Məhkəmə qərarları › İş №2(009)-1592/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1592/2020

11.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1592/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quba rayon, Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229.20 kv.m, yaşayış sahəsi 99.6 kv.m, köməkçi sahəsi 129.6 kv.m olan fərdi yaşayış evini Cavabdeh xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan” Xidmət Mərkəzində notarius Əhmədli B.M tərəfindən təsdiq olunmuş 4Ə-936 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Quba rayon,Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229.20 kv.m,yaşayış sahəsi 99.6 kv.m, köməkçi sahəsi 129.6 kv.m olan fərdi yaşayış evini Cavabdeh xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan” Xidmət Mərkəzində notarius Əhmədli B.M tərəfindən təsdiq olunmuş 4Ə-936 reyestr nöpmrəli xx.xx.2029-cu il tarixli bağışlama müqaviləsinə əsasən bağışlamışdır. xx.xx.2019-cu il tarixdə isə qeydiyyatdan keçmişdir və hazırda Cavabdeh mülkiyyətindədir. Cavabdeh isə hazırda qızı X11 məxsus Bakı şəhəri,Səbail rayonu,Badamdar qəs,l-ci Y/Massivi döngə 3,ev 90A ünvanında yerləşən mənzildə yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Yuxarıda göstərilən ünvanda yerləşən mənzil onun tərəfdən cavabdehə bağışlandıqdan sonra Cavabdeh mülkiyyətində özünə məxsus əmlak olmasına baxmayaraq onun qızı X11 məxsus Bakı şəhəri,Səbail rayonu,Badamdar qəs,l-ci Y/Massivi döngə 3,ev 90A ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, ailədə yersiz söz söhbətlər yaradır, nəvəsi X4 və onun əri X9 qarşı zorkılıq göstərir və qızı X12 özünə məxsus mənzildə rahat yaşamasına imkan yaratmır, onu da həmin evdə qızı, nəvəsi, nəticəsiilə yaşamağına imkan verməyərək onu da həmin evdən qovmuş və bu günə qədər də o da qızının yanında kirayə tutulmuş mənzillərdə yaşayır. Belə ki, xx.xx.2020-ci il tarixdə qızı X17 özünə məxsus Bakı şəhəri,Səbail rayonu,Badamdar qəs,lci Y/Massivi döngə 3,ev 90A ünvanında yerləşən mənzilinə gələrkən qızı X2 və onun əri X5 Cavabdeh tərəfində qarşı zorkılığa məruz qaldığını görərək Azərbaycan Respublikası DİN-nin 102 qaynar xətt xidmətinə zəng etmiş və bununla əlaqədar olaraq hazırda Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində material üzrə araşdırma davam etdirilir. Bundan başqa onun hazırda 80-dən artıq yaşı vardır, xüsusi qayğıya ehtiyacı var, bunun üçün də onun yaxın qoumlarıma məxsus mənzildə yaşamalıdır və qulluq edilməsi üçün qızının, nəvəsinin qulluğuna ehtiyacı yaranmışdır. Bu ehtiyacı təmin etmək üçün qızım X10 mənzilində yaşamalıdır ki, ona da onlar qulluq etsinlər.Cavabdeh tərəfindən qızına, nəvəsinə, onun ərinə qarşı zorakılıqların olunması və həmçinin qızı X10 cavabdeh tərəfindən öz mənzilində rahat yaşamasına maneçilik törətməsi onu da bu addımı atmağa məcbur etmişdir. Hazırda qızı cavabdeh tərəfindən öz mənzilində yaşamasından məhrum olunduğu üçün Yasamal rayonu ərazisində kirayədə yaşamağa məcbur olmuşdur ki, bu da hesab edir ki, tərəfindən bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə iddia qaldırmaq üçün zəmin yaratmışdır. Əlavə olaraq bildirib ki, cavabdeh qızımın 9900 manat pulunu, nəvəsi Məmmədova Fitatın 19700 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, bu günə qədər qaytarmayaraq onu və onları da maddi cəhətdən ağır vəziyyətə salmışdır və bununla əlaqədar olaraq Səbail rayon məhkəməsində mülki qaydada iddia qaldırılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli hazırlıq iclasında Cavabdeh etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X6 ona qarşı "Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinin (iş N 2(009)-1592/2020) hazırlıq iclası xx.xx.2020-ci ildə, saat 10:15-də keçirilməsi nəzərdə tutulmuşdur. Həmin iddia ərizəsinə etiraz edərək aşağıda göstərdiyi sübutlarla həmin iddia ərizəsində göstərilən 4Ə-936 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair yazılmış iddia ərizəsi rədd edilməlidir ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146. l-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddia ərizəsində göstərildiyi kimi, Quba rayonu, Təngialtı kəndinə yerləşən, ümumi sahəsi 229,20 kv.m, yaşayış sahəsi 99.6 kv.m, köməkçi sahəsi 129.6 kv.m olan fərdi yaşayış evinin bağışlanması onunla iddiaçı arasında xx.xx.2019-cu il tarixli Bağışlanma müqaviləsinə əsasən bağlanılmışdır.İddia ərizəsindən göründüyü kimi, iddiaçı X14 həmin bağışlanmadan xx.xx.2019-cu il tarixdə xəbəri olduğunu bildirmişdir. Həmin tarixdən bir ildən çox müddət keçdiyindən notariat tərəfindən təsdiq edilmiş Bağışlanma müqaviləsi etibarsız hesab edilə bilməz. Belə ki, qanunla müəyyən edilən müddət ötürülmüşdür. Yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsi mərhum atası X13 tərəfindən xx xxxxxx 2003-cü ildə Quba rayonu Təngialtı kəndində yaşayan X7 0.18 ha torpaq sahəsi kimi qonşuların və şahidlərin iştirakı ilə həmin şəxsə nağd şəkildə atası tərəfindən ödənilməklə ondan alınmış, formal olaraq nənəsi X6 adına 2009-cu ildə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində atası öz vəsaiti hesabına fərdi ev tikdirmiş və həmin evdə qeydiyyatda olmuşdur. Hələ xx.xx.2013-cü ildə faktiki atasının olan, formal olaraq nənəsi X6 adına olan torpaq sahəsində onun üzərində tikdirdiyi 1-(1), 2- (1) mərtəbəli. 6 otaqlı, 99,6 kv.m yaşayış, 129.6 kv.m yardımçı sahədən ibarət olan fərdi evin təmiri və cari işlərinin görülməsi üçün atası “xxxxxxxxx” ASC-dən həmin evi girov qoyaraq 20.000 AZN məbləğində kredit götürmüşdür. Sonradan atasının bir az xəstəlik keçirməsi ilə əlaqədar olaraq banka olan faiz borcları gecikdirildiyi üçün bankla atası X13 arasında məhkəmə mübahisələri yaranmış, ona görə də atası sağlığında həmin torpaq sahəsini və tikilini öz adına rəsmiləşdirə bilməmişdir. Məhkəmənin yekun qərarı xx xxxx 2018-ci il tarixdə iş N 2(102)-4288/18 olduğundan, artıq atası rəhmətə getmişdir (atası xx.xx.2018-ci ildə rəhmətə gedib), sonradan “xxxxxxxxx” ASC-yə ödənilməli olan 11205.11 manat məbləğində pul vasitəsini o öz tərəfindən ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X1”na ödədikdən sonra, Quba rayonu Təngialtı kəndində 0.18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi yüklülükdən azad olunmuşdur. Nənəsi X14 atası X8 xx.xx.2016-cı il tarixində həmin mülklə bağlı baş etibarnamə vermiş, lakin məhkəmənin qərarı atasının ölümündən bir neçə gün sonra çıxarıldığı üçün, həmin yaşayış evi yüklülükdən azad edilmədiyi üçün və atasının rəhmətə getməsi ilə əlaqədar olaraq addanada keçirilmə baş tutmamışdır. Sonradan nənəsi X14 anası X11 xx.xx.2018-ci il tarixində baş etibarnamə verməklə yuxarıda göstərilən ünvanda olan 0.18 ha torpaq sahəsini və üzərində olan fərdi tikilini xx.xx.2019-cu il tarixində notariat qaydasında ona bağışlamışdır. İddia ərizəsində nənəsi öz yaşayış ünvanını düzgün göstərməməklə guya ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsi, ev 4 ünvanında kirayəşin qalmağı ilə, eləcə də anası X10 Yasamal rayonunda kirayədə yaşamağını bildirməklə, məhkəmədə çaşqınlıq yaradır. Anası hal-hazırda bacısı X2 əri X5 evində qalmaqla, onların körpə uşaqlarına baxır. Nənəsi X14 isə qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, ev 168-də qeydiyyatda olduğu və öz qızı olan, həkim işləyən xalası X3 himayəsindədir və orada yaşayır. Belə ki, xx.xx.2020-ci il tarixində göstərdiyi iddia ilə bağlı hal-hazırda Səbail rayonunun X16 Bölməsində ona qarşı bacısının yoldaşı X5 törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə o, Cavabdeh, zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin araşdırma Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis baş müstəntiqi Musa Məhərrəmovun icraatındadır və həmin iş araşdırılır. Hal-hazırda ona qarşı anası X17, eləcə də bacısı X2 mülklə bağlı iddia ərizələri Səbail rayon məhkəməsinin 3 müxtəlif hakimlərində mülki işlə bağlı araşdırmalar gedir ki, nənəsi X6 yazdığı iddia ərizəsi də hakimlərin vaxtını almaqdan başqa bir iş deyil.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32-ci fəsli, 666-cı maddəsində bağışlanma müqaviləsinin şərtləri göstərilmişdir. İddia ərizəsində göstərilən Mülki Məcəllənin 673.1.1, 673.1.2, 673.1.3, 673.2.1, 673.2.2., 673.2.3, 673.3; 673.4 maddələrinin heç biri onun X14 ilə xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsində heç bir uyğun gəlmədiyinə görə və öz iddia ərizəsində yazdığı “ona məxsus Quba rayonu Təngialtı kəndində yerləşən, sahəsi 229.20 kv.m, yaşayış sahəsi 99.6 kv.m, köməkçi sahəsi 129.6 kv.m olan fərdi yaşayış evinin cavabdehə, yəni ona - Cavabdeh xx.xx.2019-cu ildə Sumqayıt “ASAN Xidmət” mərkəzində notarius tərəfindən təsdiq edilmiş 4Ə-936 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Bağışlanma müqaviləsinə əsasən bağışlamışam” fikri də düzgün iddia edilməmişdir. Belə ki, həmin anda o, bağışlanmanı bilmişdir. Həmin vaxtdan 1 ildən çox vaxt keçdiyi üçün Mülki Məcəllənin 673.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəmənin xx xxxxxxx 2010-cu il tarixli Plenumunun qərarından da göründüyü kimi, iddia müddəti ötürülmüşdür, ona görə də həmin iddia ərizəsi rədd edilməlidir. xx.xx.2020-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1592/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv olunaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək iddian təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli mənzilin bağışlama müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş Quba rayon, Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229.2 kv.m fərdi yaşayış eviniCavabdeh bağışlamışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayon, Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229.2 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Hazırkı işdə mübahisə predmeti olan fərdi evin iddiaçı tərəfindən cavabdehə bağışlanması və öhdəliklərin icra edilərək daşınmaz əşyanın tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınması işin mübahisəsiz hallarıdır. Həmin Məcəllənin 668.1-668.1.5-ci maddələrinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, gələcəkdə bağışlama vəd edildikdə, bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə qanunvericiliyin normalarının şərhi baxımından belə nəticəyə gəlir ki, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişdikdə və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina etdikdə bağışlamaqdan imtina edilə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanların mövcud olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir subut təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 4Ə-936 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar