Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1601/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, Maraqlı şəxsın nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 fevral 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və qəyyumluq təyin edilməsi üçün üç gün ərzində yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü oğlu X4 2 yaşından etibarən ruhi xəstəlik müşahidə etmişlər. Belə ki, özünə qapalı olması, əsəbi davranışları, nitqində heç bir irəliləyişin olmamasını müşahidə etdikdən sonra həkimə üz tutmuşlar. xx.xx.2011-ci ildə Səbail 10 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunaraq Nitq və davranış pozğunluğu. Debillik dərəcəsində ağıl zəifliyi diaqnozu qoyulmuşdur. xx.xx.2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən yüngül dərəcəli əqli gerilik. Nitq və davranış pozuntusu ilə yüngül kəmağıllıq. Uşaq autizmi diaqnozu qoyularaq xx.xx.2024-cü il tarixinədək “Sağlamlıq imkanları məhdud uşaq” hesab olunmuşdur. 2021-ci ildə 15 nömrəli uşaq poliklinikası tərəfindən Uşaq autizmi diaqnozu qoyulmuş və dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasına (bundan sonra-Komissiya) göndərilmişdir. Komissiya tərəfindən xx.xx.2021ci il tarixli 1234 nömrəli rəyə əsasən İbrahimə Uşaq autizmi, kanner sindromu yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu ilə rəyi verilmişdir. 2024-cü ildə, yəni İbrahimin 18 yaşında 33 nömrəli şəhər poliklinikası tərəfindən dərin kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə diaqnozu qoyulmuş və dəqiqləşdirilməsi məqsədilə “Komissiya”ya göndərilmişdir. Komissiya tərəfindən xx.xx.2024-cü il tarixli 1319 saylı rəyə əsasən İbrahimə dərin kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə daim kənar şəxsin müdafiəsinə və qulluğuna ehtiyac var rəyi verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 063120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında Ərizəçi, ata qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 3040 saylı amabulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 “dərin (idiotiya dərəcəsində) əqli gerilik” müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi X7 xəstəliyinə görə özünü normal idarə edə bilmədiyinə görə ona qulluq və nəzarət edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X3 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli 3040 saylı rəyi ilə, X4 “dərin (idiotiya dərəcəsində) əqli gerilik” müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 16 fevral 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsas olduğundan və bu məsələyə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində baxıldığından əlavə olaraq qəyyum təyin edilməsi üçün üç gün ərzində yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməsi barədə qətnamətə qəbul edilməsinə ehtiyac yoxdur. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 16 fevral 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, əizə qalan hisədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 16 fevral 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hisədə təmin edilməsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1601/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1601/2024
19.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver