Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-164/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Socarın İddiaçılat Birliyinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Socarın İddiaçılat Birliyinin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Socarın “Azenft” İstehsalat Birliyi Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçılat Birliyinin balansında olan torpaq sahəsində - 3 saylı NQÇS-nin ərazisində, ünvan 1 ünvanında 3860, 3485, 3486 nömrəli işlək neft quyularının mühafizə zolağında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçılat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962cı ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Göründüyü kimi, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi ünvan 1 ünvanında (39T 399487; ******* koordinatlarda) cavabdehlər tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Aparılan bu tikinti işləri nəticəsində İddiaçılat Birliyi ona aid olan 3860, 3485, 3486 nömrəli işlək neft quyusunda neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Mübahisələndirilən torpaq sahələrinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd - Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə xx xxxxxx 2008-ci ildə təsdiq olunmuş xəritədir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə, quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Socarın “Azenft” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən ev 2005-ci ildə Zahir Qədirov tərəfindən tikilmiş, 2007-ci il tarixində isə Rasim Ağayevə satıldıqdan sonra 19 saylı mənzil kommunal idarəsində qeydiyyata salınmışdır. Həmin ildən də ünvanda qaz, işıq sayğacı və su kodu mövcuddur. Hal-hazırda da yoldaşı Fərhad Məmmədovun adında qeydiyyatdadır. X4 2016-cı il tarixində həmin evi Rasim Ağayevdən almış və ailə üzvləri ilə birgə orada yaşayır. Bütün bunları sübut etmək üçün, evin mənzil idarəsində qeydiyyata alındığı sənəd, sayğacların müqaviləsi, Rasimin sayğacları F.Məmməovun adına keçməsi üçün notariat qaydada verdiyi razılıq ərizəsi, hətta 1-ci sahibindən 2-ci sahibinə satılması haqqında müqavilə də mövcuddur. Bütün bu sənədlərdəki tarixlərə baxıldıqda açıq-aşkar görmək mümkündür ki, sözü gedən ev nəyin ki, onun tərəfindən tikilməmiş, hətta 15 il öncə tikilmiş köhnə tikilidir. Qeyd etdiyi faktları təsdiq edən qonşuların imza siyahısını da məhkəməyə təqdim etmişdir. Evin neftin çıxmasına maneə yaratmasına gəldikdə isə, qeyd edir ki, evin mövcud olduğu ərazi vaxtı ilə bələdiyyə tərəfindən əhaliyə satılan torpaqlar olmuş və evlər ilə quyular yerləşən ərazinin arasında məhəllənin maşın yolu, əlavə torpaq sahəsi var. Evlərinin qanunsuz olmasına gəldikdə isə,onu bildirir ki, bu ərazilərdə bütün evlər sənədsizdir. Ərazidə vaxtı ilə də, hal-hazırda da tikinti üçün şərait yaradılıb, insanlar məskunlaşıb, ünvanlar verilib, qaz, su, işıq, yol, telefon xətləri ərazidə mövcuddur. Hazırda da tikililər və məskunlaşma sürətlə davam etdirilir. Qeyd edir ki, neft ərazisi “Socar”-ın mühafizə xidməti tərəfində çox ciddi qorunur. Burada heç kim özbaşına, icazəsiz ev tikib orada məskunlaşa bilməz. Bu qədər güclü mühafizə olunan ərazidə artıq boş sahə tapılmadığı, evlərin bağlanmış quyuların üzərində tikilməsi, maklerlər tərəfindən satmaq məqsədi ilə tikilən yüzlərlə evlər qanunsuz sayılmayıb, onun yaşadığı küçədə son 1 və 2 il ərzində tikilən 1,2,3 mərtəbəli fərdi evlərin yox, məhz onun 15 il öncə tikilən, küçədə ən az kvadratı olan şəraitsiz evinin sökülməsi tələbi məhkəmədən tələb olunması nə qədər doğrudur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin böyük hüquq məsləhətçisi A.Həsənov, MR və HSŞ-nin rəisi V.Əliyev və 3 saylı NQÇS-nin rəisi C.Muradov tərəfindən tərtib olunmuş aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X2 İcrayyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində tərəflərindən, 3 saylı NQÇS-nin ərazisində, Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsi, ev 21B ünvanında, 3860, 3485, 3486 nömrəli işlək neft quyularının mühafizə zolağında vətəndaş Cavabdeh tərəfindən ərazinin böyük bir hissəsi zəbt edilərək orada özbaşına tikinti işlərinin aparılması faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yaşayan qonşular tərəfindən imzalanmış aktdan görünür ki, ünvan 3 ünvanda yerləşən ev Cavabdeh tərəfindən deyil, ilk sahibi tərəfindən 2005-ci il tarixdə tikilmiş və Cavabdeh ailəsi ilə birlikdə 2016-cı ildən sahibindən alaraq orada bugünə kimi yaşamasını təsdiq etmişlər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/3577 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) ev ilə 3 saylı NQÇS-nin ərazisindəki 3860, 3485, 3486 nömrəli neft quyularının arasından avtomobil yolu keçir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 3 saylı NQÇS-nin ərazisindəki 3860, 3485, 3486 nömrəli neft quyularının mühafizə zolağında yerləşir. Fərdi yaşayış evindən quyulara qədər olan məsafə uyğun olaraq 30, 50, 60 metrdir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının 3.3 bəndinin tələbinə görə, xüsusi mühafizə zonaları əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün torpaq sahələri ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi ünvan 1 ünvanında (39T 399487; ******* koordinatlarda) Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Aparılan bu tikinti işləri nəticəsində İddiaçılat Birliyi ona aid olan 3860, 3485, 3486 nömrəli işlək neft quyusunda neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Göstərilən hallar Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/3577 saylı ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülıkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edildiyindən cavabdehdən 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühəndis texniki ekspertizasının dəyəri olan 102 (bir yüz iki) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, SOCAR-ın İddiaçılat Birliyinin balansında olan torpaq sahəsində - 3 saylı NQÇS-nin ərazisində, ünvan 1 ünvanında 3860, 3485, 3486 nömrəli işlək neft quyularının mühafizə zolağında vətəndaş Cavabdeh yaşadığı özbaşına tikili cavabdehin hesabına sökülməli, ərazi boşaldılmalı və zəbt edilmiş torpaq sahəsi İddiaçılat Birliyinin istifadəsinə qaytarılmalı, Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı SOCAR-ın İddiaçılat Birliyinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühəndis texniki ekspertizasının dəyəri olan 102 (bir yüz iki) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçılat Birliyinin balansında olan torpaq sahəsində - 3 saylı NQÇS-nin ərazisində, ünvan 1 ünvanında yerləşən 3860, 3485, 3486 nömrəli işlək neft quyularının mühafizə zolağında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülsün, ərazi boşaldılsın və zəbt edilmiş torpaq sahəsi İddiaçılat Birliyinin istifadəsinə qaytarılsın. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı SOCAR-ın İddiaçılat Birliyinə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühəndis texniki ekspertizasının dəyəri olan 102 (bir yüz iki) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-164/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-164/2021
04.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver