Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1589/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3, cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “xxxxxxxxx” X9, X11 və Binəqədi rayon İcra və probasiya şöbəsi işə cəlb edilməklə cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin və protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “«X2 Mərkəzi” MMC tərəfindən ona məxsus Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyriyaşayış sahəsinin satılması ilə əlaqədar keçirilmiş hərracın nəticələrinin, xx.xx.2020-ci il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” X10 iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraclət edərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə bağlanmış F088 saylı kredit müqaviləsi üzrə cavbadehə 18 ay müddətinə ******* manat kredit vermiş, lakin kredit müqaviləsinin müddəaları pozularaq öhdəliklər icra edilməmiş və İddiaçı 27156 manat əsas, 57634 manat faiz, ümumilikdə 84790 manat məbləğində borcu yaranmış, kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Mülki iş ilkin olaraq Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatında olmuş, məhkəmə prosesi zamanı bildirmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər 2017-cı ilin may ayına qədər aparıldığı halda, iddiaçı tərəf iddia ərizəsində faizlərin necə hesablanması, hansı müddətə hesablanması, hansı ayların faizlərinə və hansı dövrə aid olmasını göstərməmiş və açıqlamanı məhkəməyə təqdim etməmiş və bu səbəbdən iş üzrə məhkəmə-muhasibat ekspertizasının keçirilməsini xahiş etmişdir. Nərimanov raoyn Məhkəməsinin qərardadı ilə iş üzrə muhasibatlıq ekspertizası təyin edilmiş və mülki işin icraatı dayandırılmışdır. Daha sonra Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru ona telefon vasitəsi ilə bildirmişdir ki, hakim Ramin Quliyevin sədrliyi ilə qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə «xxxxxxxxx» ASC-nin iddia tələbi qismən təmin edilmiş, ərizə ilə məhkəməyə müraciət edib, qətnamənin surətini alandan sonra ona məlum olmuşdur ki, iddiaçı bank iddia tələbini muhasibatlıq ekspertizasının rəyinə uyğun olaraq faizlərə aid hissədə azaltmış, əlavə olaraq 5000 manat cərimə, əldən çıxmış faydaya görə 1350,34 manat pulun tutulmasını xəhiş etmiş və mülki işə baxan yeni hakim onu məhkəmə prosesinə dəvət etmədən, bildirişlər vermədən, iştirakını təmin etmədən qətnamə qəbul edərək, xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 27.006,83 manat əsas borc, 5859,81 manat faiz borcu, 1350 manat əldən çıxmış fayda və 2000 manat cərimə borcu olmaqla cəmi 36216,98 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, həmin pulun ipoteka qoyulmuş qeyriyaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, onun qeyri-yaşayış sahəsindən çıxarılması qət etmişdir. Həmin qətnamədən onun tərəfindən dərhal apellyasiya şikayəti verilmiş və mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra rəsmi ərizə ilə apellyasiya şikayətinin (üzərində qəbul olunmasına dair məhkəmənin möhürü ilə) surətini Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuruna təqdim edərək, xx/xx-164814- 16 nömrəli icra işinə əsas olmuş Nərimanov rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsini nəzərə alaraq həmin qətnamə üzrə icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Lakin buna baxmayaraq, Mega Post Service vasitəsi ilə ona çatdırılmış 75 nömrəli bildirişdən məlum olmuşdur ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin xx/xx-164814-16 nömrəli, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi satılmaq üçün açıq həçraca çıxarılmış və açıq hərrac xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. O həmin bildirişi alandan sonra yenidən, xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq Binəqədi rayon İcra və probasiya şöbəsinə, eyni zamanda cavabdeh olan «X2 Mərkəzi» MMC-yə müraciət edərək bildirmişdir ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin xx/xx-164814-16 nömrəli icra işinə əsas olmuş Nərimanov rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə mübahisələndirilib və bu səbəbdən həmin qətnamə üzrə icra tədbirləri dayandırılmalıdır və yenə də apellyasiya şikayətinin surətini (üzərində qəbul edilməsi barədə möhürlə) təqdim edərək Binəqədi rayon İcra və probasiya şöbəsinin xx/xx-164814-16 nömrəli, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş hərracdan çıxarılmasını xahiş etmişdir. Lakin buna baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə ona bankdan zəng vuraraq hərracın keçirilməsi və ona məxsus olan obyekin hərracdan satılmasını bildirmişlər. O, xəbəri tutan kimi xx.xx.2020-ci il tarixdə, saat 15-00 radələrində dərhal cavabdeh təşkilata müraciət edib öz etirazını bildirmiş və hərrac keçirilməsinə dair protokolun və digər sənədlərin təqdim edilməsini xahiş etmişdir. Lakin «X2 Mərkəzi» MMCnin rəhbərliyi protokolun hələ yazılmadığını, hazır olmadığını deyərək, protokolun yazılıb imzalanandan sonra ona veriləcəyini bildirmişdir. Cavabdeh təşkilat onun ərizəsini rəsmi qəbul etsə də, ona heç bir məlumat vermədən əmlakını hərraca çıxarmış, hərracda iştirakını təmin etməmişdir. İkinci bir tərəfdən, hərracın keçirilməsinə səbəb olmuş qətnamədən apellyasiya şikayəti verilib, apellyasiya şikayəti məhkəmənin icraatında olmuş və bununla bağlı növbəti prosessual hərəkətlər edilmişdir. Digər tərəfdən, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqi şəxslər, yəni hərraclar keçirdikləri hərracları ədalətli şəkildə həyata keçirməyi öz üzərinə götürürlər. Bu öhdəliyin hərrac tərəfindən yerinə yetirilməsi və ya qanun pozuntuları ilə yerinə yetirilməsi əhalinin bu sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Dəgər tərəfdən borclu şəxsin mülkiyyət maraqları və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı hərrac keçirilməsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bütün bunlara baxmayaraq, ona məxsus daşınmaz əmlak düzgün qiymətləndirilməmiş və həmin qiymətləndirmədən onun xəbəri olmamışdır. Beləliklə ona məxsus əmlakın qiymətləndirilməsi aparılmamış, qiymətləndirilmə aparılmadan likvid qiymət əsas götürülərək hərracın keçirilməsi üçün sifariş verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən icra işinin aparılmasına və hərracın keçirilməsinə əsas olmuş Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və mülki iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsindədir. Qeyd olunanlar nəzərə alınaraq hərrac və hərracın nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, hərracın qanuna uyğun şəkildə həyata keçirildiyini və tərəflərə bildirişlərin çatdırıldığını bildirdi. Müstəqil tələb irəli sürməyən ücünçü şəxslər “xxxxxxxxx” X9 və Binəqədi rayon İcra və probasiya şöbəsinəməhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, həmin qurumların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə, MPM-nin 185.5ci maddəsinə əsasən işə qeyd olunan 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən ücünçü şəxs X7məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Rza Aslanov məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq hərracdan imtina etdiyini və 3-cü şəxs qismində məhkəmədə iştirakdan çıxarılmasını bildirmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixli, F088 saylı kredit müqaviləsi üzrə 27006,83 manat əsas, müqavilənin bitmə tarixinə 5859,81 manat faiz, 1350,34 manat əldə çıxmış fayda və 2000 manat cərimə olmaqla, cəmi 36216,98 manat pul və 30 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün rüsumun “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması və tələbin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldiməsi, ipoteka predmeti olan əmlıakın ilkin satış qiymətinin 225000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin “xxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən «X2 Mərkəzi» MMC-yə ünvanlanmış 202 saylı, xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və mülki iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bu səbəbdən həmin qətnamə üzrə icra tədbirlərinin dayandırılması xahiş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və mülki iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bu səbəbdən həmin qətnamə üzrə icra tədbirlərinin dayandırılması xahiş edilmişdir. İş materiallarında olan 24.01.20-ci il tarixli, 75 saylı bildirişdən görünür ki, “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı hərracın keçirilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra və probasiya şöbəsinin 21.01.20-ci il tarixli məktubundan görünür ki, “X2 Mərkəzi” MMC-yə İddiaçı məxsus Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə hərracın keçirilməsi bildirilmişdir. İş materiallarında olan “X2 Mərkəzi” hərracın nəticələri haqqında Y-19 saylı, xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus ilkin satış qiyməti 225000 manat Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi 227250 manat qiymətə X1. İş materiallarında olan 19.02.20 tarixli müqavilədən görünür ki, X11 Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə keçirilmiş hərracda alıcı olmuşdur. İş materiallarında olan 24.01.20 tarixli “Market” qəzet buraxılışında Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə hərracın keçirilməsinə dair elan yerləşdirilmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanladığı 2(005)-305/2019 saylı, 19.03.20-ci il tarixli məktubdan görünür ki, 2(005)-305/2019 saylı, 19.03.20-ci il tarixli qətnamə üzrə icra hərəkətlərinin dayandırılması bildirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7402/20 saylı, 16.09.20ci il tarixli bildirişindən görünür ki, iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdeh İddiaçı qarşı borc müqaviləsi üzrə mübahisə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması 13.10.20-ci il tarixə, saat 12:40-a təyin edilmişdir. “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İş materiallarında olan İddiaçı tərəfindən «X2 Mərkəzi» MMC-yə və Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-305/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və mülki iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bu səbəbdən həmin qətnamə üzrə icra tədbirlərinin dayandırılması xahiş edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, “İcra Haqqında” Qanunun yuxarıda qeyd olunan normasının tələbinə zidd olaraq, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktından apellyasiya şikayəti verilməsinə baxmayaraq, icra sənədi üzrə icraat dayandırılmamışdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallaraq qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka dair hərracın keçirilməsi ilə bağlı “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43 və 17.1.7-ci maddələrinin tələbləri kobud şəkildə pozulduğundan, Bakı şəhəri, 7 mk/r, F.Məlikov küçəsi, 1 K ünvanında yerləşən qeyriyaşayış sahəsinə dairhərracın nəticələri haqqında Y-19 saylı xx xxxxxx 2019-cu il tarixli protokoletibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «X2 Mərkəzi» tərəfindən keçirilmiş Y-19 saylı xx xxxxxx 2020-ci il tarixli hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2020-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1589/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1589/2020
01.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver