Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-452/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı "xxxx" MMC, X10 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1, X10 və X2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1, X10 və X6 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15/5 saylı fərdi yaşayış evinin ½ payına münasibətdə İsmayılova (Süleymanova) Aynurə Kamal qızı ilə, ½ payına münasibətdə isə Cavabdeh1, X10 və X6 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə müqavilənin bağlanmasının həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü il tarixdə mərhum həyat yoldaşı X16 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduğu vaxtdan iddiaçı oğlu ilə birlikdə Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15/5 saylı fərdi yaşayış evində yaşamışdır. Hal-hazırda oğlu Həsrət Süleymanov həmin fərdi yaşayış evində qeydiyyatdadır. 2014-cü il tarixdə Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15/5 saylı fərdi yaşayış evi tamamilə yanmışdır. Bu fakt FHN DYNX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Yanğın haqqında Aktla sübut olunur. Birgə nikah dövründə həmin fərdi yaşayış evi iddiaçının atasının vəsaiti hesabına qardaşı tərəfindən tikmişdir. 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı Elxan Süleymanov vəfat etdikdən sonra Elxan Süleymanovun birinci nikahdan olan ailəsi iddiaçını oğlu ilə birlikdə evdən zorla çıxartmışlar. Hal-hazırda Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15/5 saylı fərdi yaşayış evinin və onun ətrafında olan evlərin sökülməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Onlar tərəfindən ərazidə fərdi yaşayış evləri sökülməkdədir. Cavabdeh "xxxx" MMC iddiaçının və övladının həmin fərdi yaşayış evində payının və qeydiyyatda olmasına baxmayaraq, Elxan Süleymanovun birinci nikahdan olan övladları cavabdehlər Cavabdeh1, X6 və X10 ilə iddiaçıdan xəbərsiz müqavilə bağlamışdır. Lakin iddiaçı həmin müqaviləni cavabdeh "xxxx" MMC-dən tələb etsə də, bu günə kimi cavabdehlər arasında bağlanmış müqavilə iddiaçıya təqdim olunmamışdır.
3. Cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi vasitəsilə iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır, belə ki, mərhumun adına heç bir mülkiyyət sənədi yoxdur və olmayıb. Hər hansı mülkiyyət sənədi olsaydı, iddiaçı və onlar vərəsəlik işi açar, vərəsə təyin edilərdilər. Yanğın sənədi əsas deyil, çünki o sənəd istənilən mülkə verilir, hətta onun hüquqi əsası olmasa da, üstəlik mərhumun adına respublika üzrə mülk olmayıb. İddiaçı cavabdehlərdən heç nə tələb edə bilməz və cavabdehlərə düşən paydan da nəsə tələb etməyə haqqı yoxdur. Cavabdehlərə mülk atalarından qalmayıb ki, hələ iddiaçıya da nəsə versinlər. Onlar tikinti şirkəti ilə müqaviləni ona görə bağlamışlar ki, yaşadıqları mülkü özləri tikmişlər, həmin mülkdən illərdir, özləri istifadə edirlər, sahiblənmişlər və ümumiyyətlə, həmin məhəllədə qeydiyyatları var. Amma nə iddiaçı, nə də onun oğlu həmin məhəllədə yaşamamışlar. Həmin ünvan ümumi məhəllənin ünvanıdır, hansısa dəqiq evə aid deyil, düzdür, ya 2, ya da 3 nəfərdə həmin ünvanda çıxarış var (Bəxtiyar bəy və Sima xanım). Lakin 59 saylı MKİS hər kəsə arayış verir, çünki o vaxt hamı, yəni Ermənistan qaçqınları eyni ünvana qeydiyyata salınmışlar. Həsrət də ona görə qeydiyyata düşə bilmişdir ki, mərhum ataları yetkinlik yaşına çatmayan oğlunun şəxsiyyət vəsiqəsini alması üçün “ASAN Xidmət” Mərkəzinə müraciət eləmiş, orada da valideynlərdən biri evin sənədin olmasa da, özü qeydiyyatda olduğu ünvana uşağı qeydiyyata sala bilirmiş. Vərəsəlik üçün vərəsəlik işi olmalıdır, onun üçün isə çıxarış olmalıdır. Şəxs hər hansı evdə qeydiyyatdadırsa, o evin çıxarışı olmalıdır ki, digər şəxs iddiasında konkret hansı evi iddia etdiyini göstərsin. Qədimdən qalma sənəd isə birincisi, aydın deyil, oxunmur. Həmin sənəd ya qeydiyyata düşmək, ya da qanunsuz tikilidən istifadə hüququ barədə sərəncamdır, amma hətta belə sərəncam olsaydı da, həmin sərəncam hər hansı evi özəlləşdirmək üçün əsas vermir. Həm də sərəncamda 1 ünvan yazılıb, amma adam sayı nəfərdir, demək ki, 7 ev olmalıdır, amma 7 ev də 1 ünvanla ola bilməz, ayrı-ayrı ünvanlar olmalıdır. Demək ki, bu sərəncamın bu işə heç bir aidiyyəti yoxdur. Üstəlik o sərəncamda mərhum atasının doğum tarixi 1973-cü il yazılıb, halbuki atası 1971-ci ildə anadan olub. İddiaçı tərəfindən göstərilən misalların, nümunələrin onlara və bu işə aidiyyəti yoxdur. Üstəlik, Yasamal rayonunda qeydiyyatda olan bacısının heç bir aidiyyəti yoxdur. Digər Nəsimi rayonunda qeydiyyatda olan bacısı isə anadangəlmə xəstədir (əqli qüsurlu) və 2-ci dərəcəli əlildir, pensiya alır. Həm də atasının ölüm şəhadətnaməsini o özü şəxsən məhkəməyə ərizə yazaraq, ölüm faktını xüsusi icraat qaydasında təsdiq etdirib, qətnamə əsasında əldə etmişdir. Üstəlik iddiaçı onun atası ilə mərhum hələ sağ olanda boşanmışdır.
5. Məhkəmə araşdırmaları dövründə Cavabdeh1 çoxsaylı eyni məzmunlu digər etirazlar da təqdim etmişdir.
6. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh siyahısından çıxarılması, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, cavabdehlər X3 və X1 cavabdehlər siyahısından çıxarılmaları barədə qərardad qəbul edilməsini; həmçinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2nə əvəzləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15/5 saylı fərdi yaşayış evinin ½ payına münasibətdə İsmayılova (Süleymanova) Aynurə Kamal qızı və yetkinlik yaşına çatmayan X13 ilə, ½ payına münasibətdə isə Cavabdeh1 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə əvəzləşdirmə müqaviləsinin bağlanmasının həvalə edilməsi, Cavabdeh1 ümumilikdə 22.100 manatın tutularaq iddiaçı İsmayılova (Süleymanova) Aynurə Kamal qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Son olaraq xx.xx.2024-cü il tarixdə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2nə əvəzləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15/5 saylı fərdi yaşayış evinin 2/3 payına münasibətdə İsmayılova (Süleymanova) Aynurə Kamal qızı və yetkinlik yaşına çatmayan X13 ilə, 1/3 payına münasibətdə isə Cavabdeh1 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə əvəzləşdirmə müqaviləsinin bağlanmasının həvalə edilməsi, Cavabdeh1 29.172 manatın tutularaq iddiaçı İsmayılova (Süleymanova) Aynurə Kamal qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddiaya münasibət bildirməyərək, heç bir əlavəsinin olmadığını qeyd etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər X10, "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
13. Doğum haqqında AZ-İ seriyalı 463909 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1997ci il təvəllüdlü Cavabdeh1 atası X16, anası X20r.
14. Atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 201520 nömrəli şəhadətnamədən görünür ki, X16 xx.xx.2012-ci il təvəllüdlü X5 atası hesab edilmişdir.
15. Yanğın haqqında xx.xx.2014-cü il tarixli aktdan görünür ki, X11 məxsus ünvan 1 fərdi yaşayış evində xx.xx.2014-cü il tarixdə yanğın baş vermişdir. Saat 20:53 dəqiqədə qonşular yanğını aşkar etmiş, 20:55-də isə YMX-yə məlumat verilmişdir. Yanğın avtomobili hadisə yerinə saat 21:06-da çatmış, saat 21:40-da tam söndürülmüşdür. Yanğın nəticəsində X11 məxsus bir otaqdan və dəhlizdən ibarət fərdi yaşayış evi 15 m2 sahədə ev əşyaları və bir çox sənədlərlə birlikdə yanmışdır.
16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanda yerləşən X11 məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş və nəticədə onlara məxsus şəxsiyyət vəsiqəsi yanaraq məhv olmuşdur (digər sənədlərin yanması ilə bağlı arayışlar da iş materiallarında vardır).
17. Nəsimi rayon MKTB 59 saylı MKİS tərəfindən xx.xx.2015-ci, xx.xx.2017-ci, xx.xx.2023cü, xx.xx.2024-cü il tarixlərdə verilmiş arayışlardan görünür ki, X16 ünvan 1 fərdi yaşayış evində qeydiyyatdadır. Həyat yoldaşı İddiaçı qonşuların aktına əsasən həmin evdə qeydiyyatsız yaşayır. Mənzildə yanğın olan zaman Aynurənin şəxsiyyət vəsiqəsi yanmışdır. X13 həmin evdə qeydiyyatdadır.
18. Nikahın pozulması haqqında AZ-İ seriyalı 328584 nömrəli şəhadətnamədən görünür ki, X16 ilə X4 nikahı ləğv edilmiş, bu barədə müvafiq kitabda xx.xx.2019-cu ildə 303 № ilə qeyd edilmişdir.
19. Ölüm haqqında AZ-İİ seriyalı, 242805 nömrəli şəhadətnamədən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
20. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X16 ilə X7 nikahı haqqında xx.xx.2013-cü il tarixdə 229 №-li akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir.
21. Cavabdeh1 ilə sonradan "xxxx" adlandırılacaq Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsindəki 15/5 saylı mənzilini sökülmək üçün "xxxx"-ya təhvil verməyi, "xxxx" isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında bu müqavilənin 6.2.1-ci maddəsində göstərilən təmirsiz mənzili ona təhvil verməyi öhdəsinə götürür (2.1-ci bənd). Sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin xüsusiyyətləri: hüquqmüəyyənedici sənədin adı – qərar (reşenie), № 82, 1989-cu il, yaşayış sahəsinin ümumi faktiki ölçüsü – 71,83 m2 (çöldən çölə) (6.1.1-ci bənd). Sərəncama əsasən yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında Cavabdeh1 sahib olduğu yaşayış sahəsinin faktiki ümumi ölçüsündən 20 % daha böyük ölçüdə olan təmirsiz mənzil "xxxx" tərəfindən Cavabdeh1 təhvil verilir (6.2-ci bənd). "xxxx" tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri: 12 mərtəbəli bina, 106,5 m2 (mərtəbə 5/№81) təmirsiz mənil, B bloku, 5-ci mərtəbə (6.2.1-ci bənd). Cavabdeh1 yaşayış sahəsinin təmirinə çəkilən xərc hesablanaraq (25.000 manat) xx.xx.2024-cü il tarixədək onun hesabına köçürüləcəkdir. Müqaviləyə əsasən veriləcək sahənin təmiri Cavabdeh1 tərəfindən həyata keçiriləcəkdir (6.2.3-cü bənd). Cavabdeh1 yaşayış sahəsini "xxxx"-ya təhvil verdiyi tarixdən mənzilin inşası başa çatdırılaraq ona təhvil verilənə qədər onun müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün veriləcək 800 manat kompensasiya məbləği 24 ay üçün hesablanaraq (19.200 manat) birdəfəlik xx.xx.2024-cü il tarixədək onun hesabına köçürüləcəkdir, lakin yaşayış binasının inşa edilməsi 24 ayı keçərsə, növbəti aylar üçün aylıq kirayə haqqı 800 manat olaraq hesablanaraq, onun hesabına köçürüləcəkdir. Yaşayış binası nəzərdə tutulmuş 24 ay ərzindən daha az müddətə inşa olunarsa, Cavabdeh1 24 ay üçün hesablanaraq (19.200 manat) birdəfəlik ödənilmiş kompensasiyanın qalıq məbləği "xxxx"-ya geri qaytarılacaqdır (6.3-cü bənd).
22. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, mübahisə predmeti olan evə dair cavabdehlərlə MMC arasında bağlanmış müqavilənin verilməsini xahiş etmişdir.
23. xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsinə görə cəmi 178 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda dövlət qeydiyyatına alınmış 2 ədəd fərdi yaşayış evi mövcuddur. Lakin sorğuda adı qeyd edilən şəxslərlə bağlılığı olan ev ilə əlaqədar məlumat aşkar edilməmişdir.
25. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən fərdi yaşayış evlərinin sökülərək yerində yaşayış binalarının tikilməsi "xxxx" MMC tərəfindən aparılmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 328 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə torpaq sahəsi icarə əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir.
26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ümumi sahəsi 71,30 m2, yaşayış sahəsi 54,70 m2 olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi X12, ½ hissəsi isə X17 adlarına qeydiyyata alınmışdır. Ümumi sahəsi 27,20 m2, yaşayış sahəsi 16,80 m2 olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X14 adına qeydiyyata alınmışdır (məktuba çıxarışlar və digər sənədlər əlavə edilmişdir).
27. İş materiallarına, həmçinin, “+99***-***-**-**” nömrəsi ilə “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların ekran görüntüsü, fotoşəkillər, Süleymanov Elxan tərəfindən Süleymanova Aynurəyə verilmiş etibarnamə, tibbi sənədlər, videoyazıların olduğu 2 ədəd disk əlavə edilmişdir.
28. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, fəhlədir. İddiaçı onun mərhum əmisinin arvadı olub, cavabdeh Rahib isə əmisi oğludur. Mübahisəli əmlak yanandan sonra iddiaçının qardaşları və Bəhmən əmisi maddi kömək etmiş, özü isə təmənnasız olaraq evin bərpasına kömək etmişlər. Evin yanması nəticəsində divar daşları da yararsız hala düşmüşdür. Bilir ki, iddiaçı boşanandan sonra həmin evdən gedib. İddiaçının döyüldüyünü də eşidib, lakin gözü ilə görməyib.
29. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Süleymanov Bəhmən ifadəsində bildirmişdir ki, iddiaçı onun mərhum qardaşının həyat yoldaşı olub, cavabdeh Rahib isə qardaşının oğludur. Rahibin anası qardaşını atıb gedəndən sonra qardaşı iddiaçı ilə ailə qurmuşdur. Mübahisəli ev onların ata yurdu olub, evin yanmasının canlı şahidi olmasa da, yanğından sonra evin tam məhv olduğunu, yalnız daşların qaldığını bilir. Evin təmir edilməsinə iddiaçının atası və qardaşı ilə birlikdə o da kömək etmiş, evin bütün təmir pulunu iddiaçının atası vermişdir.
30. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, iddiaçı onun mərhum qardaşının həyat yoldaşı olub, cavabdeh Rahib isə qardaşının oğludur. Mübahisəli evi atası almış, ailəvi orada yaşamışlar. Ev yanıb tam məhv olmuş, iddiaçının qardaşları, atası və öz qardaşı Bəhmən təmirə kömək etmişdir. Onun cavabdeh Rahiblə heç bir problemi yoxdur, lakin onun fikrincə Rahibgil onun qardaşını döyüb öldürmüşlər.
31. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır, əvvəllər qonşu olmuşlar. Belə ki, o da Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yaşamışdır. Cavabdeh Rahibin anası döyülür deyə çıxıb getmişdi, mərhum Elxan içki içən olmuşdur. İddiaçı ilə Rahib arasında isə münaqişə yaşandığını görməmişdir. Mərhumun atasından qalan evdə 10 il olar ki, yanğın baş vermişdir, yanğından sonra mərhum özü evi təmir etdirmiş, iddiaçının qardaşı isə gəlib kömək etmişdir.
32. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, iddiaçı ilə Rahibi tanıyır, onun evi ilə onların yaşadığı ev üzbəüz olmuşdur. O özü 1991-ci ildə üzbəüz evə köçmüş, həmin vaxt mərhum ana-atası ilə birgə mübahisəli evdə yaşayırmışlar. Sonradan Rahibin anası gəlin gəlmiş, uşaqlar dünyaya gəlmişdir. Daha sonra isə Rahibin anası ilə mərhum ayrılmış, Rahibin anası həmin evdən getmişdir. İddiaçının isə nə vaxt həmin evə köçdüyünü bilmir, lakin 2019-cu ildə Türkiyədən qayıdanda iddiaçının o evdə yaşadığını görmüşdür. Ev mərhumun ata yurdu olmuş, mərhum özü evi təmir etdirmişdir. Həmin evdə Rahibin iddiaçını döyməsinə şahid olmamışdır.
33. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, iddiaçı ilə və Rahiblə qonşu olmuşdur. Mübahisəli ev yanan zaman mərhumla iddiaçı həmin evdə yaşamış, evin yenidən təmirini mərhum etdirmiş, lakin 2-ci mərtəbəni Rahib özü tikmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
34. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə X8 birgə münasibətlərindən xx.xx.2012ci il tarixdə Süleymanov Həsrət anadan olmuş, bundan sonra xx.xx.2013-cü il tarixdə iddiaçı ilə Süleymanov Elxan nikaha daxil olmuşlar.
35. Cavabdeh1, üçüncü şəxslər Süleymanova Rəqsanə ilə Süleymanova Əfsanə isə X9 Aynurədən əvvəlki, birinci nikahından olan övladlarıdır. Belə ki, Süleymanov Elxan birinci nikahı pozulandan sonra iddiaçı ilə ailə qurmuşdur.
36. İddiaçı Süleymanov Elxanla ailə qurandan sonra (rəsmi nikahdan əvvəl, 2011-ci ildə faktiki münasibətlərə daxil olan andan) Elxanın atası tərəfindən alındığı və ondan Elxana qaldığı bildirilən ünvan 1 fərdi yaşayış evində yaşamağa başlamışlar. İddiaçı Cavabdeh1 də həmin evdə onlarla yaşadığını bildirmişdir. Həmin fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmaması, yəni özbaşına tikili olması iş materialları və tərəflərin izahatları ilə təsdiq olunaraq hazırkı işin mübahisəsiz halını təşkil edir.
37. İş materiallarında olan sübutlar və tərəflərin izahatları, o cümlədən şahid ifadələri ilə təsdiq olunur ki, xx.xx.2014-cü il tarixdə həmin evdə yanğın baş vermiş, yanğın nəticəsində iddiaçıya, onun oğluna və Süleymanov Elxana məxsus bir çox sənədlər yanmışdır.
38. Yanğın nəticəsində ev tamamilə məhv olmasa da, evin təmir edilərək yenidən bərpa edilməsi zərurəti meydana gəlmişdir. İddiaçı qardaşlarının köməyi ilə evi təmir etdiyini, yenidən tikdiyini iddia etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 iddiaçının qardaşlarının evin təmirinə kömək etdiklərini inkar etməmiş (sonradan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə iddiaçının qardaşlarının sadəcə fiziki köməyi olduğunu, maddi dəstəklərinin olmadığını bildirərək, öz dediklərini dansa da, həmin məhkəmə iclasında cavabdeh bu faktı etiraf etmişdir), lakin evin təmirinə əmilərinin də dəstəyi olduğunu iddia etmişdir. Bir çox şahidlərin ifadələri ilə iddiaçının qardaşlarının və Cavabdeh1 əmisi Süleymanov Bəhmənin evin təmirinə maddi dəstəyi olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfin vəsatətinə əsasən dindirilmiş şahidlərlə yanaşı, cavabdehin vəsatətinə əsasən şahid qismində dindirilmiş X19 da iddiaçının qardaşlarının evin yenidən qurulmasında köməyi olduğunu gördüyünü bildirmişdir. Deməli, iddiaçı Süleymanov Elxanla birgə nikahda olub, birgə təsərrüfat apardığı dövrdə hər iki tərəfin ailəsinin maddi və fiziki dəstəyi ilə mübahisə predmeti olan fərdi yaşayış evi təmir edilərək yaşayış üçün yararlı vəziyyətə salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının 5.7-ci bəndində ifadə olunmuş hüquqi mövqeyə əsasən, məhkəmə hər iki tərəfin ailəsinin mənzilin yaxşılaşdırılması üçün etdiklərini bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirir. Burada, həmçinin, şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı işin faktiki hallarının təsdiq olunmasında şahid ifadələrinin də rolu olmuş, onların ifadələrində mötəbər hesab oluna bilməyən bir hal aşkar edilməmişdir. Belə ki, onların gözləri ilə gördüklərini, birbaşa şahidi olduqlarını məhkəməyə bildirmələri, bilmədikləri və görmədikləri ilə bağlı isə “belə bir şey olmayıb” deyərək inkar etmək əvəzinə “görməmişəm”, “bilmirəm” demələri şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməyə məhkəməyə əsas vermişdir.
39. İddiaçı ilə Süleymanov Elxanın nikahı 2019-cu ildə pozulmuş, iddiaçı nikah pozulandan sonra həmin evdən çıxdığını, lakin arada gəlib-getdiyini bildirmişdir.
40. 2021-ci ildə isə Süleymanov Elxan vəfat etmiş, iddiaçı bundan sonra Cavabdeh1lə ailəsinin onu döyərək həmin evdən qovduğunu, bununla bağlı polisə müraciət etdiyini bildirir.
41. xx.xx.2024-cü ildə Cavabdeh1 həmin evlə bağlı digər Cavabdeh2 MMC ilə 81 nömrəli əvəzləşmə müqaviləsi bağlayaraq, evi sökülmək üçün MMC-yə verməyi, MMC isə inşa ediləcək 12 mərtəbəli binanın B blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 106,5 m2 olan təmirsiz mənzili ona verməyi öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən, MMC, həmçinin, Cavabdeh1 təmir üçün 25.000 manat və hər ay 800 manat hesablanmaqla, 24 ay üçün 19.200 manat kirayə haqqını kompensasiya kimi ona vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 özü cəmi 44.200 manat məbləğində kompensasiyanı MMC-dən kirayə və təmir üçün aldığını bildirmişdir.
42. Həmçinin, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 bu məsələ ortaya çıxanda iddiaçıya 7.500 manat təklif elədiyini, lakin onun razı olmadığını bildirmiş, bu təklifi iddiaçının pay hüququ olduğuna görə deyil, halallıq olsun deyə etdiyini vurğulamışdır.
43. Əlavə olaraq qeyd edilməlidir ki, müqavilədə Cavabdeh2 MMC-nin sonradan "xxxx" adlanması göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, mübahisə predmeti olan evin yerləşdiyi N.Yusifbəyli küçəsi (digər müvafiq küçələrlə birlikdə) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 328 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən, mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında "xxxx" MMC-yə deyil, Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir.
44. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024cü il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2nə əvəzləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15/5 saylı fərdi yaşayış evinin 2/3 payına münasibətdə İsmayılova (Süleymanova) Aynurə Kamal qızı və yetkinlik yaşına çatmayan X13 ilə, 1/3 payına münasibətdə isə Cavabdeh1 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə əvəzləşdirmə müqaviləsinin bağlanmasının həvalə edilməsi, Cavabdeh1 29.172 manatın tutularaq iddiaçı İsmayılova (Süleymanova) Aynurə Kamal qızına ödənilməsi barədə qətnamə çıxarılmasını; Cavabdeh1 isə iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq müqavilənin etibarsızlığını mübahisələndirdiyindən, habelə əqdə əsaslanan iddialarda ilk öncə həmin əqdin etibarlı olubolmamasına hüquqi qiymət verilməli olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, hazırkı mübahisənin qanunauyğun həlli üçün ilk öncə mübahisələndirilən müqavilənin etibarlı olub-olmaması müəyyən edilməlidir. Çünki hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
46. Məhkəmə hesab edir ki, cavabdehlər arasında bağlanmış, iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilən müqavilə dəyişdirmə və podrat müqavilələrinin ünsürlərini özündə ehtiva edən qarışıq müqavilədir. Müqavilənin subyekt tərkibi özbaşına tikili olan evin həmin andakı faktiki sahibi – Cavabdeh1 və evin yerləşdiyi ərazidə söküntü-tikinti işləri aparmağa dair müvafiq sərəncamın verildiyi, buna səlahiyyətli olan Cavabdeh2 MMC olmuşdur. Müqavilə tərəflərinin iradə vahidliyi mövcud olduğuna görə, onların iradə ifadəsi bağladıqları müqavilədə aydın şəkildə əks olunmuş, bağlanmış müqavilə isə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmuna uyğun olmuşdur.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir.
48. İddia tələbinin “Cavabdeh2nə əvəzləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15/5 saylı fərdi yaşayış evinin 2/3 payına münasibətdə İsmayılova (Süleymanova) Aynurə Kamal qızı və yetkinlik yaşına çatmayan X13 ilə, 1/3 payına münasibətdə isə Cavabdeh1 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə əvəzləşdirmə müqaviləsinin bağlanmasının həvalə edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu, yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddianı rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
49. Məhkəmə vurğulamağı zəruri sayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia tələbinin bir neçə hissəyə bölünməsi onun rədd olunması üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM, maddə 14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
50. Beləliklə, hazırkı iş üzrə iddiaçının bu tələbi irəli sürməkdə əsl niyyətinin mübahisəli fərdi yaşayış evinə dair cavabdehlər arasında bağlanmış müqavilə əsasında Cavabdeh1 əldə etdiyinin 2/3 hissəsinin özünə və uşağına məxsus olması səbəbindən ona verilmək olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Həm buna görə, həm də mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsinə əsas olan heç bir hal müəyyən edilmədiyindən, yəni mübahisəli evə dair artıq etibarlı müqavilə mövcud olduğundan, tələbin bu hissəsinin mübahisəli evə dair cavabdehlər arasında bağlanmış xx.xx.2024cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsindən əmələ gəlmiş hüquqa iddiaçının İddiaçı müəyyən hissədə payının müəyyən edilməsi formasında təmin edilməsi prosessual qənaət prinsipinə müvafiq hesab olunur. Belə ki, iddiaçının iddia tələbini irəli sürdüyü formada tələbin təmin edilməsi məhz məhkəmənin MMC-ni iddiaçı ilə müqavilə bağlamağa məcbur etmək olacaqdır ki, bu da mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə ziddir.
51. İddiaçının tələbi irəli sürməkdə əsl niyyətinin müəyyən edilməsi məhkəməyə əsas verir ki, onun və uşağının mübahisəli evə dair hər hansı hüququnun mövcud olub-olmadığını müəyyən etməklə evin əvəzləşdirilməsi nəticəsində Cavabdeh1 əldə etdiklərində iddiaçının da ədalətli payını müəyyən etmək mümkün olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan evin özbaşına tikili olmasının işin mübahisəsiz halını təşkil etməsi artıq əvvəlki bəndlərdə qeyd edilmişdir. Analoji işlər üzrə həm mülki dövriyyədə formalaşmış qaydalar, həm də formalaşmış məhkəmə təcrübəsinə görə dövlət reyestrində qeydiyyata alınmayan, özbaşına tikili ilə bağlı əvəzləşdirmə müqavilələrinin bağlanması və müqavilələrin təfsiri zamanı onlara da dövlət reyestrində qeydə alınan daşınmaz əmlaklarla eyni yanaşılır və belə işlər üzrə mülki qanunvericiliyə əsasən analogiya tətbiq edilir. Çünki özbaşına tikili olmasına baxmayaraq, həmin evi inşa edən, təmir edən və ya evdə faktiki olaraq yaşayan şəxslərin evə gözlənilən (potensial) mülkiyyət hüququ olur.
52. İddiaçı nikahları pozulduqdan (2019-cu il) sonra arabir evə gedib-gəldiyini, Süleymanov Elxan öləndən sonra (2021-ci il) isə evə gedəndə Cavabdeh1gilin onu evə qoymadığını, döyüb qovduqlarını bildirdiyindən və evlə bağlı bağlanmış müqaviləni müvafiq MMC-dən rəsmi qaydada tələb edib, bundan sonra hazırkı tələbi irəli sürdüyündən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evlə əlaqəsini kəsmək fikrində olmamış, həmin evə özünün və uşağının Cavabdeh1lə eyni səviyyədə mövcud olan və gözlənilən hüquqlarını bərpa etməyə çalışmışdır. Bütün bu hallarla yanaşı, Cavabdeh1 atası ilə nikahda olduğu və birgə təsərrüfat apardığı dövrdə evin yanması və nikahları pozulanadək onların evi təmir edərək yaşayış üçün yararlı vəziyyətə gətirib evdə yaşamağa davam etmələri onu deməyə əsas verir ki, evin yanğından sonrakı – yaşayış üçün yararsız vəziyyətdə deyil, MMC-yə təhvil verilmiş vəziyyətdə olmasında iddiaçının da əməyi olmuşdur. Elə Cavabdeh1 mənzillə bağlı MMC ilə müqavilə bağlamaq barədə danışıqları aparmağa başladığı vaxt iddiaçıya “halallıq olsun deyə” müəyyən məbləğdə kompensasiya təklif etməsi də ona dəlalət edir ki, Cavabdeh1 də iddiaçının evin yenidən ərsəyə gəlməsində olan əməyinin, ögey qardaşının da onun kimi, mərhum atalarına məxsus olmuş evdə onunla bərabər, gözlənilən mülkiyyət hüququnun olmasını dolayısı ilə etiraf edir.
53. Ev yandıqdan sonra iddiaçı ilə Süleymanov Elxanın birgə nikahda olub, birgə təsərrüfat apardıqları vaxtda onların nikahları dövründə əsaslı təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətirilməsi faktını xüsusilə vurğulayaraq, evin faktiki sahibi olmuş mərhum Süleymanov Elxanın 4 uşağının olmasını və yuxarıda göstərilən bütün digər faktiki halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ünvan 1 fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsindən əmələ gəlmiş hüquqa İddiaçı ¼ hissədə payı müəyyən edilməli, qalan hissədə tələb təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı mövqe məhz ədalətin bərqərar olması baxımından xüsusi əhəmiyyət kəsb edir.
54. İddia tələbinin “Cavabdeh1 29.172 manatın tutularaq iddiaçı İsmayılova (Süleymanova) Aynurə Kamal qızına ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən əsaslara görə müqavilədən əmələ gəlmiş hüquqa iddiaçının ¼ hissədə payının müəyyən edilməsi məqsədə müvafiq sayıldığından, tələbin bu hissəsi də qismən təmin edilməlidir. Belə ki, müqavilə əsasında Cavabdeh1 təmir və kirayə pulu üçün kompensasiya kimi verildiyi mübahisəsiz olan 44.200 manat pulun ¼ hissəsi, yəni 11.050 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, tələb qalan hissədə təmin edilməməlidir.
55. Onu da qeyd etmək zəruridir ki, hazırkı iş üzrə tərəflər ər-arvad olmasa da mübahisənin obyektiv və ədalətli həlli baxımından yayayış sahəsinin və pul vəsaitinin üzərində hüquqlarının tanınması tələbi ilə bağlı analogiya olaraq, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının 4.15-ci bəndinin tələbləri də əhəmiyyət kəsb edir. Belə ki, qeyd olunan bənddə göstərilir ki, birgə nikah dövründə ərarvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
56. Hazırkı işdə də çoxmənzilli yaşayış binasında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzilə dair bağlanmış müqavilə həmin sahəyə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirdiyindən iddiaçının da həmin müqavilə əsasında veriləcək mənzilə və əldə edilən pul vəsaiti üzərində hüquqlara payının müəyyən edilməsi ilə mübahisənin həll edilməsi qanuna müvafiq olmaqla yanaşı, ədalətlidir.
57. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda, mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
58. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
59. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddə. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 14.3-cü maddə. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 27.1-27.2. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.2-ci maddə. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 324.5-ci maddə. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddə. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 425.1-425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 404.1-404.2-ci maddə. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1-560.2-ci maddə. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddə. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növü kimi təsbit edilmişdir. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 752.1-752.2. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
61. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarı: İllərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
63. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
66. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
67. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
68. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, ünvan 1 fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsindən əmələ gəlmiş hüquqa İddiaçı ¼ hissədə payı müəyyən edilməli, ünvan 1 fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsinə əsasən, təmir və kirayə haqqı üçün kompensasiya kimi ödənilmiş 44.200 (qırx dörd min iki yüz) manat pulun ¼ hissəsi – 11.050 (on bir min əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
69. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 68 (altmış səkkiz) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı verilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə:
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 1 fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024 cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsindən əmələ gəlmiş hüquqa İddiaçı ¼ hissədə payı müəyyən edilsin. ünvan 1 fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixli, 81 nömrəli əvəzləşmə müqaviləsinə əsasən, təmir və kirayə haqqı üçün kompensasiya kimi ödənilmiş 44.200 (qırx dörd min iki yüz) manat pulun ¼ hissəsi– 11.050 (on bir min əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 68 (altmış səkkiz) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı verilsin, qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova