Məhkəmə qərarları › İş №2(009)-1659/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1659/2020

07.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1659/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, X1 Elxan qızı və İddiaçı2 (DƏDRX Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Bakı şəhəri 23 saylı X3 notariusu Ramiz Hümbətova qarşı “vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X1 Elxan qızı və İddiaçı2 (DƏDRX Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Bakı şəhəri 23 saylı X3 notariusu Ramiz Hümbətova qarşı “vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunan Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Hazırkı işdə isə iddiaçı cavabdehin yaşayış yeri kimi ünvan 1 ünvanını göstərsə də, iş materiallarına bu faktı təsdiq edən DİN MAPS arayışı əlavə etməmişdir. Belə olan halda, hazırkı iddia ərizəsinin ərazi aidiyyəti baxımından Səbail Rayon Məhkəməsinə aid olması müəyyən edilməmişdir. Məhkəmə həmçinin nəzərinizə çatdırır ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Elxan qızı və İddiaçı2 (DƏDRX Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Bakı şəhəri 23 saylı X3 notariusu Ramiz Hümbətova qarşı “vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar