Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1651/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-141/2019 saylı, xx xxxxxxxx 2019-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililər sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14405/2019 saylı, xx xxxxxx 2019-cü il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 141/2019 saylı, xx xxxxxxxx 2019-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək İddiaçı iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı özü tərəfindən otaqların pəncərələri qapılarla əvəz edilməklə və otaqların qarşısında qanunsuz dəhliz, mətbəx və sanitar qovşağı inşa edilməklə öz otaqlarına təbii işığın düşməsinə və hava axımına müəyyən maneə yaratmışdır. Həmçinin iddiaçının tikililərin tikilməsinə icazə sənədlərinin və yaxud mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənədi təqdim edə bilmədiyi üçün hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa məxsus olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2946/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14405/2019 saylı, xx xxxxxx 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh öz torpaq sahəsinin sərhədləri daxilində inşa etdiyi tikililər iddiaçının öz sahəsindən istifadə etməkdə elə bir maneçilik yaratmadığından və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozduğundan, o, oxşar amillərin öz sahəsinə təsirini cavabdehə qadağan edə bilməz və bu cür təsirlərə dözməyə borcludur. Beləliklə, müvafiq normanın tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1651/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1651/2020
30.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver