Məhkəmə qərarları › İş №2(102)-2027/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2027/2024

21.06.2024 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2027/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sabri oğlunun Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoru cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı mübahisələr, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Sabri oğlunun Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsinin 5 saylı Ərazi İdarəsinə, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoru cəlb edilməklə) qarşı “çıxarışların və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının “16” noyabr 2023-cü il tarixli 2(105)- 1956/2023 saylı qətnaməsindən İddiaçı Sabri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar şəhəri, H.Əliyev küçəsindəki 87 saylı ev İddiaçı atası Babayev Səbri Abdulməcid oğluna məxsus olmuşdur. 22 oktyabr 1947-ci ildə həmin evə dair ilk texniki pasport, 1983-cü ilin noyabr ayında isə ikinci texniki pasport tərtib edilmişdir.

2. İddiaçının atası Babayev Səbri Abdulməcid oğlu 1 avqust 2003-cü il tarixdə, anası X5 isə 24 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Evin ümumi sahəsi 177,2 kv.m., yaşayış sahəsi 78,4 kv.m olan 87 saylı ev 2 mərtəbəli olmaqla 6 otaqdan ibarət olmuşdur. Həmin evin yerləşdiyi ümumi torpaq sahəsi isə 600 kv.m-dən ibarət olmuşdur.

3. Qusar Rayon Məhkəməsinin 2(029)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X6 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X2 xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır.

4. Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi xüsusi müikiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır.

5. Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0.06 hektar həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik yolu ilə X1 Cavabdeh1 verilmişdir.

6. Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnam əsi ilə mərhum Babayev Səbri Abdulməcid oğlunun miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev kücəsindəki 87 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.060 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi iddiaci İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlaklara dair onun vərəsəlik hüququ tanınmışdır.

7. Qusar rayon Notariat Kontoru tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış 02 iyun 2017-ci il tarixli, X-234 saylı məktubda qeyd olunmuşdur ki, həmin notariat kontoruna xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlunun ölümündən sonra miras qalmış Qusar şəhəri, H.Əliyev 87 (T.İsmayılov) ünvanında yerləşən torpaq sahə sinə və fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ucun İddiaçı müraciəti daxil olmuş, lakin ərizəçi həmin ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün olmamışdır. Ona görə də həmin idarədən xahiş olunmuşdur ki, vərəsəlik işinin həlli ilə əlaqədar notariat kontoruna təqdim etmək üçün mülkiyyət hüququnun vəfat etmiş şəxsə aid olması barədə çıxarış verilsin.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1858/2018 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsi qətnamə ilə maraqlarına toxunulan ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)240/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir.

9. Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 16 fevral 2018-ci il tarixli X-89 saylı məktubda qeyd olunmudşur ki, Babayev Səbri Abdulməcid oğluna məxsus Qusar şəhəri, H.Əliyev prospekti, 87 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. (Axtarış 2007-ci ildən 2018-ci ilədək aparılmışdır). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin həmin çıxarışa əsasən Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnaməyə əsasən həmin şəxsin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhəri, H.Əliyev küçəsindəki 87 saylı ev onun atası Babayev Səbri Abdulməcid oğluna məxsus olmuşdur. 22 oktyabr 1947ci ildə həmin evə dair ilk texniki pasport, 1983-cü ilin noyabr ayında isə ikinci texniki pasport tərtib edilmişdir. Atası Babayev Səbri Abdulməcid oğlu 01 avqust 2003-cü il tarixdə, ana sı X5 isə 24 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Atası Babayev Səbri Abdulməcid oğluna məxsus olmuş ümumi sahəsi 177,2 kv.m., yaşayış sahəsi 78,4 kv.m olan 87 saylı ev 2 mərtəbəli olmaqla 6 otaqdan ibarətdir. Həmin evin yerləşdiyi ümumi torpaq sahəsi isə 600 kv.m-dən ibarətdir. Atası vəfat edərkən vəsiyyətnamə qoymamış, buna baxmayaraq atasından qalmış miras əmlakı o idarə etmiş, bununla da qanunvericiliyə uygun olaraq miras əmlakı qəbul etmişdir. Qusar Rayon Məhkəməsinin icraatında onun qardaşı X2 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik huququnun tanınması tələbinə dair iddiası uzrə mülki iş olmuş və Qusar Rayon Məhkəməsinin 16 may 2014-cu il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X2 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğl undan qalmış mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış, 01 iyun 2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. O, Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş və Azərbaycan Respublikasi Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2016-ci il tarixli, 2(102)2297/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Həmin işə məhkəmədə baxılarkən X7 vəfat etmiş və məhkəmə tərəfindən onun oglu Cavabdeh1 hüquqi varisi kimi tanınmışdır. Bundan sonra o, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan vərəsə kimi özünə çatası payını tələb etmişdir. Bu məqsədlə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar Rayon Məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin Q usar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artıq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oglu Cavabdeh1 adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Halbuki həmin qətnamə yalnız Abdulməcid Babayevin mirasin qəbul edilməsi müddətini uzadaraq onun vərəsəlik hüququnu tanımışdır. Lakin həmin qətnamə ilə vərəsəlik müəyyən olunmaqla vərəsəlik qaydasinda həmin şəxsin mulkiyyətinə verilməmişdir. Həmin qətnamə əsasında Notariat Kontoru tərəfindən də Abdulməcid Babayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, vərəsəlik müəyyən olunmamışdr. Buna baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri X idmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən birbaşa Abdulməcid Babayevin adına çıxarış verilmişdir. Bundan başqa mərhum atası Səbri Babayevin adına torpaq sahəsinə dair mülkiyyət sənədi olmamşdır. Həmcinin Qusar Rayon Məhkəməsi tərəfindən yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Abdulməcid Babayevin vərəsəlik hüququ tanınmışdır. Buna baxmayaraq ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı ərazi İdarəsi tərəfindən həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair Abdulməcid Babayevin adına çıxarış verilmişdir. Bununla da cıxarış tam qanunsuz verilmiş, nəticədə isə onun həmin əmlaklara dair vərəslik hüququ pozulmudur. Beləliklə o, hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X2 adına ver ilmiş Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən cıxarış qanunsuz və əsassız oldugundan və onun qanuni mənafeyini, yəni vərəsəlik huququnu pozduğundan həmin cıxarış etibarsız hesab edilməlidir. Bundan başqa həmin çıxarış əsasında Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 oglunun adına verilmiş vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarış da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş edir.

12. Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsi ilə (hakim Rafiq Kazımov) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X2 adına verilmiş seriya RX ** ***** saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Qusar Rayon Məhkəməsinin icraatında onun qardaşı X2 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki iş olmuş və məhkəmənin 16 may 2014-cü il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək, X2 01 iyun 2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış, 01 iyun 2003-cu il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı mərhum atası Səbri Babayevin qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan vərəsə kimi özünə çatası payını tələb etmiş, bu məqsədlə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar Rayon Məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin Qusar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artiq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oğlu Cavabdeh1 adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Halbuki həmin qətnamə yalniz Abdulməcid Babayevin mirasın qəbul edilməsi müddətini uzadaraq onun vərəsəlik huququnu tanımışdır. Lakin həmin qətnamə ilə vərəsəlik müəyyən olunmaqla vərəsəlik qaydasında həmin şəxsin mülkiyyətinə verilməmişdir. Həmin qətnamə əsasında Notariat Kontoru tərəfindən də Abdulməcid Babayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, vərəsəlik müəyyən olunmamışdır. Bundan başqa İddiaçı müraciətinə əsasən Qusar rayon Notariat Kontoru tərəfindən ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünmüşdür ki, mərhum Səbri Babayevin adına tam olaraq mülkiyyət sənədi olmadığından həmin əmlakların Səbri Babayevə aid olmasi barədə çıxarış verilməsi xahiş olunmuşdur. Bu isə təsdiq etmişdir ki, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi Abdulməcid Babayevin adına Notariat Kontoru tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən birbaşa çıxarış verilmişdir. Bundan başqa iddiaçının mərhum atası Səbri Babayevin adına torpaq sahəsinə dair mülkiyyət sənədi olmamışdır. Həmçinin Qusar Rayon Məhkəməsi tərəfindən yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Abdulməcid Babayevin vərəsəlik huququ tanınmışdır. Buna baxmayaraq ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair Abdulməcid Babayevin adına çıxarış ver ilmişdir. Bununla da çıxarış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla verilmiş, nəticədə isə iddiaçının həmin əmlaklara dair vərəsəlik hüququ pozulmuşdur.

14. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 139.1, 139.3, 140, 149.2, 1151.1, 1159.1, 1159.1.1, 1162, 1243.1, 1321.1-ci maddələrinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İş üzrə Cavabdeh1 və Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dai r qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ildə X7 bütün digər vərəsələrə qarşı məhkəmədə iddia qaldırmış, Qusar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə X2 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış və miras əmlaka X2 vərəsəlik hüququ tanınmışdır. Qusar Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı X7 vəfat etmiş və onun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra Qusar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 X2 hüquqi varisi kimi tanınmış və işə mahiyyəti üzrə baxılmağa başlanılm ışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)105/2015 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Qusar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bu qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(102)-2297/2016 saylı qərarı ilə şikayət təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmə öz qərarının 3-cü səhifəsinin 8 və 9-cu abzaslarında digər vərəsələrin miras əmlakdakı payları ilə bağlı məsələyə aşağıdakı hüquqi mövqeyini qeyd etmişdir: “Kassasiya məhkəməsi qeyd edir ki, digər vərəsələr mirası qəbul etmədiklərindən, onların mirasdan pay tələbi istisna olunur. Mirasın bölgüsü onu qəbul etm iş vərəsələr arasında mümkündür. Vərəsələrdən miras evi ancaq iddiaçı qəbul etdiyindən, digər vərəsələrin mirasdan pay tələbi istisna olunur.” Bildirir ki, bu məhkəmə mübahisəsində digər vərəsələrdən biri də hazırki iş üzrə İddiaçı olmuş və Ali Məhkəmə onun mirasdan pay tələbini istisna etmişdir. Qusar Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilmiş, X2 hüquqi varisi Cavabdeh1 adına ünvan 2-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da mübahisə öz qanuni həllini tapmışdır. 2018-ci ildə Cavabdeh1 heç bir məhdudiyyət və problem olmadan anası Maraqlı şəxs ilə bağışlama müqaviləsi bağlamış və daşınmaz əmlak xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Maraqlı şəxs adına sənədləşd irilmişdir. Buna baxmayaraq İddiaçı 2017-ci ildə Cavabdeh1 qarşı iddia qaldıraraq ünvan 2 və həmin evin yerləşdiyi 0,065 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilmə müddətinin uzadılmasını və həmin əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsi ilə İddiaçı ünvan 2 və həmin evin yerləşdiyi 0,065 ha həyətyanı torpaq sahəsinə dair miras əmlakı qəbul etmə müddəti uzadılmış və onun həmin əmlaka dair vərəsəlik hüququ tanınmışdır. Məhkəmə kobud pozuntuya yol vermiş, bu mübahisə ilə bağlı üç instantiya məhkəməsinin qüvvədə qərarı olduğu halda, eyni mübahisə üzrə yeni qətnamə qəbul etmişdir. Həmin qətnamədən görsənir ki, İddiaçı öz əleyhinə olan 2014-2016-cı illərdə çıxarılmış məhkəmə qərarlar ını məhkəməyə təqdim etməmiş və nəticədə qanunsuz qətnamə çıxarılmışdır. Lakin bu iş üzrə həmin məhkəmədə əvvəllər də qətnamə qəbul olunmasını araşdırmaq məhkəmənin vəzifəsi idi. Çox təəssüf ki, Cavabdeh1 bu məhkəmə prosesindən xəbəri olmamış, nə məhkəmə tərəfindən, nə də Qusar şəhərindəki poçt xidmətindən ona heç bir məlumat verilməmişdir. Sonradan bu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədən Cavabdeh1 xəbərdar olmuş və belə bir məhkəmə prosesi haqqında məlumat əldə etmişdir. Belə ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsindən ƏMDK-nin DƏDRX-nin 5 saylı əraz idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 1858/2018 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir (həmin qətnamə əlavə olunur). Sumqayıt Apellyasiya Məhkəməsi Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarına istinad etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmədiyi üçün və artıq İddiaçı atasından qalan miras əmlakı qəbul etməməsi barədə preyudisial əhəmiyyətli sübut olduğu üçün onun iddiasını rədd etmişdir. Hazırda mübahisələndirilən Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(029)292/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı növbəti dəfə yenə əsassız iddia qaldırmışdır. O iddiada Cavabdeh1 adına olan dövlət reyestrindən çıxarışın və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmiş, iddiasına sübut olar aq sonradan ləğv olunmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)240/2017 saylı qətnaməsini əlavə etmişdir. Məhkəmə isə həmin ləğv olunmuş qətnaməyə sübut kimi istinad etmiş, İddiaçı vərəsəlik hüququnun olması barədə həmin məhkəmə qətnaməsinə əsaslanaraq onun iddiasını təmin etmişdir. İddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin sonradan ləğv olunmasını məqsədli şəkildə gizlətmişdir. Qeyd edilən preyudisial əhəmiyyətli sübutlara əsasən İddiaçı hazırki iddiası əsassızdır. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyinə və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 2 və həmin evin yerləşdiyi 0,065 ha həyətyanı torpaq sahəsi ilə bağlı heç bir vərəsəlik hüququ yoxdur və təbii ki, be lə olan halda onun hazırkı iddia tələbinin də heç bir hüquqi əsası ola bilməz. Sadalanan hallar qətnamənin ləğv olunması və iddianın rədd olunması üçün birbaşa əsasdır.

17. Maraqlı şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə Maraqlı şəxs birbaşa maraq və mənafeyinə toxunur. Belə ki, Maraqlı şəxs əvvəlki mülkiyyətçinin çıxarışının etibarsız hesab olunması, mexaniki olaraq onun adına olan çıxarışın da ləğv olunmasına səbəb ola bilər. Məhkəmə baxışının tərəflərin dindirilməsi ilə keçirilmə vəzifəsi, habelə qərarın yalnız tərəflərin izahat və dəlilləri əsasında verilməsi vəzifəsi məhkəmənin üzərinə icbari norma kimi qoyulmuşdur. İşdə iddiaçı tərəfin iştirakı təmin olunsa da Cavabdeh1, Maraqlı şəxs (çıxarışa əsasən hazırki mülkiyyətçi) iştirakları təmin edilməmiş, onların vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilmədən qərar qəbul edilmişdir. Sadalanan prosessual hüquq normaları və Konstitusiya Məhkəməsinin şərhlərinə əsasən qətnamə qeyd-şərtsiz ləğv olunmalıdır. Belə ki, artıq İddiaçı atasından qalan miras əmlakı qəbul etməməsi barədə Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli preyudisial əhəmiyyətli qərarı mövcud olmuşdur. Bu qərarla müəyyən edilmiş faktlar Qusar Rayon Məhkəməsində təkrar mübahisələndirilə bilməzdi və məhkəmə sözügedən məhkəmə qərarlarının hüquqi statusunu araşdırmalı idi. Qusar Rayon Məhkəməsi isə Ali Məhkəmənin qüvvədə olan qərarına əhəmiyyət vermədən xx.xx.2017-ci ildə İddiaçı həmin miras əmlakı qəbul etməsi və vərəsəlik hüququnun tanınması barədə qanunsuz qətnamə qəbul etmiş, daha sonra bu qətnaməyə istinad edərək, xx.x x.2018-ci ildə (hazırda mübahisələndirilən qətnamə) İddiaçı növbəti qanunsuz iddiasını təmin edərək, Cavabdeh1 adına olan çıxarışı və vərəsəlik şəhadətnaməsini etibarsız saymışdır. Bütün bunlar prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini ləğv edərkən məhz Ali Məhkəmənin qərarına istinad etmişdir. Hazırda mübahisələndirilən Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində, İddiaçı Cavabdeh1 qarşı iddiası ona görə təmin olunmuşdur ki, İddiaçı da vərəsə olmuş və bu vərəsəlik 2017-ci ildə qətnamə ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, İddiaçı vərəsə deyil, onun vərəsə olmaması barədə həm Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərar ı, həm də onun vərəsəlik hüququnu tanıyan Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mövcud olmuşdur. Bu səbəbdən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalı və həmin faktlar yenidən mübahisə edilə bilməz. Qeyd edilən prosessual hüquq normalarının xaotik formada pozulması Qusar Rayon Məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olduğunu qeyd etmişdir.

18. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə etiraz verilərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə ediərək bildirmişdir ki, mübahisə predmeti olan əmlak 2003cü ildə Babayev Səbri Abdulməcid oğlunun ölümündən sonra vərəsələr arasında bölünmüşdür. Şəxsin 5 vərəsəsi olub. Onlardan yalnız X7 əmlaka faktiki sahiblik etmişdir və miras əmlakı qəbul etmişdir. Məhkəmə qərarı ilə əmlaka hüquqları tanınmış və qətnamə Ali Məhkəmədə qüvvədə qalmışdır. Cavabdeh1 həmin işdə X2 hüquqi varisi kimi tanınmışdır. Ali Məhkəmənin qərarına əsasən əmlak Cavabdeh1 adına rəsmiləşdirilmiş və bundan sonra anasına bağışlanılmışdır. Həmin qərar qüvvədə olduğu halda İddiaçı 2016ci ildə Qusar Rayon Məhkəməsində vərəsəlik şəhadətnaməsinin ləğvi barədə iddia qaldırmışdır. Qusar Rayon Məhkəməsi İddiaçı vərəsəlik hüququnu tanımışdır. Amma həmin işə baxılanda İddiaçı məhkəməyə mövcud q ətnamələr barədə heç bir məlumat verməmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1956/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayətləri təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində-Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X2 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016cı il ta rixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, iş materiallarından görünür ki, birinci instasiya məhkəməsi hazırkı iş üzrə iddianı qismən təmin edərkən Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017-ci il tarixli qətnaməsinə istinad etmişdir. Belə ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X3 hüquqi varisi Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, mərhum Babayev Səbri Abdulməcid oğl unun miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev küçəsindəki 87 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlakalara dair onun vərəsəlik hüququ tanınmışdır. Lakin iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1858/2018 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsi qətnamə ilə maraqlarına toxunulan ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)-240/201 7 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir.

22. Həmin qətnamədə məhkəmə kollegiyası iddianı təmin etməyərkən ona istinad etmişdir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X6 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X2 xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə birinc i instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2016-cı il tarixli, 2(102)-2297/2016 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)1858/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilmişdir ki, vərəsələrdən miras evi ancaq iddiaçı X2 qəbul etməsi, bu səbəbdən digər vərəsələrin mirası qəbul etmədiyindən onların mirasdan pul tələb etməsinin istisna olunması müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında vərəsə olaraq hazırkı iş üzrə İddiaçı da mirası qəbul etməməsi halı müəyən edilib.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh X6 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin olunmadığından və o, vərəsə hesab edilmədiyindən onun hazırkı iddianı qaldırmaq hüququ istisna olunur.Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

24. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, miras kütləsini təşkil edən əmlak məhkəmə qətnaməsi əsasında X2 hüquqi varisi Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinə Maraqlı şəxs adına qeydiyyata alınmış və Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dövlət reyestrindən çıxarış hazırki gündə qüvvəsindədir, hər hansı məhkəmə qərarı əsasında ləğv edilməmişdir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 149.2, 1151.1, 1159.1.1, 1162, 1243.1, 1321.1, 1321.2-ci maddələrinə və «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1956/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçı kassasiya şikayətini bel ə əsaslandırmışdır ki, Maraqlı şəxs vərəsələrin siyahısına daxil olmadığı üçün onun məhkəmədə iddia qaldırmaq hüquq olmamışdır. Azərbaycan Respublikası MPM-nin 19.1.3-cü maddəsinə əsasən hakim xanım Lətifə Məmmədovanın apellyasiya şikayətinə baxmaq səlahiyyəti olmamışdır.Belə ki,həmin maddənin mənasına görə o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə hakim kimi məhkəmə baxışına buraxılmasına yol verilmir.Əvvələr hakim xanım Lətifə Məmmədova eyni predmet üzrə Elman Rəhimovun sədrliyi ilə keçirilən məhkəmə prossesində iştirak etmiş və mənə öz vərəsəlik payımdan imtina etməsini təklif etmişdir. Hesab edirəm ki, hakim xanım Lətifə Məmmədovanın həmin işdə m araqlı tərəfdir. Məhkəmə həmin mülki iş üzrə məhkəmənin qanunu qüvvəsini almış qətnaməsi olmağına baxmayaraq Azərbaycan RespublikasıMPM-nin 82.3-cü maddəsinin tələblərini pozaraq icraata qəbul etmişdir.Həmin Maddənin mənasına görə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1956/2023 saylı qətnaməsi isə mənim vərəsəlik hüququmu pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.Mülki dövriyyən in sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamiledilməsi qərara alınmışdır. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlıqeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Göründüyü kimi, mərhum atamın miras əmlakı Mülki Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən birinci dərəcəli vərəsələr arasında bölüşdürülməlidir. Lakin, Buna baxmayaraq, indiyədək mənim vərəsəılik hüququm təmin olunmamışdır. Halbuki, mənim həmin hüququm məhkəmə tərəfindən də tanınmışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

33. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə et dikləri hüquqları saxlanılır.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

38. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

39. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tə tbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin Maraqlı şəxs vərəsələrin siyahısına daxil olmadığı üçün onun məhkəmədə iddia qaldırmaq hüquq olmadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, Maraqlı şəxs iş üzrə iddia qaldırmamış, mübahisəli əmlakın mülkiyyətçisi olması ilə əlaqədar maraqlı şəxs kimi apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 19 sentyabr 2023-cü il tarixli qərardadla Azərbaycan Respublikasının MPM-in 366 və 368-ci maddələri rəhbər tutulmaqla mümkün hesab edilmiş və iş baxılkmaöa təyin edilmişdir.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən göstərilən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin hakim Lətifə Məmmədovanın apellyasiya şikayətinə baxmaq səlahiyyəti olmadığı, əvvələr hakim xanım Lətifə Məmmədovanın eyni predmet üzrə Elman Rəhimovun sədrliyi ilə keçirilən məhkəmə prossesində iştirak etdiyi və ona öz vərəsəlik payından imtina etməsini təklif etdiyi, hakim xanım Lətifə Məmmədovanın həmin işdə maraqlı tərəf olduğunu hesab etdiyi barədə dəlillərinə əsasən qeyd edir ki, göstərilən hallar və ümumiyyətlə işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılması iş materialları ilə təsdiqlənmir.

55. İddiaçı kassasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29 -cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına da istinad edərək mərhum atasının miras əmlakının Mülki Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən birinci dərəcəli vərəsələr arasında bölüşdürülməli olmasını bildirmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-240/2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 hüquqi varisi Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, mərhum Babayev Səbri Abdulməcid oğlunun miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev küçəsindəki 8 7 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlakalara dair onun vərəsəlik hüququ tanınmışdır. Lakin iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1858/2018 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnaməsi qətnamə ilə maraqlarına toxunulan ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)240/2017 saylı qətnaməsi ona görə ləğv edilmiş və İddiaçı iddiası təmin edilmə mişdir ki Qusar Rayon Məhkəməsinin 2(029)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X6 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X2 xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğlundan qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Babayev Səbri Abdulməcid oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 vərəsəlik hüququ tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-105/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2016-cı i l tarixli, 2(102)-2297/2016 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1858/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilmişdir ki, vərəsələrdən miras evi ancaq iddiaçı X2 qəbul etməsi, bu səbəbdən digər vərəsələrin mirası qəbul etmədiyindən onların mirasdan pul tələb etməsinin istisna olunması müəyyən edilmişdir.

56. Yəni artıq Azərbaycan Respublikasının Konstutisiya Məhkəməsinin Plenumunun istinad edilən qararı qüvvəyə minməzdən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə vərəsələrdən miras evi ancaq X2 qəbul etməsi, bu səbəbdən digər vərəsələrin mirası qəbul etmədiyindən onların mirasdan pul tələb etməsinin istisna olunması müəyyən edilmişdir.

57. Kollegiya bildirir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Ona görə də kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli 2(105)-1956/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar