Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1607/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi R.T.Hüseynovanın iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.İsmayılov küçəsi, 4 saylı evə məskunlaşmışdır. O, mütəmadi olaraq yaşadığı ünvan üzrə işlətdiyi işıq pulunu vaxtı-vaxtında ödənişlər edirdi. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacın dəyişdirilməsinə ehtiyac olduğunu bildirmiş, sayğacı çıxarıb əvəzində yeni sayğac quraşdırmış və bu barədə müvafiq akt tərtib olunmuşdur. Bundan sonra o, əvvəlki qaydada sayğac göstəricilərinə uyğun olaraq ödənişlər etmişdir. 2022-ci ilin iyun ayında ona elektrik enerjisindən istifadəyə görə 784,77 manat borcu olması barədə hesabat-bildiriş gəlmişdir. Bu məsələni aydınlaşdırmaq üçün Səbail rayon işıq idarəsi ilə əlaqə saxlamış və əlavə pul hesablanmasının səbəbini öyrənmək istəmişdir. İşıq idarəsindən ona bildirmişlər ki, dəyişdiyi elektrik sayğacının ekspertizası zamanı onda əlavə sərfiyyat müəyyən edilmiş və bu məbləğ həmin sərfiyyatın dəyəridir. Tələb etsə də, bununla bağlı ona əlavə heç bir yazılı məlumat verilməmiş və borcu təcili ödəməsi tələb olunmuşdur. Hesab edir ki, cavabdehin tələbi əsassızdır və ona yazdığı 784,77 manat pul silinməlidir. Sayğac dəyişdirilərkən normal işləmiş, işıq idarəsinin əməkdaşı sayğacın normal işləməsini və elektrik sayğacının giriş faza xəttinin yuvası əzilməsi səbəbindən baş verdiyini bildirmişdir. İstismarda olan sayğac çıxarılandan sonra yenisi qoyulmuş və elektrik enerjisindən istifadə etməsi əvvəlki qaydada qeydiyyata alınmışdır. Akt bağlanan zaman tərəfindən sayğaca müdaxilə edilməsi və ya digər qanunsuz əməllər etməsi qeyd olunmamışdır. Belə olan halda əlavə enerji sərfiyyatının haradan yaranması və necə hesablanması anlaşılan deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.İsmayılov küçəsi, 4 saylı evdə yerləşən İddiaçı aid evə (abunə kodu **********T0004) dair əlavə sərfiyyat kimi hesablanmış 784,77 manat məbləğində borcun ona məxsus abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sayğac evdən kənarda quraşdırılıb, onlar tərəfindən həmin sayğaca hər hansı müdaxilə olunmayıb. Cavabdeh 8 ay ərzində sayğacda olan qüsura görə istifadə edilmiş, lakin ödənilməmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Nəzarətçi vaxtında bu halı onlara bildirsə idi, aradan qaldırılardı. Hazırda işığa ekonomiya edirlər. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cəmiyyətin əməkdaşları tərəfindən 2022-ci ilin aprel ayında bir neçə ay müddətində iddiaçı tərəfindən işıq enerjisi ilə əlaqədar sərfiyyatın aşağı düşməsi müəyyən edilmiş, əməkdaşları tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirərkən giriş faza xəttinin yuvasının əzilməsi aşkara çıxarılmış, akt tərtib edilmiş, sayğac çıxarılaraq laboratoriya göndərilmiş, müayinə zamanı sayğacın qüsurlu olması təsdiq olunmuşdur. Tərtib edilmiş akt əsasında 241 gün üçün 6172 kvt elektrik enerjisinin sərfiyyatı ilə bağlı itki hesablanmış, həmin itkinin məbləği 689,99 manat təşkil etmişdir. Sonradan həmin məbləğdən 14,63 manat çıxılmaqla, istifadə edilmiş, lakin ödənilməmiş borcun 675,93 manat olması müəyyən edilmişdir. Hazırda borc 711,89 manat təşkil edir. Hesabatın 241 gün üçün hesablanması onunla əlaqədar olmuşdur ki, iddiaçı tərəfindən 8 ay müddətində aparılan ödənişlər aşağı həddə olmuşdur. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə R 256984 №-li xx.xx.2022-ci il tarixli akta əsasən abonent İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Elşən İsmayılov küçəsi, 4 saylı (abonent kodu **********T0004) ünvan üzrə yerləşən mənzilinə aid elektrik sayğaca baxış keçirilərkən mənzilə məxsus elektrik sayğacının giriş faza xəttinin yuvasının əzilməsi aşkarlanmış, elektrik sayğacının laboratoriya şəraitində yoxlanılması və yenisi ilə əvəz olunması göstərilmişdir. İş üzrə R 256984 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2021-xx.xx.2022=241 gün müddətində əlavə olaraq 6172 kvt əlavə sərfiyyat, yəni 689,99 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********T0004 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışından görünür ki, abonentə xx.xx.2022-ci ildə R 256984 saylı akt əsasında 72,27 manat, 489,32 manat, 128,40 manat, cəmi 689,99 manat əlavə ödəniş hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ 784,77 manat təşkil edir. İş üzrə Füzuli rayon Arayatılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonu Mollaməhərrəmli kəndində qeydiyyatdadır, məcburi köçkündür, hal-hazırda ünvan 2-də 6 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə aid olan hesablaşma elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq R256984 No-li akt tərtib etmişlər. Həmin aktda mənzilə məxsus elektrik sayğacının giriş faza xəttinin yuvasının əzilməsi aşkarlanması qeyd edilmişdir. Həmin akt əsasında "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və iddiaçının abonent hesabına əlavə olaraq 689,99 manat borc yazılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinə aid olan elektrik sayğacı iddiaçının yaşadığı mənzilin daxilində deyil, ondan kənarda yerləşmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.6-cı bəndin əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakı, o cümlədən məişət abonenti arasında elektrik enercisinə görə hesablaşma aparılması üçün enerci ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enercisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enercitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enercitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanlımasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəshizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mənzilinə aid olan hesablaşma elektrik sayğacı onun yaşadığı evin daxilində deyil, çölündə yerləşdiyi üçün həmin sayğacın işçi vəziyyətində saxlanılmasına görə cavabdehliyi abonent deyil, enerjitəchizatı müəssisəsi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin qaydaların 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjisinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Aylıq sərfiyyatda digər aylara münasibətdə böyük fərq aşkara çıxarıldığı təqdirdə bu fərqin yaranma səbəbləri araşdırılmalı idi. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, yalnız xx.xx.2022-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları mübahisəli ünvanda sayğaca baxış keçirərkən onda olan qüsuru aşkara çıxarmış, bu səbəbdən sayğac dəyişdirilmiş, 241 gün müddətində dəyəri ödənilməmiş 6172 kvt. elektrik enerjisindən istifadə edilməsi halı aşkara çıxarılmışdır. Halbuki yoxlama müddəti ərəfəsində, yəni bir ay müddət ərzində istehlakçının bu həddə elektrik enerjisini sərf etməsi məntiqli hesab edilə bilməz. Məhkəmə hesabatı 30 gün (1 ay) müddətində aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi 842,68 (7,6A x 0,22 x 24 saat x 0,7x30 gün = 842,68 kvts) kvts hesabatı ilə əlavə sərfiyyat kimi qəbul edilməli, limit kimi 300 kvts, limitdən artıq 542,60 (842,68-300=542,68) kvts hesabı ilə limit daxilində 24 manat, limitdən kənar 70,54 manat, cəmi 94,54 manat abunə hesabına yazılmalı idi. Lakin yuxarıda qeyd edildiyi kimi, bu hesabat 241 gün müddət üçün aparılmış və 675,93 manat əlavə sərfiyyat kimi abunə hesabına qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab edilməli, iddiaçının abunə hesabına artıq yazılmış 581,39 (675,93 - 94,54 = 581,39) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi isə qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi iddianın təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən, İddiaçı aid evə (abunə kodu **********T0004) dair əlavə sərfiyyat kimi hesablanmış 581,39 (beş yüz səksən bir manat, otuz doqquz qəpik) manat məbləğində borc iddiaçının **********T0004 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1607/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1607/2022
05.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver