Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1638/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən B03 saylı mənzilə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli A- 20/15 saylı və V021/15G saylı müqavilələrin; ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 20-ci mərtəbəsində yerləşən B03 saylı mənzilə dair İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli B-018/20 saylı müqavilənin və ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 13-cü mərtəbəsində yerləşən A04 saylı mənzilə dair İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli A-211/13 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, cavabdehlərlə ayrı-ayrılıqda, ayrıayrı tarixlərdə və ayrı-ayrı mənzillər üzrə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Hakim hesab edir ki, iddiaçı tərəfindən müqavilələrin etibarsızlığı ilə bağlı irəli sürülmüş tələblərin bir-biri ilə əlaqəsi yoxdur və həmin tələblər hər cavabdehə qarşı müstəqil formada ayrı qaydada verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MTK ilə hər payçı arasında bağlanılmış müqavilələr ayrı-ayrı tarixlərdə və müstəqil şəkildə bağlanılmış və bağlanılmış müqavilələrin bir-biri ilə hər hansı əlaqəsi yoxdur. Hər müqavilə üzrə irəli sürülmüş tələblər müstəqil məhkəmə araşdırmasının predmetidir və bu səbəbdən həmin tələblərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Digər tərəfdən müqavilələrin etibarsızlığı ilə bağlı tələblərin ayrı-ayrı şəkildə verilməsi işin qanunla müəyyən edilmiş müddət ərzində baxılmasını və araşdırmasını təmin edəcəkdir. Beləliklə hakim hesab edir ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1638/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1638/2020
30.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver