Məhkəmə qərarları › İş №2(009)-1643/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1643/2021

31.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1643/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Məmməd oğlunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin sökülməsi və həmin sahədən istifadənin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlu – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin sökülməsi və həmin sahədən istifadənin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı yarımtikilinin alt hissəsində yerləşən tikilinin sökülməsi və həmin sahədən cavabdehlərin istifadə hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçı öz tələbində onun hansı yarımtikilidə yaşadığını, cavabdehlərin hansı tikildən çıxarılmalı olduqlarını aydın şəkildə qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Beləliklə, qeyd edilənlərə əsasən, İddiaçı Məmməd oğlunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin sökülməsi və həmin sahədən istifadənin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 266- 268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Məmməd oğlunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin sökülməsi və həmin sahədən istifadənin məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar