddiaçının yanında olmamışdır. Evi öz adına keçirmək üçün mirasdan imtina barədə ərizə almışlar. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etdi.

11. Cavabdehlərin nümayəndəsi Vəkil1 iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, iddia tələbi tam əsassız və qanunsuzdur. Həmin ərizə verilən zaman iddiaçı tam anlaqlı olmuşdur. Ona heç kim fiziki və psixi t əsir göstərməmiş, sağlamlığı heç bir təhlükə altında olmamışdır. Notarisda da ərizənin mahiyyəti və məzmunu ona izah olunmuşdur. Onun anlaqlı olub-olmaması yoxlanılmışdır. Ərizə verilən zaman heç bir şərt nəzərdə tutulmamışdır. Halallaşma isə cavabdehin atası ilə əmisi arasında 2012-ci ildə olmuşdur. Lakin iddiaçı ərizə veriləndən sonra cavabdehdən halallıq istəmişdir. Cavabdeh də bununla razılaşmış, atasının ona halallıq verdiyini bildirmişdir. İddia tələbininin təmin edilməməsini xahiş edir.

12. X9 bildirdi ki, iddiaçı və cavabdeh onun qohumlarıdır. Ülvi onun əmisi oğludur. Ülvi əvvəllər Bakı şəhərində yaşayırdı. Orada əmisi oğlanları əmisinin onların xeyrinə mirasdan imtina barədə ərizə verməsini istəmişdir. Mən bunu biləndən sonra əmisinə də bildirmişdir ki, mirasdan imtina ilə bağlı ə rizə verməsin. Əmisi ərizə verəndən sonra onun xəbəri olmuşdur.

13. Sumqayıt şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 4.03.2024-cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş ərizə birtərəfli əqddir və həmin ərizə hüquqi nəticəyə səbəb olduğundan, yəni miras əmlakdan imtina edilməsi cavabdehlərin miras əmlakdakı payının artmasına səbəb olduğundan, iddiaçı verilmiş ərizənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Lakin məhkəmə iclasında bu ərizənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

15. Məhkəmə qeyd edib ki, işin fa ktiki hallarından göründüyü kimi iddiaçı babasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan qardaşı oğlu Cavabdeh1 xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirməsi barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keç irə bilərdi.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 329.2, 337.1, 339.2, 339.3, 389.1, 390.1, 1268.1, 1268.2-ci maddələri, Azərbcayn Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı babasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan qardaşı oğlu Cavabdeh 1 xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarını təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirməsi barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keçirə bilərdi. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin təmin edilməsi üçün iddiaçı tərəfindən miras əmlakdakı payından va cib əhəmiyyətli yanılma səbəbilə imtina etməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı könüllü olaraq notariat orqanına gedərərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(105)-930/2024 nömrəli iş üzrə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov, F.Ə.Məmmədov ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, iddiaçının 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində verdiyi, babası X2 qalmış mirasdan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli 30473 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi qət etmişdir

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçı notariat qaydada ərizə verərək 1917-ci ildə vəfat etmiş babasından qalmış miras əmlakdan imtina etmişdir. Kollegiya ilk öncə İddiaçı belə ərizə verməyə subyektiv hüququnun olub-olmamasını araşdırmasını zəruri hesab etmişdir.

21. Göründüyü kimi, iddiaçının babası X6 1917-ci ildə vəfat edərkən vərəsəsi olan oğlu, yəni iddiaçının atası X8 sağ olmuşdur. Belə olan halda kolleg iya hesab etmişdir ki, əvvəlki növbənin vərəsəsi mövcud olduğundan, iddiaçının 2023-cü ildə babasından qalmış miras əmlakdan imtina etməsinə dair subyektiv hüququ yoxdur.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mübahisələndirilən ərizə etibarlı olması üçün qanunda nəzərdə tutulmuş əqdin subyektiv tərkibinə aid edilən şərtə cavab vermədiyindən, özlüyündə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğura bilməz.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 13-ü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ,İİ,Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1.,324.2., 324.3., 337.2., 337.3., 351.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2., 55.1, 77.1., 88, 217.3., 217.4-cu ma ddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya instansiya məhkəməsinin 2(105)-930/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını,əks təqdirdə apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(105)-930/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası İddiaçı və nümayəndəsinin birbaşa qanunsuz təsiri və qanunsuz müdaxiləsi altında olmaqla, qanunsuz və əsassız olan, cavabdehlərə qarşı tam qərəzli olan xx.xx.2024-cü il tarixli, 2(105)-930/2024 saylı qətnaməsini qəbul etmişdir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Ona görə də apellyasiya instansiya məhkəməsinin 2(105)-930/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan mütləq kassasiya instansiyasında ləğv olunmalıdır.

26. Cavabdehlər kassasiya şikayətinin əsası kimi Mülki Proessual Məcəlləsi (MPMnin) 386, 387, 418.1, 418.2, 418.3-cı maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının K onstitusiyası

28. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

30. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

31. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. 1923-cü ildən qüvvədə olan Mülki Məcəllə

32. Maddə 499.Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtə rəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 324.3.Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

36. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

38. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

45. Q anunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətini cavabdehlər qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının babası X6 1917-ci ildə vəfat edərkən vərəsəsi olan oğlu, yəni iddiaçının atası X8 sağ olmuşdur. Belə olan halda əvvəlki növbənin vərəsəsi mövcud olduğundan, iddiaçının 2023-cü ildə babasından qalmış miras əmlakdan imtina etməsinə dair subyektiv hüququ yoxdur. Mübahisələndirilən ərizə etibarlı olması üçün qanunda nəzərd ə tutulmuş əqdin subyektiv tərkibinə aid edilən şərtə cavab vermədiyindən, özlüyündə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğura bilməz.

49. Qeyd edilməlidir ki, iddiaçının babasından miras qalmış əmlaka vərəsəlik 1917-ci ildə açılmış və işdə iddiaçının atasının öz atasının (iddiaçının babasının) mirasından imtina etməsinə dair hər hansı sübut yoxdur. Belə olan halda iddiaçının atasının 1962-ci ildə vəfat etməsi nəzərə alındıqdan, onun babanın mirasından deyil, atanın miras əmlakından imtina etmək üçün subyektiv hüququ olmuşdur. Artıq babadan qalmış miras əmlak mövcud olmadığı üçün ondan imtina edilməsinə dair ərizənin verilməsinin də əhəmiyyəti olmamışdır. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq iddiaçının iradə ifadəsi olmuş əqdi etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişd ir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Qeyd edilməlidir ki, işin faktiki halları ilə kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-930/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar